Dünya əhalisi

2000-ci ildə dünya əhalisinin sayı 6,1 milyard`ı keçmişdir. Əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsi və başlıca istehlakçısıdır. Demoqrafiya — əhalini öyrənən elmdir. Əhalinin sayının kəskin artması «demoqrafik partlayış» adlanır.
Əhalinin təbii hərəkəti (və ya artımı) dedikdə doğum və ölüm arasındakı fərq başa düşülür. Əhalinin artımını demoqrafik siyasətlə tənzimləyirlər. Təbii artımın 2 tipi var:
a) I tip (hazırda bu tip də müasir və keçid tiplərə ayrılır). Bu tip doğumun, ölümün və təbii artımın aşağı olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik qış» deyilir. Çünki uşaqların sayı az, yaşlıların sayı isə çoxdur. Bu tipə bütün IEÖ-lər (CAR-dan başqa) və Şərqi Avropa ölkələri (Albaniyadan başqa) daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən az artır. Bu tipə daxil olan ölkələrdə əhalinin artırılmasına yönəldilmiş siyasət artırılır.
b) II tip (və ya ənənəvi tip) doğumun, ölümün və təbii artımın yüksək olması ilə səciyyələnir. Bu tipə bəzən «demoqrafik yaz» deyilir. Bu tipə bütün IOÖ-lər və CAR daxildir. Burada təbii artım hər min nəfərə 12 nəfərdən çox artır. Bu qrup ölkələr təbii artımı azaltmaq üçün dövlət siyasəti aparır. Məs. Hindistan, Banqladeş və s. Bu qrup ölkələrdə uşaqların sayı çox, yaşlıların sayı isə az olur. Bu qrup ölkələrin başlıca problemi-işsizlik və ərzaq çatışmamazlığıdır.

Dünya əhalisiİrq tərkibi: Dünya əhalisi xarici görnüşünə görə 3 irq`ə ayrılır.
1. Avropoid irqinə aid olan əhali əsasən Avropa, Şm. Afrika, Yaxın və Orta Şərq, Hindistanda yayılıblar.
2. Monqoloid irqinə mənsub əhali əsasən Şərqi və Cənub-Şərqi Asiyada geniş yayılıblar.
3. Neqroid (ekvatorial) irqinə mənsub əhali isə əsasən Afrikada yayılıb.
Bəzən alimlər dünyanın 4-cü irqini avstraloid irqini ayırırlar ki, bura Avstraliya və Okeaniyanın yerli əhalisi aid olunur.
Dünyanın 3 əsas irqinin qaynayıb-qarışması nəticəsində aşağıdakı 3 aralıq irqləri yayılıb.

Avropoid & Monqoloid = metis
Avropoid & neqroid = mulat
Monqoloid & neqroid = sambo

Cins tərkibi. Dünyada doğulan uşaqlar arasında oğlanlar qızlara nisbətən çox doğulsalar da 15 yaşa qədər hər iki cinsin sayı bərabərləşir. Qadınların orta ömür müddətinin kişilərə nisbətən çox olması nəticəsində sonrakı yaş həddində qadınlar üstünlük təşkil edir. Bəzi Asiya ölkələrində məs. Hindistan, Çin, Ərəb ölkələrində qadınların xüsusi çəkisi azdır. Bunun səbəbi tez evlənmə, çox uşaqlılıq, ağır həyat tərzi, qadının cəmiyyətdən asılı olmasıdır.
Dünya əhalisinin 51%-i qadınlardan, 49%-i kişilərdən ibarətdir.
Dünya dinləri: Dünyada 3 başlıca din mövcuddur. Bunlar arasında xristian dini etiqad edənlərin sayına görə 1-ci yeri tutur. Xristianların sayı 1 milyardı keçib, əsasən Avropa, Amerika və Avstraliyada məskunlaşıblar. Xristian dini 3 qola ayrılır – 1.Katolik 2. Protestant 3. Pravoslav
Dünyanın 2-ci böyük dini Islamdır. Bu dinə 1 milyarda yaxın insan sitayiş edir. Müsəlmanlar əsasən Cənub-Qərbi Asiya və Şimali Afrikada məskunlaşmışlar.

