Qiymətli daşlar həm də müalicə edir

Qiymətli daşlar həm də müalicə edirBiG.AZ SIA-ya istinadən bildirir ki,Əsrlər boyu uğrunda qanlar axıdılan, hökmdarların xəzinələrini bəzəyən qiymətli daşlar həm də müalicəvi xüsusiyyətləri ilə diqqəti cəlb edib. Hələ qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazıblar. Zaman keçdikcə xalq təbabətinin biliciləri də daş-qaşlardan müalicə məqsədi ilə istifadə etməyə başlayıblar.

Müsəlman aləmində daha çox məşhur olan firuzə insanlara nikbin, xoş əhval-ruhiyyə bəxş edən bir daş kimi şöhrət tapıb. Xalq təbibləri belə hesab edirlər ki, firuzəyə baxan göz işıqlanır. Bu cəhəti nəzərə alınaraq, göz üçün dərmanlar hazırlanarkən firuzədən istifadə olunub.

Mirvarini əzərək toz halına salır və isti suda həll edirlər. Onu şərbətə qatır və gündə 3-4 dəfə və hər dəfə 15-20 qram içirlər ki, bu da ürək tutmalarının qarşısını almağa kömək edir, habelə ürəyi qüvvətləndirir. Göz xəstəliklərinin müalicəsində də mirvari tozundan istifadə edilir.

Şərq təbiblərinin fikrincə, özü ilə yaqut gəzdirən insanlar gecələr yatarkən qorxulu və pis yuxular görmürlər. Baş ağrısını sakitləşdirmək üçün başa yaqut daşı sürtmək məsləhət görülür. Yaqut ağrıkəsici xüsusiyyətə malikdir və bədənin hər hansı hissəsində olan ağrını maqnit kimi özünə çəkir.

Hind alimlərinin dediyinə görə, özü ilə yaqut gəzdirən şəxs taun və vəba xəstəliklərinə tutulmaz. Yaqutu ağızda saxladıqda ürəyi qüvvətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır, susuzluğu dəf edir. Onu tozunu şərbətə qatıb içdikdə qanı təmizləyir, zəhərlənmənin qarşısını alır, gözü xəstəliklərdən qoruyur.

Misirdə tünd yaşıl zümrüdü tozundan və ya suda həll olunmuş məhlulundan zəhərlənmələrin müalicəsində istifadə ediblər. Zümrüd gəzdirən adamların əsəbləri sakit olar, qorxulu yuxular görməzlər. Toz halında zümrüdü müxtəlif maye dərmanlara qatmaqla ondan malyariya, ishal kimi xəstəliklərin qarşısının alınmasında istifadə olunub.

Əqiq mineralından göz muncuğu hazırlayıb uşaqların biləyinə, sinəsinə bağlayırlar. Bu, onları bədnəzərdən, göz dəyməsindən qoruyur. Əqiqin şüanı dəfetmə xüsusiyyətinin kompüter istifadəçilərinə çox xeyri dəyə bilər.

Şəffaf və rəngsiz kvars mineralı fikri dağıdan, üzdəki qırışları yox edən vasitədir. Kvarsdan, həmçinin qorxuluğun aradan qaldırılmasında da istifadə edilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1845   Tarix: 25 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhlükəli asteroid Yerə yaxınlaşır

"Apofis" asteroidi Yerə potensial təhlükəli yaxınlaşması ilə dünya tədqiqatçılarının və alimlərinin diqqətini cəlb edir. -ın xarci mediaya istinadla xəbərinə görə, Qədim Misirin məhv tanrısı Apofisin adını daşıyan bu nəhəng kosmik obyekt cəmi 31 min kilometr məsafədən keçəcək. Mütəxəssislə

12.05.2024 365
.

Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar

Çində yenidən anadan olmaq qadağan olunub. Qanun bu günlərdə ölkə konstitusiyasına əlavə edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Çində ərizə verib öncədən xəbərdarlıq edilmədən yenidən dünyaya gəlmək rəsmən qadağan edilib. Məzəli görünsə də, bu qayda çinlilərin reankarnasiyaya dərin inanc

09.05.2024 589
.

"Google Chrome" istifadəçilərinə təcili xəbərdarlıq

"Google" anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran "Chrome" brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb. Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər. Boşluğun təcavüzkarlar tərəfindən nec

12.05.2024 495
.

Bakı metrosu vaqonlar üçün təkərlər alır - MƏBLƏĞ

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro vaqonları üçün təkər cütləri alır. İqtisadiyyat.az xəbər verir ki, yeni təkər cütləri "81-717/714" seriyalı metro vaqonları üçün nəzərdə tutulub. Sifarişi "Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod" SC həyata keçirəcək

11.05.2024 269
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 591
.

"X"in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi "Bright Data"nın ictimaiyyətə açıq istifadəçi məlumatlarını toplamasının qarşısını ala bilməyib. Məhkəmə sosial şəbəkənin "Bright Data"ya qarşı qaldırdığı iddianı rədd edib. "X"in vəkilləri qarşı tərəf

12.05.2024 272
.

Heç nə oxumadan imtahanda qiymət almağın asan, amma qanunsuz yolu - VİDEO

Ölçüsü cəmi bir neçə millimetrdir. Qulağın içinə qoyulur, ətrafdan isə görünmür. Söhbət mikroqulaqlıqlardan gedir. Son dövrlərdə bu cür qulaqlıqlara maraq artıb. Bu cihazları sosial şəbəkə səhifələrindən satın almaq və ya müəyyən məbləğ qarşılığında icarəyə götürmək mümkündür. Qiymətləri isə 60-260 mana

12.05.2024 746
.

Yuxusuz yaşaya bilən 10 heyvan: Bu necə mümkündür?

Bəzi heyvanların hər zaman aktiv olan beyinlərə sahib olduğunu, bəzilərinin isə ənənəvi "yuxu" mənasında aylarla yatmadığını bildikdə təəccüblənəcəksiniz. Təbiət dünyası bizi demək olar ki, hər gün öz sirləri və tapmacaları ilə təəccübləndirir, bəşəriyyət onların əksəriyyətinə hələ də cava

18.05.2024 213
.

Dələduzlar professoru da bu üsulla aldatdılar

Rusiyanın Sankt-Peterburq şəhərində professora qarşı dələduzluq edilib. yerli KİV-ə istinadla bildirir ki, mayın əvvəlində özünü bankın təhlükəsizlik işçisi kimi təqdim edən naməlum şəxs Sankt-Peterburq Dövlət Universitetinin 73 yaşlı müəllimi, filologiya elmləri doktoruna zəng edib. Dələduz bəzi cinayətkarları

11.05.2024 276