4 uşaq anasının faciəsi: ona çarə tapılacaq? - FOTO

4 uşaq anasının faciəsi: ona çarə tapılacaq? - FOTOİndoneziyanın paytaxtı Cakartanın şərqində yaşayan 46 yaşlı Sarotin çox qorxulu və ağrılı mərəzə düçar olub. Bədəndəki bütün sinir sonluqlarında idarəolunmaz şiş böyümələrinə səbəb olan neyrofibromatoz xəstəsi olan Sarotin yoxsul yaşadığından zəruri müalicəyə pul tapa bilmir.

4 övlad anasının dediyinə görə, xəstəliyi 3 il əvvəl şiddətlənib. İndi onun bədəni yüzlərlə şişlə örtülüb, üzü eybəcər hala düşüb.

BiG.AZ AsiaOne-a istinadən bildirir ki, Sarotinin dediyinə görə, xəstəliyi şiddətlənəndən sonra ailəsi onu evdən qovub. Daha sonra isə yaşadığı kəndin sakinləri "Rədd ol, səninlə bir kənddə yaşamaq istəmirik" söyləyiblər. Beləcə, Sarotin doğma kəndindən də qovulub.
İndoneziyanın Qərbi Yava bölgəsindəki Bandunq kəndinin sakini Sarotin naçar qalaraq Cakartaya üz tutmalı olub.

Cakartanın şərqindəki kiçik meyvə-tərəvəz dükanlarından birində fəhlə işləyən Sarotin çalışdığı dükanın anbarında yaşayıb. Onun "evi" anbarın bir küncünə atılmış çirkli döşəkdir.

Neyrofibromatoz nəticəsində üzündə yaranmış böyük şiş onun simasının yarısını örtüb. Sarotinin bədənindəki şişlərin sayı isə yüzlərlədir.
Neyrofibromalar adlanan, hüceyrələrin anomal böyüməsi nəticəsində yaranan şişlər xərçəng xassəli, yaxud da yoluxucu deyil.

Neyrofibromatoz genetik xəstəlik olsa da, bu mərəzin daşıyıcıları əksər hallarda yetkinlik yaşına çatandan sonra bədənlərində fəsadların yaranmasının şahidi olurlar.

Ötən ay İndoneziyanın Şərqi Yava bölgəsindəki Slamet də neyrofibromatoz xəstəliyi ilə bağlı həkimlərə müraciət etmişdi.
Şərqi Yavanın Mateqan rayonundakı Nquntoronadi kəndində yaşayan Salametin müalicəsi üçün indi pul yığılır.

Ötən ilin noyabrında italyan Vinisio Rivanı Roma Papası 1-ci Fransisk qucaqlayaraq bağrına basmışdı.
Riva da neyrofibromatoz xəstəsi idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3594   Tarix: 08 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 254
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 560
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 416
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 199
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 264
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 317
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 266
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 379
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 369