Qax və Bormio şəhərləri qardaşlaşdı

Qax və Bormio şəhərləri qardaşlaşdıAzərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb.

İtaliyada Qax və Bormio şəhərlərinin qardaşlaşması haqqında sənədin imzalanma mərasimi olub.

BiG.AZ AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov, Qax Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli, Bormionun meri Cüzeppe Okki, bu şəhərin yerləşdiyi Lombardia region hökumətinin təmsilçiləri, meriyanın əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasimdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılan, şəhərlərin qardaşlaşmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, sənədin imzalanması Qax ilə Bormio şəhərləri arasında əməkdaşlıq istiqamətlərinin və layihələrin təsbit olunmasında mühüm önəm kəsb edir.

Sonra Azərbaycanın Qax və İtaliyanın Bormio şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb.

Musa Şəkiliyev və Cüzeppe Okki tərəfindən imzalanmış sənəddə iki şəhər arasında mədəniyyət, humanitar, elm, incəsənət təhsil, iqtisadi-sosial və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İtaliya və Azərbaycan şəhərləri arasında daha sıx əlaqələrin yaradılması baxımından əhəmiyyətli addım qardaşlaşma münasibətlərinin qurulması ənənə halını alıb. Artıq Genuya ilə Sumqayıt, Çerveteri ilə Lənkəran, Valmontone ilə Göyçay, Pozitano ilə Naftalan şəhərlərinin qardaşlaşmasına dair müvafiq əməkdaşlıq sənədləri imzalanıb. Həmçinin Turin ilə Gəncə vä Florensiya ilə Şəki ilə bağlı razılıq əldə olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 574   Tarix: 09 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121