Ən bahalı klassik avtomobillər

Ən bahalı klassik avtomobillər1957 Ferrari 250 Testə Rossa: Yalnız 22 dənə çıxarılan avtomobilin hərracdakı qiyməti 12,1 milyon dollar. Bir çox insan, 1980-ci illərdə seyr edilən Miami Vice serialındakı Ferrari Testarossanı xatırlayar. İlk Ferrari, 1957-ci ildə bir çox məşhur sürət yarışına qatılaraq GT yarış avtomobili olaraq istifadə edilmişdi. Bu avtomobilin 3 litrlik 300 at gücündə V-12 mühərriki var. Bir çox dəfə yaxşılaşdırılan avtomobil orijinal mühərrikinə yenidən qovuşdu. 2009-cu ildəki bir hərracda, 12,1 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1961 Ferrari 250 GT SWB Kaliforniya Spyder: Bir neçə Ferraridən biri olan avtomobil "Ferris Bueller's Day Off" adlı filmdə istifadə edilmişdi. Təxminən 50 dənə çıxarılan avtomobil, uzun kaportası, iki kreslosu ilə idman avtomobillərin klassik şəklidir. 280 at gücündə 3 litr SOHC V-12 mühərrikə sahib olan avtomobil, 2008-ci ildəki hərracda 10,9 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1931 Bugatti Type 41 Royale Kellner: 20inçi əsrin ilk yarısı boyunca, Fransız şirkəti Bugatti planetdəki ən sürətli, bahalı, lüks və bərabəri olmayan avtomobilləri ixtira etdi. İtalyan dizaynçı Ettore Bugattinin hazırladığı avtomobillərin gövdəsi yüngül, mühərriki böyük və egzotik tərzi vardı. Bir çox avtomobil istehsalçısı kimi 2-ci Dünya Savaşında yox olan şirkətin çıxardığı 1931 Type 41 Royale Kellner adlı avtomobilin 12,7 litr düz-8 mühərriki vardı. Dünyada yalnız 6 dənə olan avtomobilin ox məsafəsi 4,6 metrdən daha çoxdur. 1987-ci ildəki hərracda təxminən 10 milyon dollara alıcı tapdı. Bu gün Volkswagen qrupu Bugattiləri yenidən yollara sürdü. Yeni avtomobilin sürəti saatda 400 kilometrə çıxa bilir.
Ən bahalı klassik avtomobillər1962 Ferrari 330 TRI/LM: Ferrarinin çıxardığı 4 litrlik son Testə Rossa olan 330 eyni zamanda 1962-ci ildəki Le Manş çempionu olmuşdu. Phil Hill və Olivier Gendebien tərəfindən sürülən 330, Le Mans da zəfər qazanan son öndən motorlu yarış avtomobili, təxminən 400 at gücündə 4 litr V-12 mühərrikə sahib. Sotheby's hərracında 9,3 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1937 Mercedes-Benz 540K Special Roadster: Dünyada yalnız 26 dənə çıxarılan avtomobil 5,2 metr uzunluğunda, 2 kreslolu üstü açıq idman avtomobildir. Yalnız Avropanın siyasət və maliyyə sektorundakı üst səviyyə kəslər üçün çıxarılan avtomobil, 180 at gücündə 5,4 litr düz 8 silindr mühərrikə sahib. 1937 mersedes-Benz 540K Special Roadster, hərracda 8,2 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1937 Bugatti Type 57SC Atalante: Bugattinin avtomobilləri yarışlarda bir çox müvəffəqiyyət qazanmışdı. Pərçimli gövdə panelləri və palçıqlığı ilə sıra xarici bir avtomobil olan 1937 Bugatti Type 57SC Atalantedən yalnız 11 dənə çıxarıldı. 170 at gücündə 3,3 litrlik düz 8 silindr mühərrikə sahib olan avtomobilin bir nümunəsi 2008-ci ildə 8 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1929 Mercedes-Benz 38/250 SSK: Bu xüsusi avtomobilin maraqlı bir hekayəsi var. Mersedes Benz üçün Ferdinand Porsche tərəfindən hazırlanan son avtomobil bir çox uzun vasitədən olduqca qısa və kiçik. Ancaq 7,1 litr kompresörlü güclü bir mühərrikə sahibdir. 2004-cü ildə edilən hərracda avtomobil 7,4 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1904 Rolls-Royce 10 HP: Gerçək bir klassik olan avtomobil, yalnız 10 at gücündə 1,8 litr cütülündür mühərrikə sahibdir. Yalnız 17 dənə çıxarılan avtomobilin böyük, düyü təpə lampaları, taxta nərdivan pilləsi və musiqi aləti kimi buynuzu var. Avtomobil, 2004-cü ildəki hərracda 7,3 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1965 Shelby Daytona Cobra Coupe: 1965-dəki FIA GT yarışlarında çempion olan avtomobil Amerikanın simvolu bir yarış avtomobilidir. Avropadakı dünya yarış çempionatında isə Ferrarini ilk dəfə keçən Amerikan avtomobili olma xüsusiyyəti daşıyır. Carroll Shelby tərəfindən FIA GTdə yarışmaq üçün çıxarılan 6 avtomobildən biri olan model, 2009-cu ildəki bir hərracda 7,25 milyon dollara satıldı.
Ən bahalı klassik avtomobillər1962 Ferrari 250 LM: Pininfarina tərəfindən hazırlanan avtomobil GT yarış avtomobili olaraq edilmişdi. Ancaq, FIAin başqa planları vardı. Yalnız 32 ədəd çıxarılan avtomobilin kolleksiyaçılar tərəfindən yüksək dəyərə sahib olduğu düşünülür. 2008-ci ildə təşkil edilən hərracda 6,9 milyon dollara alıcı tapdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12688   Tarix: 13 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497