Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat turniri keçiriləcək
"Synergy Group"un təşkilatçılığı ilə 2014-cü ilin aprelində Şəmkirdə Avropa çempionu, dünyanın aparıcı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçiriləcək. Artıq mötəbər yarışda iştirak edəcək ulduz şahmatçıların adı dəqiqləşib. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Karuana (İtaliya), FİDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karyakin (Rusiya), o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edəcək. "A" turnirinin mükafat fondu 100 min avro təşkil edir.
"B" turnirində 10 şahmatçı mübarizə aparacaq. Mükafat fondu 30 min avro olan "B" turnirində iştirak edəcək şahmatçılar bunlardır: Eltac Səfərli, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durabəyli (hamısı Azərbaycan), Van Xao (Çin, 2734), Pavel Elyanov (Ukrayna, 2732), Etyen Bakro (Fransa, 2726), Radoslav Vojtaszek (Polşa, 2718) və bu günlərdə fərdi Avropa çempionatının qalibi olan Aleksandr Motılyov (Rusiya, 2685).
Azərbaycanda fəaliyyət göstərilən ən iri yerli investisiya şirkətlərindən biri olan"Synergy Group"un təşkilatçılığı ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na dəstək olmaqdır.
Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində aprelin 20-də start götürəcək və 10 gün davam edəcək. Yarışın açılış mərasimi aprelin 19-da olacaq.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, karyerasının yüksəliş dövründə FİDE-nin siyahısında 4-cü pillədə qərarlaşıb. Bakıda keçirilən FİDE Qran-Pri turnirinin qalibi olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Serbiyada keçirilən qitə birinciliyində yığmamızın son turdakı tarixi zəfərində həlledici rol oynayıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Müxtəlif şahmat klubların heyətində Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldova çempionudur. Sürətli şahmat üzrə dünya çempionatında gümüş mükafatçı olub. 72-dən çox titulun sahibi olan Vüqar Həşimov "Kasparov Kuboku" uğrunda turnirin qalibidir. 2008-ci ildə keçirilən Şahmat olimpiadasında şəxsi göstəricilərə görə gümüş medala layiq görülüb. Ümumdünya İntellektual Oyunlarında gümüş və bürünc medalların sahibidir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 3115 Tarix: 19 mart 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Real Madrid" uzun müddətdir maraqlandığı müdafiəçinin transferi fikrindən daşınıb
"Real Madrid" uzun müddətdir transfer siyahısına daxil etdiyi "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konatenin oyun performansındakı gerilik səbəbindən onunla müqavilə imzalamaq niyyətindən imtina edib. "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu qərarlar
30.11.2025 370 "Uşaqlıqdan Musada böyük istedad olmayıb" - Əmisi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanov maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, saytına müsahibəsində qardaşı oğlu, adaşı Musa Qurbanlının böyük istedada malik olmadığını bildirib. "Hələ ki yolun başlanğıcındadır
27.11.2025 971 "Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. Qaynarinfo-nun məlumatına görə, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyal
10.12.2025 577 Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?
Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak perspektivləri ilə bağlı şərh verib. Bu barədə -a istinadən xəbər verir. "Orada olub-olmayacağına özü qərar verəcək və istənilən halda biz onun qərarını dəstəkləyəcəyik. Hə
06.12.2025 616 Messi Hindistanın ən varlı ailəsinin üzvləri ilə bir arada - Fotolar
Xəbər verdiyimiz kimi, dünyaca məşhur argentinalı futbolçu Lionel Messi Hindistana səfər edib. Axşam.az-ın məlumatına görə, futbolçu səfəri zamanı Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin oğlu Anant Ambaniyə məxsus Vantara vəhşi təbiət qoruğuna xüsusi ziyarət edib. Messi Ambani ailəsi, həmçini
11:06 272 "Qarabağ" Medinanın durumunu açıqladı
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən "Napoli" – "Qarabağ" matçının 50-ci dəqiqəsində Kevin Medina rəqib komandanın atdığı top zərbəsindən sonra yıxılaraq huşunu itirib və meydandan çıxarılıb. Qaynarinfo xəbər verir ki, "Qarabağ" klub
26.11.2025 624 "Fənərbağça" və "Qalatasaray" Superliqada 137-ci dəfə üz-üzə gələcəklər
Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək. "Report"un məlumatına görə, "Fənərbağça" doğma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər Superliqa tarixində 137-ci dəfə qarşılaşacaqlar
01.12.2025 475 Qurban Qurbanov bu futbolçuları "Ayaks"a qarşı oynada bilməyəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"ı qəbul edəcək "Qarabağ"ın Niderland təmsilçisinə qarşı neçə itki ilə mübarizə aparacağı dəqiqləşib. -a klubdan verilən məlumata görə, 3 futbolçu "köhlənlər" kömək edə bilməyəcək. Turnirin 4-cü turunda, "Çelsi"
08.12.2025 751 Messi karyerasında 47-ci titulunu qazandı - SİYAHI
Lionel Messi "İnter Mayami"nin heyətində MLS müntəzəm çempionatının Şərq Konfransının qalibi olaraq, karyerasında 47-ci trofeyi qazanıb. -ya istinadən xəbər verir ki, bu uğur onun bütün zamanların ən çox titul qazanan futbolçusu kimi mövqeyini möhkəmləndirib. Messinin klublarda və milli komandad
30.11.2025 542