Jirinovski: "Yanukoviç Rusiya ordusunu köməyə çağırmalıdır"

Jirinovski: "Yanukoviç Rusiya ordusunu köməyə çağırmalıdır"Rusiya beynəlxalq hüquq normalarını pozmadan, qanunla Ukraynaya qoşun göndərə bilər".

BiG Az,ans press-in məlumatına istinadən bildirir ki, belə bir iddia ilə Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasında çıxış edib. Onun sözlərinə görə Viktor Yanukoviç Ukraynanın cənub-şərq regionlarını əldə saxlamamaqla səhv edib.

"Yanukoviçin yerində olsaydım, ölkənin cənub-şərq regionlarının liderləri ilə danışıqlar aparardım. Rusiyadan xahiş edərdim ki, təhlükəsizliyimi təmin etsin. Bundan sonra isə prezidentlikdən istefa verməyəcəyimi bəyan edərdim. Amma hələ gec deyil. Yanukoviç bu gün də prezident vəzifəsini bərpa edə bilər. Amma o, bütün Ukraynanın dövlət başçısı ola bilməz. Yanukoviç mayın 25-də prezident seçkilərinin keçirilməsinə mane ola bilər. O, Rusiya ordusunu çağırmaqla özünü xilas edə bilər. Çünki, hazırda Ukrayna ordusu çox zəifdir", deyə Jirinovski bildirib.

LDPR sədri həmçinin bildirib ki, Ali Radanın spikeri Aleksandr Turçinov prezident səlahiyyətlərini müvəqqəti idarə edən şəxsdir. Ölkənin qanuni prezidenti isə Viktor Yanukoviçdir.
"Əgər Yanukoviç Rusiya ordusunu köməyə çağırsa, rəsmi Moskva bunu beynəlxalq hüquq normalarına uyğun həyata keçirəcək. Biz Qara dəniz donanmasını mühafizə etmək üçün bu ölkəyə qoşun yeritməyə haqqımız var. Yanukoviç hazırda qanuni prezidentdir. O, Ukraynada qalmalıdır və hərbi dəstək istəyə bilər. Məsələn, bu, Yanukoviçin Rusiya ilə hərbi dəstək barədə müqavilə imzalaması ilə mümkündür", deyə Jirinovski bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1092   Tarix: 24 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 853
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 235
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

06.05.2024 227
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 181
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 759
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 329
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 254
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 263
.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

06.05.2024 168