Tağı Əhmədovu mütləq parodiya edəcəyik

Tağı Əhmədovu mütləq parodiya edəcəyikOnu "Bakılı oğlanlar"ın komandasından tanıyırıq. Komandanın sözün əsl mənasında ən şən, ən hazırcavab oğlanlanlarındandır.

Səhnədə canlandırdığı hər obraz tamaşaçı sevgisi, tamaşaçı rəğbəti qazanıb. Dövlət məmurlarını parodiyası isə ona xüsusi şöhrət gətirdi.

Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini anladınız. Movqe.az-ın budəfəki qonağı Azərbaycanın əməkdar artisti, "Planeta Parni iz Baku" ŞHK teatrının bədii rəhbəri Tahir İmanovdur:

- Bəllidir ki, bu ayın sonu konsert verəcəksiniz. Konsertə hazırlıq işləri necə gedir? Bu barədə anons verərdiniz...

- Həmişəki kimi, aprel konsertimizlə tamaşaçılar önündə çıxış edəcəyik. Daha dəqiq desək, aprel ayının 25, 26, 27-si Heydər Əliyev sarayında...

Kimlərin parodiya olunmasını deyə bilmərəm. Çünki biz bu intriqanı həmişə saxlayırıq. Tamaşaçılar yaxşısı budur özləri gəlib, izləsinlər, görsünlər. Təbii ki, bilet tapa bilsələr. Səhnəciklər, parodiyalar hər şey yenidir. Necə ki, həyatımız yeniləşir, ölkənin hər bir sahəsi inkişaf edir biz də inkişafdayıq.

- Tağı Əhmədov, artıq bildiyimiz kimi, Bakı Metropoliteninin rəisi deyil. Bəs onu necə, yenə parodiya edəcəksinizmi?

- Tağı Əhmədovun parodiyası mütləq olacaq. Baxmayaraq ki, Tağı müəllim artıq vəzifə sahibi deyil. Vaxtında o qədər KİV işçiləri ilə ünsiyyətdə olub, onlara reprikalar atıb ki, mən inanmıram ki, bu insan gündəmdən tez düşüb, yaddaşlardan silinsin. Tağı müəllim hələ də gündəmdədir və onun sözləri uzun müddət dillər əzbəri olacaq.

- Bu gün sosial şəbəkələrdə Tahir İmanov varmı?

- Xeyr, heç bir sosial şəbəkədə yoxam. Fürsətdən istifadə edib, demək istəyirəm ki, orada bəzi insanlar mənim və yaxud da ki, bizim komandanın adından istifadə edirlər. Ən azından onlara demək istəyirəm ki, bu kişilikdən deyil. Maksimum isə onu deyə bilərəm ki, həmin insanlar nakişidirlər. Xahiş edirəm belə də yazın. Özgənin adından istifadə edib, mövqeyini bildirmək bu namərdlikdir, alçaqlıqdır, səviyyəsizlikdir. Kişi gərək öz adından istifadə etsin və sözü birbaşa üzə desin.

- Müsahibələrinizin birində Azərbaycan Respublikası Prezidentinin konsertinizdə iştirakını arzuladığınızı demisiniz. Bu fikriniz də birmənalı qarşılanmadı.

- Birmənalı qarşılanmayıbsa mən nə deyə bilərəm? Azad demokratik ölkədə yaşayırıq. Hər kəsin öz mövqeyi var. Hər kəsin həyatda bir arzusu var. Mənim də arzum odur ki, konsertlərimə cənab Prezident gəlsin. Çünki doğrudan da vaxtilə "Parni iz Baku" KVN komandasının qurulması, ümumiyyətlə Azərbaycanda KVN hərəkatının yaradılması birbaşa cənab prezidentin adı ilə bağlıdır. Bir insan ki, mənə, qardaşlarıma, həmkarlarıma çörək verib, mən onu necə yaddan çıxara bilərəm? Biz heç vaxt nankor olmamışıq. Biz heç vaxt keçmişi unutmamışıq. Mənim arzumdur ki, cənab Prezident konsertimizə gəlsin, bəlkə, o zaman bəzi məmurlar tərəfindən olan təzyiqlər azala.

- Çoxmu belə təzyiqlər olur?

- Olur. Niyə sizdən gizlədim? Təzyiqlər zəng şəklində, başqa-başqa hərəkətlərlə olur.

- Bu cür təzyiqlər sizə nə dərəcədə təsir edir?

