Yüksək bal toplayanlar bu universitetlərə daxil olur - SİYAHI

Yüksək bal toplayanlar bu universitetlərə daxil olur - SİYAHITələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları əsas ali məktəblərin adlarını və ali məktəblərin reytinq siyahısını açıqlayıb.
BiG.AZ xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib ki, qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin 385 nəfəri Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Bakı Ali Neft Məktəbinə, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə, 50 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 47 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına və s. daxil olub.

M.Abbaszadə qeyd edib ki, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib. Onlardan 42,98%-i 0-100, 21,99%-i 100-200, 13,84%-i 200-300, 15, 65%-i 300-500, 5, 55%-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1617 nəfəri 600-baldan yuxarı nəticə göstərib.

Yüksək ballılar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 371, II qrupda 301, III qrupda 542, IV qrupda 403 nəfərdir. 6 nəfər isə maksimal nəticə (700 bal) əldə edib. Onlardan 4-ü III qrupun və 2-si IV qrupun abituriyentləridir.

TQDK sədri bildirib ki, bu il ali təhsil müəssisələrinin reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir. İnformasiya Texnologiyaları Universiteti reytinq göstəricilərinə görə 2-ci yerdədir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası isə reytinq göstəricilərinə görə 3-cü yerdədir.

Komissiya sədrinin sözlərinə görə, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft Akademiyası istisna olmaqla, qalan texniki ali təhsil müəssisələri reytinq cədvəlində nisbətən aşağı mövqelərdə yerləşiblər.

Respublikanın regionlarını təmsil edən ali təhsil müəssisələri sırasında Naxçıvan Dövlət Universiteti ən yüksək reytinqə malikdir. Reytinq göstəricisinə (2973) görə bu universitet respublikanın ali təhsil müəssisələri içərisində 9-cu mövqedə yerləşir. Ən zəif reytinqə malik olan dövlət ali təhsil müəssisəsi Azərbaycan Texnologiya Universitetidir.

Özəl ali təhsil müəssisələri arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1743   Tarix: 28 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 852
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 230
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 219
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 146
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 164
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 135
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 168
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 158
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 168