"Xocalı soyqrımı"na sərgi hazırlayan türk rəssam

"Xocalı soyqrımı"na sərgi hazırlayan türk rəssamFunda İyce Tuncel 1968-ci ildə Ankarada doğulub. Qazi Universitetində təhsil alıb. Bu günə qədər 36 fərdi sərgisi reallaşıb. Əsərlərindən bəhs edən ilk kitabı 2008-ci ildə sənət tənqidçisi Ümid Gezgin və rəssam-yazar Əkrəm Kahraman tərəfindən qələmə alınıb, "Elm Sənət Qalereyası" tərəfindən nəşr olundu. İkinci kitabı "Köç obraza" sənətşünas-tənqidçi Ümid Gezgin tərəfindən hazırlanıb.

BiG.AZ saytı movqe.az-a istinadən həmin Funda Tuncelin müsahibəsini təqdim edir:

- Funda xanım, bir az keçmişə qayıdaq- uşaqlıq çağlarınıza. Uşaqlığınız necə keçib? Psixoloqların dediyinə görə rəssamlıq istedadı olan uşaqlarda həmişə özünəqapanma olur...

- Şəkilə marağım kiçik yaşlarımdan başladı. Hətta bütün uşaqlığım şəkil çəkməklə keçdi deyə bilərəm.

- Bu sənət uşaqlığınızı əlinizdən almayıb ki? Rənglərlə tanışlığınız neçə yaşınızda olub?

- Bu sənət uşaqlığıma rəng qatıb. Rənglərlə neçə yaşımda tanış olduğumu xatırlamıram. Amma düşünürəm ki, özümü tanıyandan rənglər, boyalar mənim imtina edə bilmədiyim oyuncaqlarım olub.

- İlk dəfə əlinizə boya alarkən hansı rəsmi çəkmisiniz?

- İlk nə çəkdiyimi xatırlamıram, amma hər halda bütün digər uşaqlar kimi özümü çəkmişəm. Əslində hələ də özümü çəkirəm.

- Bu sənət sizin üçün nə qədər dəyərlidir?

- Bilirsiniz, mən həmişə rəssam olmaq istəmişəm. Məhz bu arzuyla sənədlərimi Qazi Universitetinin, rəsm fakültəsinə verdim və qəbul oldum. Rəsm çəkmək mənim üçün çörək, su kimi bir ehtiyacdı. Şəkil mənim ehtirasım və həyat eşqimdi.

- Uşaqlığınızdan, gəncliyinizdən bu günə hansı xatirəni qoruyub saxlayırsınız?

- Birinci sərgimdə ilk dəfə çəkdiyim əsər satılmışdı. Həmin əsərin pulunu almağıma baxmayaraq o rəsmi yiyəsinə təslim etməyə əlim gəlmirdi. Şəkildən ayrılmaq istəmirdim. Sonra fikirləşdim ki, satılan o şəkil getdiyi yerdə yaşayacaq, məni təmsil edəcək. Bu düşüncə məni rahatlaşdırdı. İndi artıq şəkillərim satıldığında yeni insanlarla, yeni həyatlarla tanış olduğuna görə çox xoşbəxt oluram.

- İlk sərginiz neçə yaşınızda olub?

- Hardasa iyirmi il bundan öncə.

- Yəqin o vaxt çox həyəcanlı olmusunuz?

- Əslində bu günə kimi mənim 38 fərdi sərgim olub. İnandırım sizi, bütün sərgilərim mənim üçün önəmlidir. Və bütün sərgilərimdə həyəcan və sevinc hissi məni tərk etmir.

- Hansı ölkələrdə sərgiləriniz təşkil olunub?

- Türkiyənin demək olar ki, çox şəhərlərində rəsmlərim sərgilənib. Həm də dəfələrlə. Amma xarici ölkələrdən İtaliya, Kosovanın adını çəkə bilərəm.

- Ürəyinizdə hər bir türk kimi "Xocalı" yanğısı var. Yəqin belə olmasaydı "Xocalı" soyqırımını xatırladan əsərlər yaradıb, sərgisini təşkil etməzdiniz...