İslam`ın beşiyi Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərləridir. Müsəlmanların 90%-i sünni, 10%-i şiə təriqətinə məxsusdur. Şiələr Iran, Iraq və Azərbaycanda daha çoxdur.
Dünyanın 3-cü böyük dini – Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiyada yayılmış Buddizm dinidir. Bu dinə 350 milyondan artıq adam sitayiş edir.
Dünya dinlərindən başqa milli dinlər də mövcuddur. Məs: Hindistanda – hinduizm, Cində – Konfusiçilik, Monqolustanda – lamaizm, Israildə – iudaizm, Yaponiyada – sintoizm dinləri yayılıb.
Milli tərkibi: Dünyada 3-4 minə qədər xalq var. Lakin bunların əksəriyyəti azsaylıdır. Hazırda dünyada sayı 100 mln-u ötmüş 12 xalq var (cinli, hind, rus, ərəb, türk, amerikan, benqal, yapon, braziliyalı, pəncablı, biharlı və meksikalı). Bu xalqlar dünya əhalisinin 65%-ni təşkil edir.
Banqladeş, Yaponiya, İsveç, Polşa, Ərəb ölkələri birmillətli, Hindistan, Nigeriya, Rusiya, Kanada, Böyük Britaniya, Belçika, Ispaniya və s. dövlətlər isə çoxmillətlidir.
Dil əlamətinə görə xalqlar-dil qruplarında, onlar isə öz növbəsində dil ailələrində birləşirlər. Dünya əhalisinin 2,5 milyard nəfəri Hind-Avropa dil ailəsinə mənsubdurlar. Bu dil ailəsi 11 dil qrupundan ibarətdir: Məs.
1. Roman qrupu-bura fransız, ispan, portuqal, rumın, moldavan, Latın Amerikası xalqları daxildir.
2. German (ingilis, alman, amerikan, İsveç, Norveç, şotland, holland və s.)
3. slavyan (rus, belorus ukraynalı, çex, polyak, slovak, serb, bolqar, xorvat və s.)
4) Iran və ya fars qrupu (fars, tacik, kürd, osetin, əfqan)
Dünya əhalisinin ¼ -i Çin-Tibet ailəsinə mənsub olub, Çin dilində danışılar.
Türk dil qrupu Altay dil ailəsinə daxildir. Bu qrupa- türk, özbək, azərbaycanlı, türkmən, qırğız, qazax, uyğur, yakut və s. xalqlar daxildir.
Dünyada ən geniş yayılmış dillər- çin, ingilis, ispan, portuqal, fransız, rus və alman dilləridir.
Ingilis dilində- B.Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyada, portuqal dilində Portuqaliya və Braziliyada, ispan dilində Ispaniya və Latın Amerikası ölkələrində danışırlar.
Asiya və Afrika-dünyanın daha çox dil ailəsinin yayıldığı qitələrdir.
Əmək ehtiyatları dedikdə əmək prosesində iştirak edən (yəni işləmək qabiliyyəti olan) bütün adamlar başa düşülür. IEÖ-lərdə fəal əhalinin yarıdan çoxu xidmət sahələrində çalışırlar. 2-ci yeri sənayedə, 3-cü yeri isə k/t-da çalışanlar tutur.
IOÖ-lərdə isə 1-ci yerdə k/t işçiləri, 2-ci yerdə xidmət sahələrində çalışanlar, 3-cü yerdə isə sənayedə çalışanlar durur.

Dünya əhalisiƏhalinin yerləşməsi. Dünya əhalisinin orta sıxlığı 1 km2–də 41 nəfərdir. Əhalinin sıxlığını — onun sayını ərazinin sahəsinə bölməklə təyin edirlər. Dünya əhalisi qeyri-bərabər məskunlaşıb. Belə ki, dünya əhalisinin 4/5-ü şərq yarımkürəsində (qərb yarımkürəsi ilə müqayisədə), 9/10 hissəsi isə şimal yarımkürəsində (cənubla müqayisədə) yaşayır. Həm də əhalinin əsas hissəsi mülayim, subtropik və subekvatorial iqlim qurşaqlarında, okean səviyyəsindən 500 m-ə qədər hündürlükdə yerləşən düzən sahələrdə, Nil, Dəclə, Yanszı, Xuanxe, Qanq çaylarının sahillərində yaşayırlar. Əhali tərəfindən çox az məskunlaşan ərazilər isə daimi donuşluq zonaları, qütb və yüksək dağlıq sahələr, səhralar, isti və rütubətli ekvatorial meşələrdir.
Dünyanın siyasi xəritəsində əhalinin cəmləşdiyi bir necə başlıca areal fərqlənir: 1. Şərqi Asiya (1,5 mlrd nəfər), 2. Cənubi Asiya (1,4 mlrd nəfər), 3. Cənub-Şərqi Asiya (0,5 mlrd nəfər), 4. Qərbi Avropa, 5. ABŞ-nın şimal şərqi.
Mikro dövlətləri çıxmaq şərti ilə Banqladeş əhalinin sıxlığına görə dünyada 1-ci yeri tutur. (1 km2-də 850 nəfər)
Iqlimi sərt, yamacları çox meylli, təbii şəraiti əkinçilik üçün əlverişsiz olan yüksək dağ yamaclarında əhali çox seyrək məskunlaşıb. Boliviya, Əfqanıstan, Nepal, Butan, İsveçrə kimi ölkələrin əhalisi əsasən dağlarda məskunlaşıb.
Daha geniş əraziyə malik olan Kanada, Avstraliya, Braziliya, Türkmənistan kimi ölkələrin əhalisi tərəfindən mənimsənilməsi üçün böyük potensialı var.

Source: Kayzen.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 11215   Tarix: 16 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

TOP MP3