"Xutor" və "Papanin"də də yaşayış evlərinin yerində yaşıllıqlar salınacaq

"Xutor" və "Papanin"də də yaşayış evlərinin yerində yaşıllıqlar salınacaq"Bu ərazilərdə böyük dəyişikliklər nəzərdə tutulur".

Böyük Bakının regional planına əsasən "Sovetski"də sökülən evlərin yerində heç bir bina, ev və ya obyekt tikilməyəcək. Həmin ərazi tamamilə yaşıllıqdan ibarət olacaq.

BiG.AZ Marja-ya istinadən xəbər verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Xutor" və "Papanin"də də yaşayış evlərinin yerində yaşıllıqlar salınacaq. Amma əgər ehtiyac olarsa, həmin ərazilərin yeni planı da hazırlana bilər. Bakı ərazisində neft mədən ərazilərinin çoxluq təşkil etdiyini deyən komitə sədri plana görə həmin ərazilərin də təmizlənərək yaşıllıqla əvəz olunacağını bildirdi. Planda yeni yaşayış sahələrinin salınması da yer alıb.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Abbas Ələsgərov:

"Plana əsasən Dübəndi, Pirallahı adalarının turizm sahəsinə çevrilməsi nəzərdə tutulur.

Ölkə başçısının tapşırığına əsasən mərkəzdə olan müəssisələr şəhərdən kənara köçürülməlidir. Belə olan təqdirdə kənarda yerləşən ərazilərdə yeni iş yerləri açılacaq və həmin ərazilərdə yaşayanlar işlə təmin olunacaqlar. Plana görə Qaradağ rayonunun Ələt qəsəbəsində Dəniz Limanı tikilməsi nəzərdə tutulur."

Komitə sədri həmçinin ölkədə tikilən evlərin vəziyyəti və onların planları ilə bağlı məsələyə də toxundu.

"Ölkə başçısının tapşırığına görə, hər bir məhəllə üçün ayrıca plan olmalıdır. Plan 2 il müddətinə hazırlanmalıdır. Yalnız plandan sonra əraziyə uyğun olaraq, bina tikilişinə icazə verilir. Şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisini də qanunsuz hesab edən komitə sədri bildirdi ki, bunun üçün mütləq əsasnamə olmalıdır. Ümumiyyətlə, Böyük Bakının regional planına Sumqayıt, Xırdalan, Abşeron, Qaradağ daxildir. Əgər plan tam həyata keçirilərsə, bu ərazilərdə böyük dəyişikliklər nəzərdə tutulur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1401   Tarix: 19 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672