- Xocalıdan bəhs edən şəkilləri çəkməyə marağım 2009-ci ildə Dr. Tayfun Atmacanın "Sürgünlər və soyqırımlar" adlı kitabını oxumağa başlayandan sonra yarandı. Kitabı əvvəldən axıra kimi indi ifadə edilməyəcək dərin bir səssizlik içində oxudum. Yaşanan ağrıları və çarəsizlikləri hər bir zərrəmə kimi hiss etdim. Bu dəhşətin, zülmün səmimi bir şəkildə və sənət ilə cəmiyyətə təqdim etməli olduğumu anladım. Onsuz da kitabın önsözündə də biz türklərin zəfərlərdən yaxşı bəhs etdiyimizdən, amma ağrıları kifayət qədər çatdıra bilmədiyimiz acı dolu bir dillə təqdim edilirdi. Mənim də bir sənətçi olaraq əlimdəki tək gücüm fırça və boyalarımdı. Mən də onlardan istifadə etdim. Və təxminən iki il davam edən işlərimin nəticəsində "Köç obrazı" adı altında ilmə - ilmə bu şəkilləri meydana gətirdim.

- Neçənci ildə "Köç obrazı"nın sərgisi oldu?

- Hesabatlarımın bir qismi ilk dəfə 2011-ci ilin dekabr ayında İtaliyada Beynəlxalq Floransa Bienalında (Biennale Internazionale dell'Arte Contemporanea) sərgilənib və böyük əks-səda doğurub. Yeri gəlmişkən, bir incikliyimi bildirim: İtaliyadakı bu sərgiləməyə əvvəldən xəbərdar etməyimə baxmayaraq, Azərbaycandan heç kim iştirak etmədi. Təkbaşıma şəkillərimin başında dayandım. Əvvəldən hazırladığım (İtalyan, türkcə və ingiliscə) broşurları özüm payladım.

2012-ci ildə isə kolleksiyanın hamısı əvvəl İstanbul Bahçeşehir Universitetində, sonra isə Məclis Başkanımız Cəmil Çiçək və Xarici İşlər Naziri Əhməd Davudoğlunun himayədarlığı ilə Türkiyə Böyük Millət Məclisinin Mərasim salonunda sərgilənib. Mən bu bənzərsiz kolleksiyanın ictimai yaddaşımızın bir hissəsi olması baxımından davamlı şəkildə göstərilməli olduğunu düşünürəm. Buna görə 2013-ci ildə Xocalının ildönümündə Ankara Qazi Universiteti Şəkil Heykəl Muzeyində şəkillərin hamısının bir ay müddətində sərgi kimi təqdim olunmasını təmin etdik.

- Bildiyim görə, bununla bağlı kitab da nəşr etdirmisiniz?

- Bəli, elə həmin 2011-ci ilin dekabr ayında keçirilən sərgidən əvvəl "Köç obrazı" adı altında 250 səhifəlik böyük ölçülü bir kitab nəşr edərək sərgiyə gələnlərə payladım .

- Bu il "Xocalı" faciəsi günü sərginiz olacaq?

- Bəli, fevralda, yəni önümüzdəki ay yenə soyqırımın ildönümündə şəkillərin hamısını Konya Səlcuq Universitetinə göndərəcəyəm. Orada xalqımız, xüsusilə gənc tələbələrimiz bu şəkilləri görəcəklər. Ondan dərhal sonra bu ilin may ayında Ankara Şəkil Heykəl Muzeyində, 2015-ci ildə isə Nevşehir Universitetində bu kolleksiya xalqımıza təqdim ediləcək.

Bilirsiniz, qiymətli müəllimimiz Vedat Bilgin "Qarabağın torpağı üşüyür" adlı yazısında "Ağrının kimliyimi var?" - deyə soruşur. Bəli, həqiqətən ağrının kimliyi yoxdur. Amma coğrafiyası da yoxdur. Məncə bir sənətçi öz torpağını, o torpağın sevincini və ağrısını tanımalı, baş verənləri öz üslubu ilə sənədləşdirə bilməli, yəni dövrünə şahidlik etməlidir. Sənətçi həyat haqqında ictimai hadisələri də sənətinin gücü ilə universal səviyyəyə çıxara bilməlidir.

Bu sənətçinin ölkəsinə, öz insanına borcudur. Hamının baxış bucağı və dərkinin fərqli olduğu bir dünyada, kin və nifrət bataqlığına saplanmadan ağrının şəklini çəkə bilmək əhəmiyyətli bir faktdır. Sənətçi, xalqa baş verənləri öz sənətçi rəftarı və sənəti ilə danışa bilməlidir. Buna görə də mən bir nöqtədən etibarən öz şəkillərimi içində yaşadığım cəmiyyətin müəyyən ölçüdə duyğu və düşüncələrinin əks olunması kimi təyin edir və sənətkarlığın qəbulunu bu cəmiyyət şüuru ilə eyniləşdirirəm. Mən həm bir sənətçi, həm də bir ana kimi şəkillərimdə bu məqsədi öz formamın xaricinə çıxmadan əks edə bildiyimə inanıram. Şəkil hamının anlaya biləcəyi ortaq bir dildir.

