"Hikmətin yasına gələnlərə deyirdim ki..." - Nailə Mirməmmədli

"Hikmətin yasına gələnlərə deyirdim ki..." - Nailə MirməmmədliHəmsöhbətimiz xalqın sevilən bəstəkarlarından olan mərhum sənətkar Hikmət Mirməmmədlinin həyat yoldaşı bəstəkar Nailə xanım Mirməmmədlidir.

Uşaqlığın həzin melodiyalı xatirələri

Bakıda anadan olmuşam. Ailənin sonbeşiyi idim. Göz açandan ətrafımda hamını özümdən böyükləri gördüm. Atam indiki dənizkənarı parkda yerləşən bir çox restoranın o vaxtın diliylə desək, qeyri-rəsmi sahibi idi. Maddi baxımdan kifayət qədər zəngin insan olmağına baxmayaraq çox sadə və təvəzökar idi. Bizim ailədə musiqinin xüsusi yeri var idi. Hələ uşaq yaşlarımdan musiqiyə bağlanmışam. Konservatoriyanın nəzdindəki məktəbdə oxumuşam. Hələ dördüncü sinifdə oxuyandan musiqi yazırdım, amma müəllimim yazdığım mahnıları gözümün qabağındaca cırıb atırdı. Bunu təbii qəbul edirdim, çünki həmin dövrdə elə güclü bəstəkar nəsli var idi ki, bizlər üçün bu sənətə yiyələnmək əlçatmaz idi. Düşünürdük ki, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Şəfiqə Axundova və bu qəbildən olan bəstəkarlarla rəqabət aparmaq mümkün deyil. Mən də qərara gəldim ki, piano sahəsini seçim. Dövlət imtahanlarımıza bir həftə qalmış appendisitdən əməliyyat keçirməli oldum. Məcburən dörd imtahanı bir gündə versəm də, hər birindən beş aldım. Məktəbi bitirdikdən sonra, ən böyük arzum olan Konservatoriya daxil olmaq üçün sənədlərimi ora verdim. Amma əməliyyatdan sonra səhhətim yaxşı olmadığından, Konservatoriyaya verdiyim imtahandan, beş deyil, üç aldım. Ən sevdiyim fənni üçlə oxuya bilməzdim. Sənədlərimi geri aldım. Pedaqoji Universitetdə musiqinin bütün sahələrini əhatə edən təzə fakultə açılmışdı. Növbəti il həmin fakultəyə sənədlərimi verdim və qəbul olundum.

Nifrətdən məhəbbətə bir addımlıq yol

İkinci kursda oxuyanda, müəllimlər evində orkestr yaradılmışdı. Müəllimlərimdən biri məsləhət gördü ki, ora gedim. Nadir Babayevin başcılığı altında "Xəyal" instrumental ansamblına pianoçu kimi qəbul oldum. Uzun müddət idi ki, Filarmoniyada konsert verməyə hazırlaşırdıq. Konsertə təxminən 10 gün qalmışdı. Musiqiçi yoldaşlarımdan biri dedi ki, Nailə, sən artıq orkestri tərk etməlisən. Öz- özümə fikirləşməyə başladım ki, görəsən səhvim nədədir? Dedilər ki, bəs bizim orkestrın öz pianoçusu bu günlərdə əsgərlikdən qayıdır. Həm qürurum mənə əzab verirdi, həm də bu qədər müddət konsertə hazırlaşmağıma, çəkdiyim əziyyətə heyfim gəlirdi. Qaş-qabağımı sallayıb oturmuşdum. Qapı döyüldü, cavan bir oğlan otağa daxil oldu. Birinci qızlar ona tərəf qaçdı, sonra oğlanlar, onu bərk-bərk qucaqlayıb görüşürdülər. Hamı nədənsə çox sevinir, elə hey təkrarlayırdı : "Ay Hikmət, xoş gəlmisən, nə yaxşı, sağ-salamat gəlib çıxdın". Başa düşdüm ki, əsgərlikdən gələn oğlan, indi mənim ən zəhləm gedən pianoçudur. Heç üzümü o tərəfə çevirmədim . Zəhləm gedir axı Hikmətdən. (gülür) Sonra sakitcə Nadir müəllimin yanına gedib dedim ki, daha atam burada işləməyimə icazə vermir, işə gəlməyəcəm. Konsertə çox az qaldığı bir vaxtda, verdiyim gözlənilməz qərar Nadir müəllimi çox narahat etdi. Ay qızım, hara gedirsən, bizim konsertimiz var. Heç olmasa gözlə konsert keçsin, sonra ərizəni yazarsan, dedi. Yazıq bu yeni gələn pianoçunun da heç nədən xəbəri yox idi. Mən də dirənmişəm ki, gəlməyəcəm, vəssəlam. Sonda Nadir müəllim güc-bəlayla məni yola gətirdi ki, mahnıları Hikmətə də öyrədim, konsertdə altı mahnı Hikmət ifa etsin, altı mahnı da mən. Beləliklə, mahnıları Hikmətə öyrətməyə başladım. Konsertə hazırlıq müddəti mənə Hikməti daha yaxından tanımaq şansı verdi. Gördüm ki, məsələ düşündüyüm qədər pis deyilmiş. Tez bir zamanda onunla dost olduq. Çox sevinirdim ki, qıza zaman kəsiyində özümə Hikmət kimi bir dost qazandım.

