Rusiyada azərbaycanlı oliqarx qətlə yetirildi

Rusiyada azərbaycanlı oliqarx qətlə yetirildiİbrahimovun adı kriminal milis əməkdaşının qətlində hallanırdı.

Krasnoyarskda Azərbaycan diasporu nümayəndələri arasında kriminal müharibə başlayıb.

BiG.AZ Vesti.az-a istinadən bildirir ki, RF Krasnoyarsk vilayətinin Baş xİstintaq İdarəsinin rəis müavini Olqa Degidin bəyan etdiyinə görə, bu gün səhər Krasnoyarsk vilayətində növbəti azərbaycanlı – "Yujnı" bazarının sahibi, "Mustanq" MMC-nin direktoru 60 yaşlı Ənvər İbrahimov qətlə yetirilib.

Onun sözlərinə görə qətl səhər saat 7.00-da İbrahimovun Vodopyanov küçəsində yerləşən evinin qarşısında baş verib. Ona TT tapançasından atəş açıblar.

"İstintaq orqanları müxtəlif versiyaları yoxlayırlar. Versiyaların birinə görə bugünkü qətl bazar günü baş vermiş başqa qətllə əlaqəli ola bilər", - O.Degid deyib.

13 aprel tarixində odlu silahla əslən Tovuz rayonundan olan Qaryağdı Nağıyev qətlə yetirilib. Bu gün Nağıyevin cəsədini torpağa tapşırmaq üçün Azərbaycana gətirəcəklər.

Bununla yanaşı məlumdur ki, bu gün qətlə yetirilmiş İbrahimov Ənvər Nazim oğlu iri sahibkar idi, eləcə də "Yemelyanovo" cıdır meydanının sahibi idi.

Krasnoyarskda "Mühasirə" planı elan edilib. Rusiya DİN rəhbərinin sərəncamı ilə bu işin istintaqı üçün vilayətdə xüsusi qrup yaradılıb. Rusiya Federasiyasının İstintaq komitəsinin İstintaq orqanları tərəfindən RF CM 105-ci maddəsinin 1-ci bəndinə (qətl) dair cinayət işi açılıb.

Nağıyevə gəldikdə isə o, "Anastasiya" kafesində ("Novaya Vzletka" bazarının yaxınlığında) qətlə yetirilib. O, kafedə dostları ilə söhbət edərkən içəri cavan oğlan daxil olub və Makarov tapançasından ona atəş açıb. Hüquq mühafizəçilərinin sözlərinə görə onlar yaxın tanış olublar. Nağıyev meyvə-tərəvəz satırdı.

Kafedə baş verən hadisədən sonra əməliyyatçılar atəş açanı Aviatorı küçəsində həbs ediblər. Əməliyyatçıların sözlərinə görə o travmatik silahdan açılan atəşdən yaralanaıb. Rusiya DİN Mİ cinayət axtarış şöbəsinin əməkdaşı "Anastasiya"da səs-küyü eşidib atəş açanı izləməyə başlayıb. Polis onu gizləndiyi mağazada tutmağa nail olub.

Atəş açan şəxs törətdiyi ağır cinayətə görə federal axtarışda olan cavan oğlan olub. Axtarış zamanı onun silahı müsadirə edilib.

Hüquq mühafizəçiləri hesab edirlər ki, Nağıyevin qətli Rafiq Məmmədovun və Oqtay Əhmədovun başçılıq etdikləri iki rəqib qrupun münaqişəsi ilə əlaqədardır. Onlar öz hökmranlıqlarını sübut etməyə çalışıblar. Qruplar Krasnoyarsk bazarlarına nəzarət üstündə mübarizə aparırdılar.

Məmmədovların altı qardaşdan biri öldürülüb, ikisi isə yaralanmışdı. Bir müddət sonra avtomatla Oqtay Əhmədovu da öldürürlər. Rafiq Məmmədovun da ömrü uzun olmadı. 2009-cu ildə Solonsı qəsəbəsinin yanında onun avtomobilini güllə yağışına tutublar. Maşında olan hər üç sərnişin, o cümlədən Rafiq Məmmədov ölüb. Cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar. Bir il sonra onları başqa cinayətə görə Podmoskovye ərazisində həbs etdilər.

"Novaya vletka"da kafedə atəş açan Məmmədovlardan birinin oğlu olub. Cinayət üçün səbəb atasının intiqamını almaq olub. Bəs niyə qurban məhz Nağıyev oldu? Şayiələrə görə o, Oqtay Əhmədovun bacısı oğludur.

Amma Ənvər Məmmədovun qətli ilə əlaqədar başqa bir versiya da var. "Komsomolskaya pravda" nəşrinin qeyd etdiyi kimi, 2003-cü ildə kriminal polis əməkdaşının, sonra isə həmin ilin 11 iyun tarixində öz evinin qarşısında güllələnən "Luç" bazarının mühafizə xidmətinin rəisi Ararat Qukasyanın qətlinin təşkili ilə aparılan cinayət işində İbrahimovun adı hallanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3104   Tarix: 17 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 917
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 231
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 390
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

29.04.2024 731
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 228
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 325
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 229
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

29.04.2024 558