Sürücülər bu xəbəri mütləq oxusun!

Sürücülər bu xəbəri mütləq oxusun!DYP: "Yolun sağı boş ola-ola solda sürənləri cəzalandıracağıq"
"Sürücülər unutmamalıdırlar ki, yolun qadağan olunmuş hissəsi ilə hərəkətedən, eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər". Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib. O, sürücülərin nəzərinə çatdırıb ki, yaşayış məntəqələrində, yəni şəhər daxilində normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Əks halda cəzalanacaqlar: "Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində avtomagistral və avtomobil yolu nişanları (5.1 və 5.3 nömrəli nişanlar) ilə işarələnmiş yolun hərəkət hissəsində yol boş olduğu halda belə sol zolaqlarla hərəkət etmək qadağandır. Sürücülərimiz bilsinlər ki, bu cür qayda pozuntuları artıq avtomatik rejimdə işləyən ölçü cihazları vasitəsilə qeydə alınacaq və qaydanı pozan həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar".

Bundan başqa, Azərbaycanda sürücülərin bəzən üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermədiyini deyən Kamran Əliyev qeyd edib ki, belə hallara görə onları sərt cəza tədbirləri gözləyir: "Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat vasitəsini dayandırmalıdırlar. Sürücülərimiz bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir".

Məlumat üçün qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3060   Tarix: 18 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

11:00 1044
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 384
.

Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İranda məcburi eniş edib

İranın Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib. xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Cəfəri mövzu ilə bağlı məlumat verib. İran rəsmis

20:45 22
.

Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO

Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. -a istinadən xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcıs

18:22 258
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

15:48 119
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

15:44 119
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

16:09 120
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

10:43 247
.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

10:51 972