"Olimpiya çempionuyam, "07" sürəsi deyiləm ki..."
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli avtomobili ilə çəkdirdiyi şəkildən danışıb. BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident postunda çalışan E. Məmmədli bununla bağlı açıqlama verib.
O, "Porsche" markalı avtomobilinə 200 min manat, "10 EM 010" nömrəsini almaq üçün isə 20 min manat ödədiyi barədə iddiaları təkzib edib. Olimpiya çempionu bildirib ki, 6 il öncə olimpiya çempionu olduqdan sonra ACF rəhbərliyi ona "BMW 745" hədiyyə edib. Həmin avtomobil elə özünün istəyi ilə alınıb. Amma köhnəldiyi üçün "Porsche" ilə dəyişməli olub: "Olimpiadaya yollanmamışdan öncə federasiya prezidentimiz Füzuli Ələkbərov mənə söz vermişdi ki, qızıl medalla qayıdacağım təqdirdə, belə bir avtomobil hədiyyə edəcək. Mən çempion oldum, Füzuli müəllim də sözünün üstündə durdu. O maşını bir müddət sürdüm, köhnəldi və "Porsche" ilə dəyişdim".
E. Məmmədli yeni avtomobilinin qiymətini də açıqlayıb: "Maşınım heç də 200 minlik deyil, ucuzdur. Qiymətlərdən xəbəri olan bilir ki, bu qədər qiyməti yoxdur. Yoxlaya da bilərlər. Bəli, avtomobil özümündür, amma qiyməti 70 – 80 min dollardır. Olimpiya çempionuyam, "07" sürəsi deyiləm ki... Şükür Allaha, imkanımız, gücümüz çatır ki, o maşını alıram, sürürəm. Qonaqlarım gəlir, bunları da nəzərə almaq lazımdır".
Nömrəyə gəldikdə, olimpiya çempionu bildirib ki, "10 EM 010"u ona çalışdığı polis orqanlarının rəhbərliyindən hədiyyə ediblər: "Buna görə heç kimə heç nə verməmişəm. Qiymətindən də xəbərim yoxdur. Çünki indiyədək nömrə almamışam. Guya nömrəyə 20 min manat pul xərclədiyimi deyirlər. Bunların hamısı yalan söhbətlərdir".
E. Məmmədli cəmi 1 avtomobilinin olduğunu da vurğulayıb. O, qarajında bir neçə maşının olmasına dair xəbərləri təkzib edib: "Təki bu, gerçək olaydı. Yox, qardaş. 1 dənə maşınım var, o da "Porsche"dir. Adımı kompüterdə vurub baxanda da buna əmin ola bilərsiniz. 3-4 maşını neynirəm? Bu, köynək deyil ki, gündə birini geyinim. Özü də avtomobilimin motorunun həcmi elə də böyük deyil. Zəifdir, 3600 kubsantimetrlikdir. 5-lik motor deyil ki, bərk getsin".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 3487 Tarix: 07 aprel 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197