`Ağla, qərənfil, ağla` kitabı çapdan çıxdı

`Ağla, qərənfil, ağla` kitabı çapdan çıxdı20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində "Ağla, Qərənfil, ağla" kitabı çapdan çıxıb.

BiG.AZ AzərTAc - a istinadən xəbər verir ki, Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə "İpəkyolu" nəşriyyatında çap olunun kitabda Əməkdar Mədəniyyət İşçisi, şair Məmməd Aslanın xalqımıza qarşı törədilən dəhşətli 20 Yanvar faciəsinə həsr etdiyi "Ağla, qərənfil, ağla" şeiri yer alıb.

Kitabın müəllifi Məmməd Aslan, redaktoru Gəncliyə Yardım Fondunun mətbuat şöbəsinin müdiri Eldar Kərimov, rəssamları Yavər Əsədov və Murad Yavəroğlu, dizayneri Sərxan İsgəndərovdur.

Kitabda "Ağla, qərənfil, ağla" şeiri fərqli bir üslubda təqdim olunub. Ümumilikdə 103 səhifədən ibarət olan kitabın hər səhifəsi o günün müsibətini bir daha gözlər önündə canlandıran fotoşəkillər və "Ağla, qərənfil, ağla" şeirinin bir bəndi ilə açılır.
Kitabın "Redaktordan" olan bölməsində Eldar Kərimov dəyərli şairimizin "Ağla, qərənfil, ağla" şeirinin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilən ilk poeziya nümunəsi olduğunu diqqətə çatdıraraq onu şəhidlərimizin xatirəsinə ucaldılan söz abidəsi adlandırıb.

Nəşrdə qeyd edilir ki, faciənin ertəsi günü yazılan şeir xalqımızın başına gətirilən müsibəti tam açıqlığı ilə ortaya qoyub və qısa müddətdə dillər əzbərinə çevrilib. Həmin şeirlə günahsız insanlara mərhəmət edilmədən işlədilən bu cinayət sadəcə tarix kitablarının səhifələrində deyil, həm də Azərbaycan xalqının yaddaşına həkk olunub.

Redaktor oxucuların diqqətinə çatdırır ki, Məmməd Aslanın 20 Yanvar faciəsini özündə hərtərəfli əks etdirən, qanlı qırğından dərhal sonra analarımızın laylasına çevrilən bu unudulmaz şeiri ilk dəfədir ayrıca kitab şəklində nəşr olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8303   Tarix: 19 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3