Azərbaycanlı əsir Ermənistanda başına gələnlərdən danışıb

Azərbaycanlı əsir Ermənistanda başına gələnlərdən danışıbNoyabrın 4-də Ermənistandan əsirlikdən qayıdan mülki vətəndaş Eldar Tağıyev səhhətinin müayinə olunması üçün karantin nəzarətə götürülüb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasının İnfeksion Şöbəsinə yerləşdirilib. E. Tağıyevin səhhətində ilkin olaraq ağır infeksion xəstəliklərin aşkarlanmadığı bildirilir.

APA-nın qərb bürosunun məlumata görə, 1 ilə yaxın Ermənistanda əsirlik olan Tovuz rayon Əlibəyli kənd sakini Eldar Tağıyev necə əsir düşdüyü və əsirlik günləri barədə açıqlama verib.

O, ötən il dekabrın 28-də Əlibəyli kəndinin Ermənistanla sərhəddə yerləşən, Azərbaycana aid ərazisində çayda balıq tutarkən əsir düşdüyünü bildirib: "Səhər saatlarında çayda balıq tutmağa getdim. Bir neçə balıq tutduqdan sonra əlim üşüdü, kənarda oturub siqaret çəkdim. İkinci siqareti çəkəndə ermənilər üstümü aldılar. Onlardan 2-si silahlı, 1-i silahsız idi. Əlimi bağlayıb maşına qoyub apardılar. Əvvəlcə İcevan rayonuna, iki gün sonra isə Yerevana aparıldım".

E. Tağıyev əsirlikdə olan zaman ona o qədər də çox əziyyət və işgəncə verilmədiyini bildirib: "Məni Yerevana apardıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gəldilər. Onlar mənimlə söhbət etdilər, ailəmə məktub yazdım. Onlar mənə yaradılan şəraitlə, yatmağımla, yeməyimlə - hər seylə maraqlandılar. Buna görə də əsirlikdə olduğum zaman məni o qədər də incitmirdilər".

E. Tağıyev Yerevanda olanda, orada ondan başqa daha iki azərbaycanlı əsirin olduğunu da öyrənib: "Kameradan çıxarılanda həmin əsirlərlə danışmaq istəsəm də, ermənilər mane olurdular. Bununla belə, öyrəndim ki, onlardan biri Goranboy, digəri isə Ağdam rayonundandır. Ağdam rayonundan olan əsiri bu ilin mayında azad etdilər. Goranboydan olan əsir isə hələ də ordadır".

O, əsirlikdə olan zaman məcbur edilərək Ermənistanın İctimai Televiziyasına çıxarıldığını deyib: "Onlar məni məcbur etdilər ki, televiziyaya çıxarıb, Azərbaycanda yaşayış şəraitinin çətinliyi, qazın, işığını olmaması, hökumət tərəfindən heç bir yardım edilməməsi, bir sözlə, əhalinin bərbad vəziyyətdə yaşadığını söyləyim. Onlar mənə təzyiq etdilər, dedilər ki, bunları deməsəm başıma pis oyunlar gətirəcəklər".

E. Tağıyev prezident İlham Əliyevə son Həştərxan görüşü ilə əlaqədar təşəkkürünü bildirib: "Bizi cənab prezidentin imzaladığı bəyannamə sayəsində azad etdilər. Bu gün özümü yenidən dünyaya gəlmiş kimi hiss edirəm".

Tovuz Mərkəzi Rayon Xəstəxanasının İnfeksion Şöbəsindən verilən məlumata görə, əsirlikdən qayıtmış Eldar Tağıyev bütün tibbi müayinələrdən keçirilib. Onun hər hansı infeksion xəstəliklərin daşıyıcısı olub-olmadığını yoxlamaq üçün bütün analizlər verilib. Analizlərin cavabı bir neçə gündən sonra məlum olacaq.
Qeyd edək ki, E. Tağıyev noyabrın 4-də əsirlikdən qaytarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7586   Tarix: 08 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467