Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?

BiG.AZ saytı publika.az-a istinadən həmi fotoları təqdim edir:

10. Olmeklər
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Olmeklər Amerika qitəsinin sakinləri olub Meksikanın mərkəzi tropik təpələrində yaşayardılar. Onlar təqribən e.ə. 1400-cü ildə yaşayıblar. Nə dildə danışdıqları məlum deyil, yazılarını isə hələki oxumaq mümkün olmayıb. Tayfanın adı asteklərin tarixi xronologiyasında qeyd olunur.
1862-cu ildə şəkər plantasiyalarının birindən çox qəribə heykəltəraşlıq nümunəsi aşkar edilir. Bu, daşdan düzəldilmiş "afrikalının" başı idi. Sənət əsəri bu vaxta qədər tapılanlardan çox fərqliydi. Bu haqda kitab yazmış Melqar qeyd edirdi: "Mən tamamilə əminəm ki, qara dərililər bu yerlərdə az olmayıb və bu dünya yaranandan belədir. Lakin bu fərziyyə inkişaf etdirilmədi.
"Olmek" asteklərin dilində "kauçuk ölkəsinin sakinləri" deməkdir. Hinduların əfsanələrinə inansaq, o zaman olmeklər Meksika körfəzində yaşayan Mərkəzi Amerikanın ilk sivilizasiyalı xalqlarıdır.

Onlar hara gediblər?

Eramızdan əvvəl 400-cü ildə olmeklərin torpaqları adamsızlaşmağa başladı. Güman olunur ki, səbəb iqlim dəyişikliyi olub. Ola bilər ki, əhali ərazidəki vulkanın aktivləşməsi nəticəsində oranı tərk etməyə məcbur olub. Ən məşhur nəzəriyyə isə ondan ibarətdir ki, olmeklər digər tayfalar tərəfindən işğal olunub. Lakin işğalçıların hansı tayfa olduğu məlum deyil.

9. Nəbatilər
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Sami ailəsinin bir üzvü olan nəbatilər e.ə. 6-cı əsrdə İordaniya və Ərəbistanın bir hissəsində yaşayıblar. Nəbatilər dünyada paytaxtı Petra şəhərinin qurucuları kimi tanınırlar. Heyrətamiz Petra şəhəri qayalıqda yonulmaqla salınıb. Ticarət yolunun üzərində yerləşdiyi üçün nəbatilər Ellin Yunan mədəniyyəti, Roma, Ərəbistan, Assuriyanın təsirindən yararlanıb. O dövr mövcud olan digər cəmiyyətlərdən fərqli olaraq nəbatilərdə quldarlıq yox idi. Bir çox filmlər Petra şəhərində çəkilib ("İndiana Cons", "Transformerlər", Ərəb gecələri"). Şəhərlə bağlı bir sıra mahnı və kitablar yazılıb.

Eramızdan əvvəl 4-cü əsrdə nəbatilər Petra şəhərini tərk edir və səbəbi indiyədək məlum deyil . Bəzi ehtimallara əsasən ticarət yolları dəyişdikdən sonra sakinlər artıq Petrada qalmağın əsassız olduğunu düşünüblər.

8. Aksum İmperiyası
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Aksum İmperiyası eramızın birinci əsrində indiki Efiopiya ərazisində yaranıb və Səba məlikəsinin vətəni hesab olunur. O, Səba İmperiyasının hökmdarı hesab olunur. Lakin Müasir arxeologiyaya görə, bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. Nəml surəsinin 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bəlqis" olaraq adlandırılır. Aksum dövlətinin əsas məşğuliyyəti ticarət olub. Çarlar və zadəganlar üçün ucaldılmış qəbirüstü sütunlar Aksum İmperiyasını dünyada tanıdıb. Aksum padşahları əvvəlcə səba sonradan isə yunan və efiop dillərindən istifadə edib.

Yerli əfsanələrinə əsasən, Yodit adında İvrit Kraliçası Aksum İmperiyasını məğlubiyyətə uğradaraq kilsə və ədəbiyyatlarını məhv edib.

