Metropolitendən sərnişinlərə xəbər var

Metropolitendən sərnişinlərə xəbər varMetropolitenin mətbuat xidməti ləngimələrlə bağlı məlumatlara münasibət bildirdi

Metro qatarlarında uzunmüddətli ləngimələrin olduğu barədə məlumatlara Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva münasibət bildirib.

Elektron KİV-də yayılan məlumata görə, yanvarın 13-də axşam saatlarında "Koroğlu" metro stansiyasında qatarda nasazlıq baş verib. Nəticədə qatar xeyli vaxt tuneldə dayanıb. "Həzi Aslanov" və "İçərişəhər" xətti üzrə hərəkət edən qatarlarda isə təxminən bir saata yaxın gecikmə olub.

Nəzakət Tanrıverdiyeva bu xəbərlərdə faktların şişirdildiyini və ya onların həqiqətəuyğun olmadığını deyir: "Elə jurnalistlər var, vicdanlıdır, hər şeyi olduğu kimi yazır, bəziləri isə şərləməklə məşğuldur. Olmayan şeyləri yazırlar. Yanvarın 12-də axşam qatarlar arasında ləngimə olmayıb və heç bir qatar tuneldə qalmayıb. Belə hadisə bircə dəfə baş vermişdi, biz də bununla bağlı rəsmi məlumat yaymışdıq. Hətta saytımız vasitəsilə sərnişinlərdən üzr də istəmişdik.

Ancaq yanvarın 13-də metropolitendə heç bir nasazlıq olmayıb. Heç qatarın 1 saat tuneldə qalması da həqiqətəuyğun deyil. Yenə 10-15 dəqiqə yazsaydılar inandırıcı olardı".

Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, əksinə, son günlər metroda interval sahmana salınıb: "Yeni sistemə keçmişik. Artıq qatarların sayı artıb, problemlər də olmur. Xırda-xuruş problemlərə gəldikdə, bu, təkcə metroya aid deyil. Marşrut avtobuslarında da belə hallar olur. Buna faciə kimi yanaşmaq düzgün deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2525   Tarix: 14 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 223
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

15:15 188
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 390
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 238
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 677
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 513
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 318
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

20:30 0
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

20:35 0