Zaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib

11 mart 2014-cü il tarixində Xorvatiyada Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Zaqreb şəhərində təşkil edilən təqdimat mərasimində Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, sabiq prezident Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Xorvatiya Diplomatik Akademiyasının direktoru Mladen Andrliç, Xorvatiya Ali Məhkəməsinin, Xorvatiya Mədəniyyət Nazirliyi və Zaqreb Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, Xorvatiya Parlamentinin üzvləri, o cümlədən parlamentdə fəaliyyət göstərən Xorvatiya-Azərbaycan dostluq qrupunun üzvləri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli jurnalist və ictimai xadimlər və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev Azərbaycanın qədim və zəngin ədəbiyyatı haqqında ətraflı məlumat vermiş, "Əli və Nino" əsərinin 30-dan çox dilə tərcümə olunduğunu və 100 dəfədən çox nəşr edildiyini vurğulayıb.

Səfir "Əli və Nino" əsərini Azərbaycanda tarixən mövcud olmuş multimədəniyyətlilik və tolerantlıq nümunəsi kimi dəyərləndirib və əsərin əsas məğzinin sülh, dostluq, hörmət və xeyirxahlığın təbliği olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları "Əli və Nino" əsəri haqqında fikirlərini bölüşüb, Azərbaycanın zəngin ədəbiyyatı haqqında danışıblar.

Tədbir Xorvatiyanın ictimai televiziyası və radiosu "HRT 1" tərəfindən işıqlandırılıb və səfir K.Xasiyev "HRT 1"-ə müsahibə verib.

Təqdimat mərasimi tədbir iştiakçılarının şərəfinə verilmiş ziyafətlə başa çatıb.

Zaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilibZaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilibZaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilibZaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1598   Tarix: 12 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 164
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 116
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

05.05.2024 368
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 171
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 146
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

05.05.2024 152
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 215
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 130
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

05.05.2024 208