Ermənistan ordusunda şok işgəncə - VİDEO

Ermənistan ordusunda şok işgəncə - VİDEOErmənistanda heç bir dövlət orqanında hökumətin Ermənistan vətəndaşını Dağlıq Qarabağ ərazisində əsgəri xidmətə göndərməyə əsas verən bir qanun yoxdur.

"Helsinki assosiasiyası" hüquq-müdafiə təşkilatının eksperti Ruben Martirosyan erməni mətbuatına müsahibəsində belə deyib. Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti tanınmamış Dağlıq Qarabağda əsgəri xidmətin əleyhinədirlər.

Hərbi hissələrdə çoxsaylı əsgər ölümləri və işgəncələrlə bağlı danışan erməni ekspert Qarabağda Ermənistanın Müdafiə Nazirliyi yanında İstintaq Xidməti, hərbi prokurorluq və hərbi polisin vətəndaşların hüquqlarını pozduqlarını qeyd edib. Onun sözlərinə görə, "Qarabağ Respublikası" ərazisində Ermənistanın Hərbi Prokurorluğunun 1, 2 və 3 saylı qarnizonları tam qanunsuz fəaliyyət göstərir.

"Qarabağda Ermənistan Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən hərbi polislərin də fəaliyyəti qeyri-qanunidir. Bizi xalq düşməni adlandırsalar da deməliyəm ki, sözügedən orqanlar qanunsuz fəaliyyət göstərməklə yanaşı hərbi hissələrdə baş alıb gedən zorakılıqlara göz yumurlar. İşgəncəyə və zorlanmaya məruz qalan əsgərlərin hüquqları qorunmur. Onlar üçün təyin olunan vəkillər isə "xoruz"lardır (Xoruz uşaq oyunlarında adətən hər iki tərəf üçün oynayır-red.), hamısı satılıblar və cinayət ortaqlarıdırlar. Hər kəsə məlumdur ki, hərbi hissələrdə özünəqəsd halları artıb. Bunun səbəblərini araşdırmaq lazımdır".

Erməni eksperti deyir ki, xüsusi vəkillərin köməyi ilə bəzən komandiri və ya əsgər yoldaşı tərəfindən qətlə yetirilən əsgərin özü-özünü öldürdüyünü bəyan edərək, bəzənsə də cəbhə xəttində öldüyünü bildirərək faktları ört-basdır edirlər: "Məsələn, 2011-ci il fevralın 12-də hərbi hissələrdən birində qətlə yetirilən Torqom Saruxyanın cinayət işini istintaq zamanı elə düzüb-qoşdular ki, guya o, özünü öldürüb. Üstəlik Hamlet Davtyan, əsgərlər- Robert Badalyan, Hrant Karapetyanı və Qarabağ sakini Vilhelm Enqibaryanı həbs etdi ki, guya Saruxyanı özünəqəsdə məcbur edənlər onlar olublar. İstintaq prosesində iştirak edən vəkillərdən biri Azat Avaqimyan hazırda rüşvətxorluğa görə həbs edilib".

Martirosyan rəsmən sübut olunmuş faktlara əsasən bildirir ki, Saruxyanın qətlindən sonra 24 hərbi qulluqçu Xankəndi hərbi polisinə aparılıb və yalan ifadə vermələri üçün 10 gün ərzində onlara işgəncə verilib. Bu qayda Ermənistanda "ət maşını sistemi" adlanır.

Qeyd edək ki, Azərbaycanla sərhəddə qətlə yetirildiyi bildirilən Zorik Marqaryanın da əslində öz əsgər yoldaşı Karen Movsisyan tərəfindən öldürüldüyü sübut olunub. Həmçinin onun bədənində zorakılıq izləri aşkarlanıb.

Xatırladaq ki, 2011-ci ildə əsgəri xidmət zamanı əsgər Ovanes Vardanyan məruz qaldığı işgəncələr nəticəsində ağlını itirib dəlixanaya düşmüşdü. O. Vardanyanın atası oğlunun zabiti masaj etmədiyinə görə döyüldüyünü bildirir.

Bu yaxınlarda əsgərin atası Müdafiə Nazirliyinə maliyyə yardımı üçün müraciət edib və ona qanuna uyğun olaraq cəmi 10 000 dram (25 dollar) yardım ayrılıb. Əsgərin ailəsi isə nazirliyin təklifini təhqir kimi qəbul edərək yardımdan imtina edib.

Sonda Martirosyan təəssüf hissi ilə bu kimi halların daha da artdığını bildirib: "Ən pisi isə budur ki, hazırda hərbi hissələrdəki çirkin əməllər daha ustalıqla ört-basdır edilir!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3118   Tarix: 14 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 0
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 340
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 103
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 82
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 112