7. Mikenalılar
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Mikenalılar e.ə. 1600-cü ildə cənubi Yunanıstanda Minoyan sivilizasiyasından yaranıb. Troya Müharibələri zamanı Yunan ordusuna başçılıq edən Çar Aqamemnon haqqında əfsanələr da daxil olmaqla mikenanılar ətrafında bir çox əsatirlər mövcuddur.

Onların nəyə görə məhv olması məlum deyil lakin ehtimal olunur ki, kəndlilər və hakim təbəqələr Mikena dövlətinin süqutuna səbəb olub. Digər fərziyyələr kimi ticarət yollarının dəyişməsi və zəlzələ də göstərilir. Lakin ən inandırıcı fərziyyə şimaldan Dori tayfalarının (Mikenadan sonra onların ərazisində məskunlaşıb) və ya Dəniz Adamları (Balkanlardan Orta Şərqə köç edən xalqlar) tərəfindən işğal olunmasıdır.

6. Kxmer İmperiyası
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Eramızın 9-cu əsrində Kamboca ərazisində yaranan Kxmer İmperiyası indiki Cənub Şərqi Asiyanın ən güclü krallığı olub. İmperiya paytaxtı olan məşhur Anqkor şəhərinin qurucusu kimi dünyada tanınır. Kxmer İmperiyasında Hinduizm, Buddizm dinləri hökm sürürdü.

Kxmer İmperiyasının çökməsi bir sıra səbəblərdən ola bilər. İmperiyanı allah kimi göstərilən kral idarə edirdi. Buddizm dini maarifçiliyi təmsil edirdi və bu səbəbdən kralın yemi üçün işləmək istəyi getdikcə aşağı düşürdü. Digər fərziyyədə qeyd olunur ki, Angkor şəhəri Ayutiya dövləti tərəfindən məhv edilib.

5. Tripol mədəniyyəti
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Rumıniyada Kukuten, Ukraynada Trifilian, Rusiyada isə Tripol mədəniyyəti kimi tanınıb. Dunay-Dnepr bölgəsində məskunlaşan xalq e.ə. 5500-2750-ci illərdə yaranıb. Bu mədəniyyətin sirli tərəfi ondan ibarətdir ki, hər 60-80 ildən bir onlar yaşayış yerlərini tamamilə yandıraraq yenidən əvvəlki məkanlarına qayıdırlar. Tripol mədəniyyətində anaxaqanlığı hökm sürürdü.

Tripol mədəniyyətinin məhvi haqqında bir çox fərziyyələr irəli sürülüb, lakin onların Kurqan mədəniyyəti tərəfindən işğalı fikri daha geniş yayılıb. Arxeoloji araşdırmalar nəticəsində onların kəskin iqlim dəyişikliyindən əsas da, Avropada hökm sürən quraqlıqdan çəkdikləri məlum olub.

4. Klovis mədəniyyəti
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Yerli Amerika xalqlarının buraya gəlişinə qədər e.ə 10 000-ci illərdə Klovis mədəniyyəti hökm sürüb. Şimali Amerikanın cənub və mərkəzi düzənliklərində yaşayan xalq çaxmaq daşını sivri formada düzəltməsi ilə məşhurdur. Onlar mamont, bizon, maral və dovşan ovu üçün nizə hazırlayırdılar. Klovis xalqı Yeni Dünyanın ilk sakinləri və o cümlədən də, Cənub və Şimal Amerika yerli əhalisinin əcdadları hesab olunur. Bəzi alimlər hesab edir ki, onlar buz dövründə Berinq körfəzini keçərək Sibirdən Alyaskaya keçib və sonradan da isti iqlim şəraitində cənuba doğru irəliləyiblər.

