Nadir Qafarzadə Maşın şouda qurban olması nın səbəblərini açıqladı (FOTO)

Nadir Qafarzadə Maşın şouda qurban olması nın səbəblərini açıqladı (FOTO)"Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətini ikinci tərk edən iştirakçılar sırasına Azərbaycanın populyar estrada müğənnisi, daha çox imza atdığı qalmaqalları ilə tanınan Nadir Qafarzadə oldu. Dünənki canlı yayıma baxmayanların diqqətinə çatdıraq ki, meyxanaçı Rəşad Dağlı tamaşaçılardan səs toplayaraq tanınmış müğənni, klassik və estrada mahnılarının mahir ifaçısı, pedaqoq Teymur Əmrahı oyundan çıxaracağını elan etdiyi anda, Nadir jest edərək əlini maşından götürüb, həmkarının əvəzinə özünün getdiyini nümayiş etdirdi. Amma bu addım heç də Rəşadın qərarına müsbət təsir göstərmədi. Meyxanaçı rəqib gördüyü Əmrahı oyundan çıxartdı. Trend-ə qısa müsahibəsində Nadir etdiyi hərəkətə belə şərh verdi:

- Mən sırf insanlıq prizmasından yanaşıb bu hərəkəti etdim. Teymur müəllim onsuz da qəlbiqırıq insandır. Amma sənətinə söz ola bilməz. Həmişə kimlərə görəsə ürəyim ağrıyıb. Bu dəfə də çox təsirli olduğum üçün belə bir addım atdım və əsla da peşmançılıq hissi keçirmirəm. Əksinə, etdiyim hərəkətə görə qürur duyuram.

- Nadir, şouda olduğun müddət ərzində çılğınlığın görünmürdü. Elə bil tamaşaçılara özünün ancaq yaxşı tərəflərini göstərmək niyyətində idin...

- Çılğın insan deyiləm axı... Məni kimlərsə çılğın olmağa vadar edir. İştirakçılar arasında mənə dəyib-dolaşan olmadığından, susmağa üstünlük verirdim. Bir şeydən əmin oldum ki, susmaq çox məsələləri həll edir.

- Qruplaşmalarda var idinmi?

- Konkret hansısa qruplaşmada yox idim. Amma şou daxilindəki hansısa proseslərdə iştirak edirdim.

- Xalq artisti Aygün Kazımova ilə müğənni Röya Ayxanın eyni qrupda birləşməsinə münasibətin necədir? Səncə onlar avtomobili qazanmaq üçün sona qədər bir yerdə mübarizə apara biləcəklərmi?

- Onların hamısına uğurlar diləyirəm. Hamısı mənim həmkarlarım, dostlarımdır. Kimin qismətidirsə, qoy, maşın ona da qismət olsun. Allah bilir kim olacaq qalib.

- Bəs, tamaşaçı kimi maşının kimə qismət olmasını istərdin?

- Tamaşaçı kimi deyə bilmərəm. Ola bilsin ki, ya meyxanaçı Rəşad Dağlı, ya da aşıq Əli qalib oldu.

- Görünən odur ki, şou qalmaqalları ilə davam edir...

- Mən, dediyim kimi, heç bir qalmaqalda yox idim. Dünən tamaşaçılar da gördü ki, mübarizə meydanını mərdi-mərdanə tərk etdim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4841   Tarix: 17 dekabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536