Sürücülərə xoş xəbər: icbari sığorta haqqı azaldılır

Sürücülərə xoş xəbər: icbari sığorta haqqı azaldılırYenilik sığortaçıların 56%-ni əhatə edir.

2014-cü ilin yanvar ayının 15-dən etibarən avtomobillərin icbari sığortalıların "Bonus – Malus" sinfi yenilənib.

BiG.AZ xəbər verir ki, bu barədə məlumat İcbari Sığorta Bürosundan (İSB) alınıb.

Məlumatda deyilir ki, 2014-cü ildə sığorta müqaviləsini yeniləyən 106,580 sığortalıya sığorta haqqının 10%-ə qədər, 192,352 sığortalıya sığorta haqqının 5%-ə qədər güzəşt əmsalı tətbiq ediləcək.

Yenilənmə nəticəsində bu il sığortasını təzələyən 298 min 932 avtomobil sahibi üçün sığorta haqqı azalacaq.

Bu ümumi avtomobil sığortaçılarının təqribən 56%-i deməkdir.

Bunlardan 106 580 avtomobil sahibinin icbari sığorta haqqı 10% azalacaq.

192 352 sığortalı üçün isə sığorta haqqı 5% aşağı düşəcək.

Əvəzində, ötən dövr ərzində sığorta hadisəsi törətmiş 7 635 avtomobil sahibi üçün sığorta haqqı artacaq.

229 170 avtomobil sahibi üçün isə "Bonus – Malus" sinfi dəyişməyib.

Məlumatda qeyd olunur ki, son 2 ildə üç və ya daha çox sığorta hadisəsi törədən 22 sığortalıya cari ildə sığorta müqaviləsinin yenilənməsi zamanı sığorta haqqının 3 misli qədər Malus əmsalı tətbiq ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 29 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14.12.2025 126
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14.12.2025 111
.

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə

14.12.2025 112
.

Britaniya kralı xərçəng xəstəliyi ilə mübarizəsindən danışıb

"Xərçəng xəstəliyinin erkən diaqnozu müalicənin gedişatına müsbət təsir göstərib". xəbər verir ki, bu barədə Böyük Britaniya Kralı II Çarlz bildirib. O, vaxtında müayinələrin minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayıb. "Sizinlə xoş xəbəri bölüşə bilərəm: erkən diaqnoz, effekti

14.12.2025 104
.

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini

14.12.2025 126
.

Bakıda ət bahalaşıb BU QİYMƏTƏ OLDU

Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir. BİG.AZ Mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən bah

14.12.2025 499
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14.12.2025 154
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14.12.2025 364
.

TOP MP3