Bakının mərkəzində 1 sot torpağın qiyməti 189 min manatadır-VİDEO
Rəna Əzizova uzun illər paytaxtın mərkəzi küçələrindən birində hündürmərtəbəli binada yaşasa da, yeni evini torpaq sahəsi alaraq, özü tikmək istəyir. Onu buna vadar edən səbəb isə şəhərdəki sıxlıq və tıxaclardır.
Alıcı, Rəna Əzizova: "Etibarım yoxdu hündür mərtəbəli binalar. Birincisi keyfiyyətcə, ikincisi sənədləşdirmədə problemlər, üçüncüsü podmayaklı evlər, əlavə də 30-40 min pul qoymaq lazımdır ki, başa gəlsin. Bu mənə sərf eləmir. Amma həyət alsam özüm cibimə uyğun da edə biləcəm həm də zövqümə uyğun olacaq".
İnsanlar torpaq almağı, həm də gələcək üçün ən yaxşı yatırım hesab edirlər.
Makler, İsmayıl Məmmədov: "Gündə gələn 70-80 müştərinin 50 %-i torpaq istəyir. 3-5 sot daha çox üstünlük təşkil edir. Onlar daha ucuz almaq istəyirlər sənədlərin qaydada olması elə də maraqlandırmır istəyilər ucuz alıb tiksinlər sonra özləri sənədləşdirsinlər".
Tələbatın artması qiymətlərdə də əksini tapıb.
Bakının Daşınmaz Əmlak Bazarında bir il ərzində ortalama qiymətlər 20 %- dək artıb. Mərkəz hissədə 1 kvadrat metri 50 min manata 1 sotu 500 min manatdan yuxarı qiymətə alıcılara təklif olunur.
Bazarda təklif olunan torpağın 1 sotunun orta qiyməti müxtəlif zonalar üzrə dəyişib. Məsələn Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər hər sot üçün 189 min manat, 2 ci zonada 110 min manat, 3 cü zonada 22 min manat, şəhərin ətrafı sayılan 4 cü zonada isə 5 min manatdan artıq olub. Ən çox qiymət artımı Binəqədi rayonunda müşahidə olunur. Torpaq bazarında ən ən çox müraciət olunan rayonlar sırasına Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Səbail rayonudur. Bazara təklif olunan ən bahalı torpaq sahəsi Nəsimi rayonu 28 May metrosunun yaxınlığında 500 min manata, ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunu yeni Ramana qəsəbəsində sotu 1500 manata qeydə alınıb.
Bazardakı canlanmanın səbəblərinə gəldikdə isə mütəxəssislər bunu son 1 ildə paytaxtda söküntülərin sürətlənməsi, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələb arması ilə izah edirlər. Onlar bu il də daşınmaz əmlak bazarında xərclənən pulların əksər hissəsinin torpaq bazarına yönəldiləcəyini deyirlər.
Ekspert, Ramil Osmanlı: "Ümumi vəsaitlərin 80 %-ə qədəri Daşınmaz Əmlak Bazarına yönəldilir. Onun da 50 %-ə qədəri torpaq bazarına gələcək. Bu da ilin sonuna qiymətlərin daha da artacağını göstərir".
Mütəxəssislər həmçinin bildirirlər ki, torpaq bazarındakı artım regionlara da təsir göstərməyə başlayıb. Burada alıcılar daha çox turizm potensialı olan bölgələrə üstünlük verirlər. Yay mövsümünə doğru bu bahalaşmanın sürətlənəcəyi proqnozlaşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 996 Tarix: 15 yanvar 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 207 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 57 Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş
Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib
11:58 274 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
12:52 246 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
15:03 347 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
16:10 176 Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi
Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira
11:05 231 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 182 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 314