Toyuq dönərinə qoyulan qadağa niyə işləmir?

Toyuq dönərinə qoyulan qadağa niyə işləmir?İndi əksəriyyət üçün ayaqüstü qida vaz keçilməzdir. Bu cür qidaların insan sağlamlığına zidd olduğu nə qədər deyilsə də həkimlər bunu təsdiq etsələr də insanlar nədənsə bu xəbərdarlığa qulaq asmaq istəmir. Belə ki, iki addımdan bir açılan hazır qidalar üçün yerlər günün bütün saatlarında insanla dolu olur.

Xüsusən dönərlər ayaqüstü qidalar arasında ən seviləni və seçilənidir. Gigiyena və Epidemiologiya Mərkəzi 2006-cı ildə toyuqdan dönərin hazırlanmasını qadağan etsə də, bu qadağaya əhəmiyyət verən yoxdur. Mehman Məlikov 10 ildir dönər satmaqla məşğuldur. Dediyinə görə, dönər əslində heç də təhlükəli qida deyil. Toyuq ətinin qadağan olunmasına baxmayaraq dönərxana elə toyuq budundan hazırlanan dönəri müştərilərə təklif edir. M.Məlikov dönərin sənədlərinin olduğu və təmiz toyuq budundan hazırladığını deyir: "Səhiyyə Nazirliyindən gigiyenik sertifikat var. Üstəlik mərkəzdə yerlədiyimiz üçün bizim gigiyenadan uzaq bir şəraitdə dönər hazırlamağımız qeyri-mümkündür".

Son günlər dönərxanaların sosial şəbəkələrdə yayılan iyrənc mənzərəsi də dönərləri yeyib-yeməmək haqda insanı düşündürür. Buna baxmayaraq insanlar elə düşünə-düşünə də dönər yeməkdən imtina etmir. Bakı sakini Lamiyə Əmiraslanova dönərdən birdəfəlik imtina edib. Baxmayaraq ki, bir vaxtlar onun sevimli qidaları arasında dönər birinci yerdə olub: "Uzun illərdir ki, dönər yemirəm. Dönərin içindən parça qalığı çıxdıqdan sonra dönərdən imtina etmişəm. Yəqin ki, o parça dönərxanada piştaxtanı silmək, yaxud qabları yumaq üçün nə vaxtsa istifadə olunub. Tərkibinə gəlincə, dönər yediyim vaxtlarda tərkibi ilə elə də maraqlanmamışam. Daimi toyuq dönəri yediyim üçün dadından toyuq olmasını bilirdim. İndi ümumiyyətlə, dönərxana görmək istəmirəm. Natəmizlik və xəstəlikdir. Dönər satanlar formalar geyinirlər ki, guya məkan təmizdir. Razıyam, dönər satan adi köynək - şalvarda olsun, amma dönəri vicdanla hazırlasın".

Ətin keyfiyyəti məsələnin bir tərəfidir. İkinci amil, qidanın necə bişirilməsidir. Xəstə ətin tərkibinin yüksək istilikdə dəyişəcəyi, mikroblarının məhv olacağı fikrində olanlar yanılırlar. Çünki sağlam olmayan ətin tərkibini bişirərək sağlamlaşdırmaq qeyri-mümkündür. Məhsul özlüyündə keyfiyyətsizdir. Dönərxanaların bəzisində "İnoksan" cihazlarından istifadə edilir. Əksetdirici xüsusiyyətə malik olan bu cihazlar ətə yalnız tüstünü buraxır. Digər tərəfdən, əhali öz sağlamlığının qayğısına qalırsa, dönərçidən dönər almamışdan öncə ətin keyfiyyət sertifikatını tələb etməlidir. Aparılan müşahidələr onu göstərir ki, bununla da maraqlananlar demək olar yoxdur.

Son zamanlar məhz dönərxanalara, kafe və restoranlara keyfiyyətsiz ət paylanılması faktları ard-arda aşkarlanır. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, dönər məntəqələrində qanunsuzluq aşkar edildikdə sahibkarlara qarşı inzibati qaydada cəzalar tətbiq olunur. Fiziki şəxslər 50-100 manata qədər, vəzifəli şəxslər isə 100-200, hüquqi şəxslər isə 200-400 manata qədər cərimə olunurlar. Bu hal təkrarlandığı zaman isə həmin obyektlərin bağlanması haqda qərar qəbul olunur.

Dönər bıçağının tez-tez itilənməsi də insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları adətən, poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəklində qalır. Dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edilir. Bu isə çox böyük təhlükədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2436   Tarix: 08 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497