- Adətən əsərlərinizdə əlvan rənglərdən istifadə edirsiniz. Ətrafınızdakı insanların dediyinə görə olduqca şən adamsınız və həssas bir xanımsınız. Düşünürəm ki, "Köç obrazı" adı altında bu əsərləri yaratmaq sizin üçün çox çətin olub.

- Mən bir sənətçi kimi üslubumla, sənətimlə, səmimiyyətimlə həssaslıq göstərmək və hər kəsin içində yaşatdığı bir mötərizə yaratmaq istəyəndə; ağrıların şəklini çəkmək məcburiyyətində qalmayacağımız bir dünya arzulamağı da utopiya kimi görmürəm. Şəkil duyğularımı ifadə etməyimin bir yoludur. Mən insanın insana yaşatdığı ağrıların olmadığı bir dünya istəyəndə, eyni zamanda şəkillərimin vasitəsi ilə yaşadığım dövrün ən azından bir hissəsini gələcəyə daşımağa çalışıram. Beləliklə gördüyümü, duyduğumu, hiss etdiklərimi şəklin vasitəsi ilə insanların yaddaşına yazıram. Buna görə də təxminən iki ildən bəridir "Köç obrazı" adı altında bu şəkilləri çəkməyə başlamışam.

Günlər, gecələr boyunca durmadan çalışdım, araşdırdım, oxudum. Bu dəhşətli hadisəni yaşayanlarla, onların yaxınlarıyla danışdım. Yazılanlar, deyilənlər ürəyin dözəcəyi şeylər deyildi. Bu ağrıların səmimi bir şəkildə çəkməli olduğumu anladım. Və palitranın arxasına keçdim. İşə başlayandan bir müddət sonra, sanki orada olanları özüm də yaşamışammış kimi acı çəkməyə başladım. Gecələri şəkli çəkəndə və daha sonra dəhşətin ortasında qaldım.

Yaşanan faciə mənə elə təsir etdi ki, iki ildən çox davam edən yaradıcılıq prosesində boyalarımla çəkdiklərimi rəsmlərimin içində görməyə başladım. Uzun müddət təsirindən çıxa bilmədim. İndi də hər dəfə palitranın qarşısına keçəndə gözlərim dolur. Rəngli və poetik şəkillər çəkən bir sənətçi kimi "ağrını" rənglə və öz üslubu ilə təsvir etmək məni əməlli-başlı yorsa da, bir o qədər də həyəcan və coşqunluq bəxş edib.

J. Addison illər əvvəl "Rənglər hər dildə danışa bilər" - demişdi. Bu dəfə mənim rənglərim ağrıdan danışdılar. Gah quşun gözündə qanlı bir gözyaşı oldular, gah bir körpənin qarnında yatdığı ananın çarəsiz can verməyi... Kaş ki, bu insanlıq utancı heç yaşanmayaydı. Kaş ki, bu insanlar öldürülməyəydi. Kaş ki, sənətçilər ağrını təsvir etmək məcburiyyətində qalmayaydılar... Bəli kaş ki... Amma bu "kaş ki"ləri önləmək olduqca çətindir. Asan olan isə Qazi Universiteti rektorluq binasındakı Şəkil və Heykəl Muzeyində Xocalı qətliamının xatirəsinə həsr olunan "Köç obrazı" adlı sərgini gəzmək... Gəzmək və erməni soyqırımını ibrətlə izləmək...

- Azərbaycanda bu sərginizi keçirmək istərdinizmi?

- Xocalı qətliamından bəhs edən sərgimin Azərbaycanda keçirilməsini əlbəttə, çox istəyirəm. Ancaq sərgi keçirmək olduqca ciddi bir işdir, ciddi bir təşkilatçılıq lazımdır. Bir az bundan əvvəl də qeyd etdiyim kimi mən bu ağrıları şəkil kimi çəkib bütün Dünyaya çatdırmağa başladığım gündən az qala 5 il keçib. Rəsmləri görməyən, eşitməyən qalmayıb. Türkiyənin hər tərəfində universitetlər mənə sərgi keçirmək təklifləri edirlər. Amma bu günə kimi Azərbaycandan ciddi mənada bir təklif gəlməyib. Gəlsə, qəbul edərdim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2584   Tarix: 26 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 112
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 124
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 124
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

04.05.2024 165
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330