Günahsız Abdulla: bu dərdə ürək dözərmi?

Günahsız Abdulla: bu dərdə ürək dözərmi?"Beş il keçib! Anlayırsan, beş il! Oğlum hər gün ölümə doğru gedir. Tanrı sizə lənət etsin! Sizi ölənədək bağışlamayacağam! Siz oğlumu öldürdünüz! O sağdır, amma heç nə edə bilmir. Yeyə bilmir, içə bilmir, danışa bilmir, görə bilmir! Niyə belə etdiniz?! Övladımın, o çiçəyimin, mələyimin günahı nə idi axı?! İndi siz də bilin ki, ürəyi nifrətlə dolu, qəlbi ölən bir ana var. Tanrı sizə lənət etsin!"

Lübna Hader hönkürür, ağlayır, şüşəni vurur.
Qarşı tərəfdə, şüşənin o tərəfində isə Stüart Riçardson oturub.
5 il əvvəl, balaca Abdulla 2 yaşında olanda S.Riçardsonun sürdüyü avtomobil Haderlərin maşınını arxadan vurub.

Çox güclü zərbə nəticəsində Abdulla ağır yaralanıb, Lübna və əri travmalar alıblar.
Lübnanın əri iflic olub.
Abdulla isə artıq 5 ildir ki, heç bir hərəkət edə bilmir. O, gözlərini də açmır.

Həkimlərin dediklərinə görə, Abdullanın beyninin 80 faizi artıq ölüb və bu proses sürətlə davam edir.
Uşağın həyatının sönəcəyi günə çox qalmayıb.

ABŞ-ın Texas ştatındakı Fort-Uolrt şəhərində yerləşən Tarrant Kaunti həbsxanasında 5 ildən bəri saxlanan Stüart Riçardson bu günlərdə Lübna Haderlə görüşüb.

Daha doğrusu, Lübna "oğlumun qatili" adlandırdığı adamı görmək istəyirdi və məhkəmə icraçıları da onu həbsxanaya apardılar.
2009-cu ildə həbs olunmuş Stüart Riçardson hələ də məhkəmə qərarını gözləyir. Səbəb onun sonsuz apellyasiyaları və istintaqın gedişatından narazı qalmasıdır.

Polisdən verilən məlumata görə, Stüart Riçardson qəzanı törədərkən sərxoş olub.

... Şüşənin bu üzündə fəryad edən anaya baxan Stüart Riçardson başını aşağı salmışdı:
- Bağışlayın məni, xanım! Mən də əzab çəkirəm! İstəməzdim belə olsun! Bağışlayın...

Lübna Hader sakitləşmək bilmirdi:

- Sizin üzrünüz mənə gərək deyil. Hər gün ölən oğluma üzr nəyə gərək?.. İndi evə gedəndə oğlum normal olacaq, onun üzü güləcək, mənə "Ana" deyəcək?! Nə deyirsiniz, bunlar olacaqmı? Günahsız balamı öldürən insanı bağışlaya bilərəmmi? Buna ürək dözərmi?!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 25 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İqlim könüllüləri istintaqa cəlb edildi

Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini

11:24 357
.

Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunu

15:30 219
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 319
.

Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu

20:23 0
.

Azərbaycan bu ölkələrlə viza tələbini ləğv etdi - Yenilənib

Azərbaycanla Surinam arasında diplomatik pasport sahibləri vizadan azad edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqınd

14:48 220
.

Mərakeşin Safi əyalətində baş verən daşqınlar nəticəsində 40 nəfər ölüb

Mərakeş hakimiyyəti bildirib ki, Mərakeşin Atlantik sahilindəki Safi əyalətində leysan yağışlarının yaratdığı daşqınlarda 40 nəfər ölüb. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökümət rəsmilərinin bildirdiyinə görə, reanimasiyada olan iki nəfər də daxil olmaqla, on dörd nəfər hələ də tibbi yardı

15:48 157
.

II Dünya Müharibəsi qurbanlarına təzminat: Polşa və Almaniya dialoqu

"Polşanın Baş naziri Donald Task Almaniyanın kansleri Fridrix Merts ilə keçirdiyi mətbuat konfransında Berlin hökumətini İkinci Dünya müharibəsi dövründə alman işğalından sağ çıxmış polşalı qurbanlara mümkün qədər tez təzminat verməyə çağırıb. "Əgər siz həqiqətən də bu jesti etmək istəyirsinizsə

12:53 169
.

Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var

Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb

18:15 107
.

Finlandiyada Rusiya ilə sərhədin açılması tələbi ilə avtomobil mitinqləri

Finlandiyada Rusiya ilə sərhədin açılmasını dəstəkləyən avtomobil mitinqlərinin keçirilməsi planlaşdırılır. xarici mediaya istinadən xəbər verir ki, aksiyalar Aleksandrovski Cəmiyyəti tərəfindən Lappeenranta Şəhər Şurasının üzvü İvan Devyatkin və digər fəallarla birgə təşkil olunacaq. Məlumata görə

11:13 336
.

TOP MP3