Klovis mədəniyyətinin qeyb olması barədə çoxlu nəzəriyyələr var. Bəziləri ehtimal edir ki, bitki örtüyünün azalmasına görə, digər mədəniyyətlə qaynayıb qarışıb. Lakin başqa bir fərziyyədə göstərilir ki, əsas yemləri olan mamontların nəslinin kəsilməsi Klovis mədəniyyətini də məhv edib. Sonuncu fərziyyədə ehtimal olunur ki, Böyük Göllər ətrafına düşən kometa Klovis mədəniyyətindən də yan keçməyib. 2013-cü ildə kometa düşməsi fərziyyəsi yenidən təsdiqləndi.

3. Minoyanlar
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Çar Minosun adından götürülən Minoyanlar indiki Krit adasında eramızdan əvvəl 3000-1000-ci illər aralığında yaşayıb. Yunan əfsanəsinə görə, Minoya Krit Öküzü və onun labirintdə yaşayan və hər kəsi öldürən yarı insan yarı öküz olan oğlu Minotavrın vətəni idi. Əslində, Minoyanlar Avropanın ilk sivilizasiyası hesab olunur. Hətta, Mikena mədəniyyəti Minyon mədəniyyətinin varisidir. Onlar dəniz qulduru, dəniz ticarəti ilə məşğul olublar.

Bir çox alimlər hesab edir ki, Minoyanlar Tera (indiki Santorini) adasında baş vermiş vulkan püskürməsi zamanı məhv olublar. Lakin vulkandan sağ qalanların olmasını göstərən dəlillər də var. Ancaq fəlakətdən sonra bitki və heyvanlar məhv olduğundan aclıq və iqtisadi çətinlikləri yaranıb. Həmçinin, onların bu zaman mikenalılar tərəfindən işğal olunduğu da istisna edilmir.

2. Anasazi
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Anasazilər və ya puebloluların əcadadı adlandırılan xalq Amerikanın ilk sakinləri olub e.ə 1200-cü ildə ABŞ-ın Dörd Künc (Yeni Mexiko, Arizona, Colorado, Yutah ştataları) deyilən ərazisində yaşayıb. Onlar qayalıqları yonmaqla Mesa Verde kimi məşhur yaşayış yerlərinin əsasını qoyublar. Qazıntılar zamanı bir çox sümüklər aşkarlanıb və bu xalqlarda kannibalizm meyillərinin güclü olması ehtimal olunur.

Eramızın 1300-cü illərində qədimi Pueblo xalqı qayalı yaşayış evlərini tərk edərək ətrafa yayıldılar. Alimlər hesab edir ki, insanların sayının artması, kasıb kənd təsərrüfatı, quraqlıq qida istehsal etməyi çətinləşdirirdi.

İnd Vadisi mədəniyyəti
Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?Pakistan və qərbi Hindistanda İnd çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Bəzən Harappo mədəniyyəti də deyilir. Mədəniyyət e.ə 3300-1300-cü illərdə çiçəklənməsinə baxmayaraq, e.ə 7000-ci illərdə yaranması ehtimal olunur. Harappo mədəniyyəti haqqında çox şey məlum deyil, çünki onların dili indiyədək oxunmayıb. Onlar Harappa, Mohenco-daro kimi şəhərlərin əsasını qoyub və hər bir yaşayış yerinin özünün su sistemi, tualeti olub. Onlarda heç bir sosial təbəqənin olmaması haqqında sübutlar var. Həmçinin, sübut olunub ki, onlarda hərbi sistem olmadığı üçün sülh şəraitində yaşayıblar. Bu mədəniyyət sahibləri mahir astronom olub və kənd təsərrüfatı ilə məşğul olublar.

İnd Vadisi mədəniyyətinin sonrakı tarixi haqqında bir çox fərziyyələr mövcuddur. Bəziləri hesab edir ki, mühitin dəyişməsi və Ghaqqar-Hakra çay sisteminin suyunun azalması nəticəsində xalq ərazini tərk edib. Lakin məşhur fərziyyəyə görə, onlar bizim eradan əvvəl 1500-cü ildə Ari tayfaları tərəfindən işğal olunub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4727   Tarix: 01 mart 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

TOP MP3