BiG.Azda Qonaq
Özünüzü Təqdim Edin?
V.Emin ( 05.06.1987 )
Nikinin mənası?
Rusca (Невидимый) Azəri (Görünməz)
Həyatda məqsədin?!
ALLAH-Təala tərəfindən göndərilirmişəm. Allahın müxtəlif sınaqlarından keçməklə axir aqibətimi qazanmaq üçün və ibadət eləmək üçün, sevimli qullardan olmaq üçün gəlmişəm. Ən əsasda Axiretimi qazanmaq üçün. Həyatda ancaq məqsədim budur!
Həyatda Ən Kədərli Günün?
Bu BiG.AZ ailəsi və dostlarım arasında sirr qalsın. Çünki deyə bilmirəm!
Oğlan dostluqda etibarlıdı yoxsa Qız ?
Bu mənim tap öz fikrimdi. Mənim üçün Qız dostluqda etibarlıdı
Oğlana (qıza) dostluqda etibar etmirsiz ?
Bəli həm Qız dosta həmdə Oğlan dosta etibar eləmişəm
Ən Yaxın Bildiyin Dosta Ürək Sözün?
Dostuma Dostluquna sadiq olsun. Sağolsunlar olurlarda. Dostlarımnan razıyam
İlk məhəbbətinizi xatırlayırsınızmı?
Səmimi deyəcəm. Xatırlamıram
Qızlarda (oğlanlarda) ən çox nəyi qiymətləndirirsiniz?
Keçən il bir yaxın dostumda qiymətləndirdim
Sevgilin Var?
Bəli var. Nişanlıyam
Sizcə sevgi əl çatmaz olmalıdır yoxsa açıq aydın??
Məncə açıq aydın olsa daha da gözəl yaxşı olar
Sevgidə əsas nədir sizcə?
Sevgidə ən əsas anlayış olmalıdı.Sən onu o da səni başa düşməlidi. Məncə onda hər şey çox gözəl olar))
Küsüb qəmli qəmli gedən məhəbbət peşman paşman geri dönərmi?
Məncə o sevgiyə baxır. Əgər sevgi məhəbbət böyükdürsə geri dönər
Heç böyük sevgi yaşamısan?
Məncə sevginin böyüyü kiçiyi olmur. Zamanında sevmişəm demək olar ki, bu zamanda o sevgidən yoxdu
Həyatınızdan razısınızmı?
Əlhəmdulillah. Həmd şükür olsun ALLAHA. Şükür bu günümdən də razıyam. ALLAH cəmi bütün sevimli bəndələrinin həyatını xoşbəxt sevincli eləsin Amin!
Səncə insanlar niyə xəyanət edər??
Mən bilmirəm. Bu sualı ən çox xəyanət edənlərə vermək olar. 2 dəfə sevmişəm xəyanət etməmişəm
Bağışlayarsanmı xəyanəti?
Bağışlayaram. Ama ki, baxır edilən xəyanətə
İnsanı ən çox hansı yaralayar: dost xəyanəti yoxsa Sevgi xəyanəti?
Dost
Dostluq ya Sevgi? Hansını daha üstün tutardın dost sözünü yoxsa sevgi hissini?
Hmm )) Bu sualın cavabı məndə qalsın
Kumiriniz?
Hacı Şahin Həsənli
Zəif cəhətiniz?
Hmm )) Tez küsürəm. Tezdə barışıram
Özünüzü hansı qəhrəmana bənzədirsiniz (film, roman, əsər)
Heç kəsə oxşatmıram
Həyatda Özünə Ən Böyük Arzun?
Həyatda 1 dəfə HƏCC ziyarətində olmuşam . İndi istərdim ailə qurandan sonra həyat yoldaşımla HƏCC ziyarətinə gedim və bütün sevimli Bəndələrə arzulayıram. ALLAH`ın evi olan HƏCC ziyarətinə getmək Amin inşALLAH!
Qızla Oğlanın Dostuna Necə Baxırsan?
Hmm)) Qızla oğlanın dost olmağına çox gözəl yaxşı baxıram. Ama ki, dostluğun zamanı ən uzağı 5-6 ay kəçir. Çünki, oğlanla qızın dostluğu sevgiyə çevrilir
Həyatdan Bezdiyin An?
Sükür olsun ki ALLAHA belə şey hələ olmayıb. İstəmərəmdə olsun
Kimsəsizə Əl Tutmusan?
Bəli tutmuşam. İndiyə qədər də tuturam
Allahın bağışladığı bir günahı elə olub ki,bağışlaya bilməyəsən?
Əstəğfurullah. Ulu Tanrı`nın bağışladığı günahı mən əgər bağışlamıramsa, deməli mən bağışlanılmayacaq bəndəyəm
Namaz Qılırsız?
