Röya: "Çox bahalı qadınam"

Röya: "Çox bahalı qadınam""İKİNCİ UŞAĞI DÜNYAYA GƏTİRİM, LAP GÖZƏLLƏŞƏCƏM"

Müğənni Röya Ayxan ötən gün "Lider" telekanalında yayımlanan "Solo" verilişinin qonağı olub.

Türkiyə layihəsindən bəhs edən sənətçi ona gələn təkliflərdən danışıb. O, aparıcı Murad Arifin "Röya-Tarkan dueti reallaşa bilər?" sualına belə cavab verib:

"Ozan Çolaqoğlu dəfələrlə təklif edib ki, Tarkanla duet oxuyun. Hətta bir dəfə deyirdi ki, "Bəlkədə" mahnısında Tarkan vokalçı olsun. Tarkana tıəklif etsəydik razılaşardı da. Amma onu narahat etmək istəmədim. Mən sırtıq kimi hərəkət etmirəm. Orada da buna görə mənə qiymət verirlər. Ümumiyyətlə, biz - Azərbaycan müğənniləri özümüzə qiymət veririk".

Ulduzluq xəstəliyinə heç vaxt tutulmayacağını deyən Röya xaricdə olarkən təşkilatçılara tələblərini açıqlayıb:

"Kənardakı insanlar xasiyyətimdə dəyişiklikləri görə bilər. Amma daxilimdə bilirəm ki, ulduzluq xəstəliyinə tutulmamışam. Məndə heç vaxt ulduzluq olmayacaq. Bütün dünya ulduzlarının zəif nöqtəsi var. Hansısa verilişə gedəndə tələbləri olur. Mən burada verilişlərə dəvət olunanda baxıram, istədiyimi görməyəndə getmirəm. Durub onlardan tələb etmirəm ki, bunlar mütləq olsun. Amma Türkiyədə mənim də tələblərim var. Qalacağım otel səsyazma studiyasına yaxın olmalıdır. Əgər mən oteldən çıxıb, tıxacda qalıb nə qədər vaxtdan sonra studiyaya çatacağamsa, onda oxumayacağam".

Müğənni ana olduqdan sonra gözəlləşdiyini deyib:

"İlk övladım dünyaya gəldikdən sonra hamı deyirdi ki, Röya, gözəlləşmisən. İndi də istəyirəm, ikinci uşağı dünyaya gətirim, lap gözəlləşim".

Röya ona qarşı səhv addım atanlara şans vermədiyini vurğulayıb:

"Mən özümə güclü qız kimi baxıram. Bu sənətdə güclülər qaldı, zəiflər getdi. Şou-biznesdə ikiüzlülük ancaq kişilərdədir. Burada oğlanlardan söz gedir. Qadınlarla mübahisə, rəqabət, səviyyəsizlik. Üstündən bir müddət keçir, gəlirlər barışmağa. Amma qapılar bağlıdır, eləsinə şans düşmür. Mən diqqəti ailəmə, oğluma, Kənana (prodüser Kənan Bayramov - red.) verirəm. Elələrini tanısaydım, qarpızdoğrayanı müğənni etməzdim. Mən Azərbaycanın ulduzuyam. Ən gözəl mahnıları mən oxumuşam. Azərbaycanda müğənnilər arasında çox bahalı qadınam. Bu neçə illərdir belədir, kimlər mübarizə aparsa da, mənə çatmayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3509   Tarix: 21 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059