Hikmət üçün yar axtarışı

Üçüncü kursda bizi universitetdən praktikaya göndərirdilər. Təcrübə keçdiyimiz yer evimizin yanında idi. Düşərgəyə gedəndə atam söz tapmasın deyə, bacım qızını da özümlə aparırdım.(gülür) Bir müddət uşaqlarla məşğul olduqdan sonra, qayıdıb evə gəlirdim. Bir gün direktor çağırıb dedi ki, dostlarım məni ziyarətə gəlib. Gördüm, gələn dost Hikmətdir. Sonra tez-tez gəlməyə başladı . Gələndə də bacım qızına şirniyyat alıb gətirərdi. Uşaq da Hikməti "Marmalad dayı" deyə çağırırdı. Dərs keçdiyim uşaqları tək qoyduğum üçün narahat olurdum. Bir neçə dəfə Hikmətə desəm də, elə hey gəlirdi. Artıq elə olmuşdu ki, Hikmət bir gün düşərgəyə gəlməyəndə, onunçün darıxırdım. Bacım qızı soruşanda ki, "marmalad dayı" niyə gəlmədi, onda məni lap ağlamaq tuturdu. Hikmət deyirdi ki, evlənmək istəyirəm, mənə özün kimi bir qız tap. Mən də təsdiq edirdim , hə, artıq sənin evlənmək vaxtındır, deyirdim. Universitetdə sinif nümayəndəsi idim, gəlib-gedən hər qıza nəzər yetirirdim. Öz aləmimdə Hikmətçün qız axtarışında idim. Ağlıma da gəlməzdi ki, Hikmət məni nəzərdə tutub. (gülür) Ona deyirdim ki, ay Hikmət vallah, özüm kimi qız tapa bilmirəm. Üzümə baxıb ürəkdən gülürdü, sən yaxşı-yaxşı axtar, axırda tapacaqsan, deyirdi. Həm pianoçu olsun, həm də sənin kimi qarabuğdayı. Mən indi qara qızı hardan tapım? Özü də pianoçu? Aramızda nə pafoslu nitqlər olub, nə bahalı hədiyyələr . Bir də gözümü açıb gördüm ki, Hikmətə bağlanmışam.

Gec oldu, güc oldu

İkimiz də işləyirdik. Pullarımızı üst-üstə qoyub, birinci mənim qızıllarımı, sonra toy konfetini və lazım olan digər şeyləri aldıq. Valideynlərimizdən xəbərsiz toy tədarükü görürdük. Hikmət Ağadadaş Ağayevin orkestrinda işləyirdi. Toyumuzu da Ağadadaş müəllim etdi. Həyatımız ona görə mükəmməl idi ki, hər şeyi həvəslə etdik, özümüz öz əlimizlə isti bir yuva qurduq. İki övladımız dünyaya gəldi. 1980-ci illərdə mahılar yazıb müğənnilərə təqdim edirdik, amma icazə vermirdik ki, adımız çəkilsin. Özümüzçün ayıb bilirdik ki, bəstəkarlıq sahəsində ali təhsilimiz yoxdur, ona görə də mahnıda adımız gedə bilməz. Mahnılar o vaxtın qaydalarıyla xalq mahnısı adı altında təqdim olunurdu. Bir gün Hikmətə dedim ki, sən deyən oldu, indi də mən deyən olmalıdır. Konservatoriyada oxumalıyıq. Gözəl pedaqoq, musiqişünas, bəstəkar Cavanşir Quliyevin yanına getdik. O, ilk bəstələdiyim mahnılardan birini Brilyant Dadaşovaya verməyi məsləhət gördü. Bundan sonra sənədlərimizi Konservatoriya verdik. Musiqişünaslıq ixtisasına qəbul olunduq. Muğamlar üstündə işləyib, bəstələrimizi o tərzdə yazırdıq. Beləliklə, sənət yolunda ilk addımlarımızı atmağa başladıq. Çox sevdiyimiz işlə məşğul idik, mükəmməl müəllimlərdən dərs alırdıq. Süleyman Ələsgərov bizə qulaq asdı və çox mehribancasına dedi ki: " Sizin yolunuz başqadır, gəlin mən sizi Tofiq Quliyevlə tanış edim". Tofiq müəllim musiqini inanılmaz şəkildə mükəmməl bilən bir sənətkar idi. Konservatoriyada oxuduğumuz müddətdə Tofiq Quliyev bir illiyə bura müəllim gəlmişdi. Tofiq Quliyev tələbələr arasından 4 nəfəri öz sinfinə seçdi. Hikmətlə mən və iki qız. Sonra qızlar müəyyən səbəblərdən Tofiq müəllimin sinfindən çıxdılar.