Əlhəmdulillah Namaz əhliyəm. ALLAH bütün Namaz qılanların Namazını Dualarını qəbul eləsin Amin!
Ən gözəl gününü bir günahının bağışlanması yolunda qurban verərsən?
Demək olar ki, günahlarımız çoxdur. Onu bağışlamağı günlərə qurban versək Ömrümüz yavaş-yavaş tükənər
Namaz qılan zaman ürəyindən hansı hisslər keçir?
Əlhəmdulillah Namaz qılan zaman ürəyimdən heç bir hiss keçmir. Ama özümü təmiz, pak və xoşbəxt hiss edirəm
Deyirlər ki,insan unutduqlarını namaz qılarkən xatırlayırlar.Başına belə bir şey gəlib?
Əlhəmdulillah əlbəttə, Namaz əziz bəndələrini paklığa, saflığa gətirir. Bəli məndə çox xatırlamışam
Müsəlman ola-ola başqa dinləri qəbul edənlərə fikrin?
Bu mənim fikrimdi. Mən pis baxıram. Məncə müsəlman ola-ola başqa dilləri qəbul eləmək yersizdi
Əgər saytda 1 günlük admin olsaydın nə(lər) edərdin?
Hmm) Səmimi deyəcəm. Admin olmaq heç istəmərəm. Çünki, Admin`in gördüyü yük çox ağırdı. İşim onsuzda ağırdı Admin`in isə ağır yükünü daşıya bilmərəm))
Virtual dostluq ya da virtual sevgi.Hansı real həyatda gerçəkləşə bilər?
Buda mənim öz fikrimdi. Məndə hər ikisi bədbəxtlik gətirir.100-də 1-2 nəfərdə müsbət enerji cavab görmüşəm
BiG.AZ saytının istifadəçilərini şoka sala biləcək etirafın(əgər varsa)?
Hmm)) Yox yoxdu
Həyatına maraq gətirən insan kimdir?
Ailəm, qohumlarım və sevimli nişanlı olduğum bəndə
Hansı şou biznes nümayəndəsi ilə ailə qurardın?
Əstəğfurullah. ALLAH eləməsin. Heç birindən xoşum gəlmir
Bu dəqiqə hansı mahnıya qulaq asırsan?
Hacı Şahin Həsənli`nin dini qəzəlləri, şe'rləri və Aqşin Fateh ( Ana Qurban )
Bu Həyatda Kimə İnanmaq Lazımdır?
Çox gözəl sualdı. Bunu hamı bilməlidi. 1-ci ALLAH Təala. 2-ci Ana və Ata. 3-cü Həyat yoldaşına və yaxud sevdiklərinə
Həyat Fanidir Yoxsa İnsanlar?
Buda mənim öz fikrimdi. Mənim üçün Həyat çox gözəldi. Bu həyatı isə Bəzi bəndələr Fani edir. Arada mühütdə Fani olur
Film çəksəydin baş rolda kimi görmək istərdin? (Saytdan)
Hmm)) Əgər saytı nəzərə almısansa. Onda Era_Azər ( Azərl ) baş rolda çəkərdim ))
Hansı peşə sahibi olmağını arzu edərdin?
Hələ tap o peşəni öyrənməmişəm. ALLAH`ın köməyi ilə gələn ilin ortalarına kimi o peşədə işləyəcəm. Peşə ( İlahiyyətçi )
Qəlbinə dəyiblərmi? (dəyiblərsə nə vaxt? Kim?)
Hmm)) Yox elə şey hələ olmayıb
Cəsarət edib hansısa sirrini bizim ilə bölüşə bilərsənmi?
Əgər sirr olsaydı sevə-sevə bölüşərdim. Hayıf ki yoxdu
Qarşılıqsız Sevgi yaşamısanmı?
Yox
Bəs Platonik?
Hmm)) Mən belə şeylərə inanmıram
Qarşılıqsız Sevənlərə məsləhətin?
Mənim fikrim yoxdu. Ancaq onu deyə bilərəm ki, ALLAH sevginizi əbədi xoşbəxt eləsin
Sevdiyin İnsan uğrunda nəyi qurban verə bilərsən?
Baxır hansı insan üçün. Gələcəkdə həyat yoldaşım olan bəndə üçün hər şeyi qurban edərəm
Kiçik bir şer parçası söyləyə bilərsənmi?
