Gürzə ilanı çalan qadından xəbər var -VİDEO
Gürzə ilanının sancdığı xanım xəstəxanaya yerləşdirilib.
Hacıqabulda toyuq-cücəyə yem verərkən gürzə ilanının hədəfinə çevrilən Reyhan xanım hazırda Kliniki Tibbi mərkəzin Toksikologiya şöbəsində müalicə alır.
Zərərçəkən Reyhan İsibova bildirir ki, xəstəxanada sağalmaq üçün sistem köçürürlər: "Əllərindən gələni göstərirlər. Şiş hələ yatmayıb, deyirlər ki, 3 gün burda olmalısan ki, şiş tamam çəkilsin".
Reyhan xanım deyir ki, ilan qəfil onun əlindən sancıb, zəhərin təsirindən əlləri dərhal şişməyə başlayıb. Özü özünə ilkin tibbi yardım göstərmək istəyən xanım, əvvəlcə əlini soyuq suya salıb, sonra isə zəhərin təsirinin artdığını görərək həkimə müraciət edib. Vəziyyəti ağırlaşanda isə bura gəlib. Tək Reyhan xanım deyil, elə paytaxt və bölgələrdən də ilan sancması faktı ilə toksikoloji mərkəzə müraciət edənlər çoxdur.
Kliniki Tibbi mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov əsasən gürzə ilanları tərəfindən sancma hallarının daha çox olduğunu bildirdi.
Azər Maqsudov: "Aprelin 20-dən bu günə kimi 6 nəfər ilan sancması ilə müraciət edib. Onlardan 5-nin vəziyyəti orta ağır olsa da müayinə və müalicədən sonra evə buraxılıb. Hazırda bir xəstə müalicəni davam etdirir".
Şöbədə yetərincə zərdab ehtiyatının olduğunu deyən Azər Maqsudov təcili yardım briqadalarında da belə bir problemin yaşanmadığını vurğuladı. Düzdür, hələlik ilan sancma faktları azdır, amma güclü istilərin hələ qarşıda olduğunu nəzərə alsaq, onların sayının artacağı da istisna deyil.
Xatırladaq ki, təkcə ötən il 121 nəfər taksikologiya mərkəzində müalicə olunub, çağırışların sayı isə bu rəqəmin 2 misli qədərdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3120 Tarix: 03 may 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu
15.12.2025 650 Balakəndə ağır qəza - Ölən və yaralananlar var
Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyu
15.12.2025 257 Müğənni İntizar Məmmədzadənin evində toy olacaq.
Müğənni İntizar Məmmədzadənin evində toy olacaq. Axşam.az xəbər verir ki, sənətçi oğlunu evləndirir. Bu haqda "Afaqla 10lar" verilişində danışan ifaçı 25 yaşlı övladının nişanı olduğunu bildirib:. "Özü bəyənib, seçib. Bir il içində də toy edəcəyik"
15.12.2025 430 Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var
Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb
15.12.2025 161 Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barəd
10:11 195 Petteri Orpo: Avropa üçün alternativ yoxdur
Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq
12:00 92 Onlara ən azı 46 gün məzuniyyət veriləcək
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilər
12:45 73 Kamala Harris prezident olmağa hazırlaşır
ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün çalışır. xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. "Kaliforniya qubernatoru Gavin Nyusom və digər potensial namizədlərin rəqabətinə baxmayaraq, milli sorğular göstəri
15.12.2025 225 Dünyada ən sürətli heyvan hansıdır?
Bir çox insanı Yer üzündə ən sürətli heyvanın hansısı olduğu maraqlandırır. Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu suala cavab verərkən heyvanların yaşadığı mühiti nəzərə almaq lazımdır. Buna görə nəşr quru, dəniz və səma kateqoriyalarını ayırıb. Quruda ən sürətli heyvan
15.12.2025 317