Dərd də gələndə batmanla gəlir

Həyat öz axarında davam edirdi. Üç övladımız dünyaya gəlmişdi. Düşünürdük ki, hər şey yaxşılığa doğru olacaq. Qəfildən sanki həyatımıza qaranlıq çökdü. 2001-ci ildə atam rəhmətə getdi, bir il sonra oğlumuz dünyasını dəyişdi. İsti-isti bu itkilərlə barışa bilmirdik. Sonra qəbul etdik ki, yazını pozmaq olmaz. Düşündüm ki, qoy bir uşağımız da dünyaya gəlsin. Axı Hikmət üç rəqəmini çox sevirdi. Əliəkbər dünyaya gəldi.Zaman keçdi və 2007- ci il Hikməti də məndən aldı. Hikmət dünyadan köçəndə mənə elə gəlirdi ki, artıq tab gətirə bilməyəcəm. Çünki dərd qalmışdı, həmdərd getmişdi. Elə həmin il anam da dünyadan köçdü. Ardınca böyük qardaşım rəhmətə getdi. 2009-cu ildə gözümü açandan özümə qardaş bildiyim, böyük yeznəm də dünyasını dəyişdi. Allah heç kəsi başsız etməsin, heç bir ailəni başsız qoymasın. Hikmət səkkiz yaşı olanda atasını itirmişdi. Uşaqlar səkkiz yaşa çatanda onda narahatçılıq yaranmışdı. Qorxurdu öz taleyi təkrarlanar...

Ağ saçların ağrısı

Hikmət dünyadan köçən il oğlum hazırlığa gedirdi. Oturub düşündüm ki, yaxşı, mən əl-qolumu bağladım, həyatdan küsdüm, bəs uşaqların günahı nədir? Bu günə qədər oturub Hikməti ağlaya bilməmişəm. Vaxtım olmayıb...(fikrə dalır) Hikmətin yas mərasiminə gələnlərə deyirdim ki, əl-üzümü yuyub qayıdıram. Özümsə arxa qapıdan çıxıb, oğlumu hazırlığa qoyub, heç nə olmamış kimi, hüzrlü evimə dönürdüm. Çalışdım ki, Hikmətdən sonra yarımçıq qalan bütün işləri yekunlaşdırım. Bacardığımı etmişəm, bu gündən sonra da edəcəm. Çox şayiələr yayıldı ki, dəli olmuşam, ağlımı itirmişəm . Mənim yerimə kim olsaydı dəli də olardı, ağlını da itirərdi. Bəlkə elə düz deyirlər, mən də dəli olmuşam, xəbərim yoxdur.

Həyat mənə hər şeyə dözməyi öyrətdi, qurban olum Allaha, yəqin məni sınağa çəkir. Hər nə qədər dərdə boyun əyməsəm də, özlüyümdə fikirləşirdim ki, axı niyə bütün bunlar mənim başıma gəlir? Sonra düşündüm, fikirləşdim ki, bu qədər şəhid anaları var, heç bilmir oğlunun məzarı hardadır. Cavan-cavan gəlinlərimiz dul qalır. Düşündüm ki, onları görə-görə, Allaha üsyanmı edim? Mən 45 yaşımda olanda tək qalmışam. Saçıma rəng qoymuram , bundan sonra da qoymaq fikrim yoxdur. Bununla demək istədiyim o deyil ki, hər oğlunu, həyat yoldaşını itirən qadın saçını boyamasın. Yox, əsla belə deyil. Sadəcə, mən daha saçlarımı boyaya bilmərəm. Bu rəngdən başqa daha heç nə mənə yaramaz və yaraşmaz. Çünki bu rəngi, bəyaz rəngi Allah özü mənə məsləhət bilib, mənə yaraşdırıb...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5557   Tarix: 14 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431