Şe'rlə aram yoxdu. Ama Qəzəl deyə bilərəm
O kəski yar əlindən bil,əzaba olmuşsa düçar Bülbül yenədə tək tənha, qalıbdı laləzar içrə O kəski çarəsiz qalıb, yar əlindən bu dünyada Ney çün qalıb biçarə yar,məni tənha qoyan gündən Mənim eşqi məhəbbətim, yarə qəbul olmadı nöş Cani yarə fəda etdim, heç bilmədi qədrimi yar Bil ki, yarın tək əlacı kənan, sən idin bu dünyadə
İlahidən hər bir insan, ruzi qida axtarırmış
Dərdi qəmi çekən aşiq,yeni dünya axtarırmış
O bülbül laləzar içrə, yenə şeyda axtarırmış
Tapıb yarı dindirərək,dərdə dəva axtarırmış
Bir cəfama dözmüyən yar, min bir cəfa axtarırmış
Gəzib dolanaraq yarım, özgə sevda axtarırmış
Etmək üçün o, canin mənə fəda axtarırmış
Qalıb indi əlacsız yar, dərdə şəfa axtarırmış
Roman yazsan adını necə qoyardın??
Qoy Sirr qalsın. Əgər yazsam onda deyəcəm ))
Həyatda Elə Bil Hərəkət Etmisiz ki,hələdə peşmançılıq Çəkirsiz? ( Səmimi Ol)
Hə. 1 il bundan qabaq ən yaxın dostum iş yoldaşımın bilmədən xətrinə deymişəm
Həyatda Elə Bir İnsan Varki Nümunə Götürəsən ondan?
Hə var əziz Ailəm və mənə yaxın olanlar
Həyatda Ən Yaxın Dostunuz?
Ailəm və Nişanlım
Bəs Saytda Ən Yaxın Dostunuz? (Oğlan Və Qız)
Saytda qız dostum yoxdu. Amma hörmət etdiyim xətirlərini çox istədiyim bəzi qız userlər var. Lunaska (Nisa), Siz (Nərgiz), Sancho, Amerikanka, Huznun_Buludu, Aynur_Azəri və Hekayə. Oğlanlardan isə tanışlarım. Ya_Hüseyn, PRoQRaMiST, Farid, Era_Azər və Mangrand
Hansı useri real həyatda görmək istərdin?
Gördüyümü görmüşəm. Ta keç kəsi
BiG.AZ Saytına Necə Gəldin? Gəlməyivə Peşmansan?
BiG.AZ`a 2 il bundan qabaq gəlmişəm. Yaxın qardaş Ya_Hüseyn (Xəyal) görə gəlirdim. Onun çox gözəl Dini İslam xəbərləri hazırlayıb sayta dərc edirdi məndə sevə-sevə oxuyurdum. Sonra əsgər getdim gəlmədim. HƏCC ziyarətinə getdim gəldim yenidən BiG.AZ ailəsinə qoşuldum. Xeyr gəlməyimə peşman deyiləm. Demək olar ki, BiG.AZ-ın daimi sakininə çevrilmişəm
BiG.AZ Saytında Ən Maraqlı Xəbəri Hansı İstifadəçi Yerləşdirir?
Səmimi fikrimdi. Hər kəs maraqlı xəbərlər dərc edir
BiG.AZ da Qonaq Rublikasında Hansı Useri Görmək İstərdiz?
Oğlanlardan Mangrand niki. Qızlardan isə Amerikanka niki
BiG.AZ Saytına Ürək Sözləriviz!
BiG.AZ onsuzda AzNet`də yeganə saytdı. Ürəy sözüm isə hər zaman laiq olduğu yerdə qalsın. Və əsasda bütün Portal saytlarına yuxarıdan aşağı baxaq
BiG.AZ-da nəyi bəyənmirsiz ? İrad və Təklifləriniz ?
Bir cəhəti bəyənmirəm. O da (Tanınmışlar) bölməsindən olan açıq-saçıq fotosessiyalardır
Sonda.Bəyəndiyiniz Və Bəyənmədiyiniz Sual?
Hmm)) Bütün sualları bəyəndim. Hamsı demək olar ki, çox xoşuma gəldi
Sualınız varmı?
Xeyr yoxdu. ALLAH sizi hər zaman uzun ömürlü eləsin
Son sözünüz..
Son sözüm budur. ALLAH Təala bütün sevimli bəndələrini pis əməllərdən qorusun. Ailələrində nemətlər hər zaman ruzi-bərəkəti süfrənizdən əskik olmasın. Bütün sevib sevilənlərin qismətinə yar olsun. ALLAH bütün müsəlmanların və BiG.AZ`ın bütün istifadəçilərinin canını uzun ömürlü eləsin. Amin inşALLAH.!
Qonağımız Olduğumuz Üçün Təşəkkür
Əstəğfurullah deyməz. Siz çox sağolun. Əsasda qonaq etdiyiniz üçün təşəkkürlər
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş