Aybəniz Haşımova yazdı: O gün mən də öləcəkdim

Aybəniz Haşımova yazdı: O gün mən də öləcəkdim1990-ci ilin 20 Yanvarı idi.

Axşam saat 18.00 –da məşqdən qayıdırdım. İndiki 20 Yanvar meydanına çatar-çatmaz, gördüm ki, insanlar yaman təlaş icindədirlər. Soruşdum ki, nə olub burada? Hamı bir ağızdan dedi ki, Sovet ordusu Bakıya hücum edəcək. Dogrusu, inanmağım gəlmədi, çunki kimin aglina gələrdi ki, ordumuz öz vətəndaşına amansızcasına zülm edər. Artıq saat 23 -ə yaxınlaşırdı. Birdən ömrümdə eşitmədiyim qışqırıqlar, nalələr, fəryadlar məni evdən eyvana qaçmağa məcbur etdi. Eyvanım Biləcəri yoluna baxırdı, insanların güllə yağışı altında üzü aşağı qaçmaqlarını gördüm. Asfaltın üstündə meyitlər səpələnmişdi, elə bil, cəhənnəm gözlərim qarşısında canlanırdı. Al qana bulanmış insanların faciəvi görüntülərini bu günə qədər unuda bilmirəm.

Bəlkə də, o insanların içində mən də olacaqdım, əgər güllələrin alovunun mənə tərəf istiqamət götürdüyünü görüb özümü yerə yıxmasaydım. Səhərə yaxın düşdüm küçəyə. 9-cu mikrorayon bütünlüklə al qərənfillərə bürünmüşdü. İnsanlar küçələrdə özlərini götürüb yerə çırpırdılar gördükləri, yaşadıqları faciənin təsirindən. Getsin, bir də heç vaxt qayıtmasın o günlər. Xalqımız belə bir imtahanı sonuncu dəfə vermiş olsun. Bu gün vətənə başsağlığı verirəm. Başın sağ olsun, vətən. Allah hamımıza səbr versin. Amma Allah o günləri yaddaşımızdan silməsin. O, günahsız insanların – uşaqların, qadınların, qocaların, gənclərimizin günahsız qanına əli batanları da unutmayaq.

Hər ilin 20 Yanvar günü, siz dünyaya yenidən gəlirsiniz, əziz şəhidlərimiz. Hər il yenidən doğulursunuz bizim üçün. Ruhunuz şaddırmı, bilmirəm. Bir onu bilirəm ki, qəlbimizdəsiniz. Biz də sizinləyik, lap o gün 1990-cı ilin 20 Yanvar günü olduğu kimi...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3065   Tarix: 20 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 507
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 665
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 109
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175