- Təsir etmir. Eləsinlər də... Biz demokratik ölkədə yaşayırıq. Onlar belə hərəkət edirlər və onlara bunu heç kəs qadağa edə bilməz. Sadəcə bir şeyi unutmasınlar ki, Azərbaycanda KVN hərəkatını ümummilli lider H. Əliyev dəstəkləyib. Bu gün də dövlətimizin qayğısı nəticəsində "Planet Parni iz Baku" KVN teatrı fəaliyyət göstərir. Buna görə də ölkə başçısına, dövlətimə minnətdaram. Əgər biz vaxtında ölkə başçısını parodiya etmişiksə, deməli hər kəsi parodiya edə bilərik və bu da, normaldır. Biz həmişə tənqid etmişik, heç vaxt heç kimi təhqir etməmişik. Ona görə də biz bu istiqamətdə çalışacağıq. Onu demək istəyirəm ki, mənə, qardaşlarıma və yaxud da ki, başqa KVN-in uşaqlarına nəsə olsa, bilin ki, bu təsadüfi hal deyil. Hətta yolda gedəndə başıma kərpic də düşsə, bilin ki, bu da təsadüfi deyil. (gülür-red)

- "Məhəllə 1" və "Məhəllə 2" oldu və kifayət qədər də sevildi. Görəsən, "Məhəllə 3" nə zaman olacaq?
- Hər şey ola bilər. Ancaq biz daha yeni layihələr üzərində çalışırıq. Amma bu o demək deyil ki, "Məhəllə 3" ola bilməz. Məhəllə elə bir mövzudur ki, həmişə aktual olacaq. Çünki məhəllənin obrazları cəmiyyətə yaxın obrazlardır. El şənliklərində, xeyir-şərdə olan söhbətlərə biz sadəcə dramaturji xətt verib onları səhnədə canlandırırıq. Burada qeyri-adi bir şey yoxdur. Elə bilirsiniz, "Məhəllə"ni biz özümüzdən düzüb-qoşuruq? "Məhəllə"nin bütün reprikaları, orada baş verənlər həyatdan götürülən hadisələrdir.

- Səhv etmirəmsə, ixtisasca iqtisadçısınız.

- Bəli, beynəlxalq iqtisadi əlaqələr üzrə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm.

- Heç öz sahəniz üzrə işləmisinizmi?

- Bir saniyə belə işləməmişəm. (gülür-red) Buna görə çox şadam və xoşbəxtəm.

- Necə oldu bəs məhz ADİU-nə sənəd verdiniz?

- Valideynlərimin təkidi ilə ora daxil oldum. Ancaq oraya daxil olanda da bilirdim ki, mən bir gün olsun belə bu sahə üzrə çalışmayacağam. Sadəcə valideynimin sözündən keçmədim.

- Bu gün ikinci bir işiniz, biznesiniz varmı?

- Gəlin əsas sənətimdən danışaq.

- Murad Dadaşov niyə KVN-i tərk elədi?

- Murad Dadaşovdan soruşun.

- Ondan soruşanda deyəcək sizdən soruşaq. Suala cavab verərdiniz zəhmət olmasa...

- Murad Dadaşov mənim əziz qardaşım, dostum, həmkarımdır. Vaxtım yoxdur deyir. Murad bu gün həqiqətən də çox böyük işlər görür. Desəm ki, Murad Dadaşov Azərbaycan teleməkanında müəyyən bir inqilab edib, heç də yanılmaram. Murad doğrudan da Azərbaycan televiziya məkanına yeni nəfəs verib. Və mən fəxr edirəm ki, bunu mənim həmkarım edib. Mən tək Muradın yox, müxtəlif sahələrdə çalışan bütün azərbaycanlıların uğuruna sevinirəm. Mən heç vaxt paxıl insan olmamışam. (gülür-red)

- Deyirlər ki, KVN əvvəlki kimi məşhur deyil...

- Ola bilər.

- Deməli, razısınız bu fikirlə?

- Özləri bilərlər. Mənim fikrimcə isə bir oyun, bir hərəkat ki, Rusiyanın birinci kanalında əsas izlənmə vaxtında (prime-time zamanında) yayımlanırsa, bu hərəkat necə dəbdə olmaya bilər?

1986-cı ildən görün neçə il keçib? Mən bilirəm bunu kimlər deyirlər. Paxıl, sponsorluq etmək istəməyən insanlar belə şeyləri uydururlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1961   Tarix: 25 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 2001
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 727
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

16:27 396
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 1605
.

Xəyalənin yaşı hər kəsi təəccübləndirdi, GÖRÜN NEÇƏ YAŞI var– FOTO

"Yaş qadının ən böyük sirridir deyiblər". xəbər verir ki, aktrisa Xəyalə Quliyeva "İnstagram" hesabındakı paylaşımında qeyd edib. Doğum gününü qeyd edən sənətçi yaşını da açıqlayıb:. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin 44

27.04.2024 1331
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 2688
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 929
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 659
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını yayımlayıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Fotolara xoş sözlər yazıblar. Sözügedən fotoları təqdim edirik:

27.04.2024 6123