Çox dil bilənlər daha sağlam olurlar?

Çox dil bilənlər daha sağlam olurlar?Yeni bir dil öyrənildikdən sonra növbətisi daha asan mənimsənilir

Elə bir insan tapılmaz ki, bir neçə dil bilməyi arzulamasın. Ancaq hamı bu cür bacarıqlara yiyələnə bilmir. Qeyd edək ki, iki dil bilən insanlara bilinqv, iki dildən çox dil bilənlərə polilinqv, 6 dildən çox dil bilənlərə isə poliqlot deyirlər.

Bilinq bildiyi hər iki dili də öz ana dili hesab edir. Bu cür insanlar yalnız bir dili bilərək yaşamağı təsəvvür etmirlər. Bu, onlara çox çətin görünür. Adətən bilinqvlər uşaqlıqdan iki dildə danışaraq böyüyürlər. Ona görə də onlar hər iki dili də mükəmməl bilirlər. Məşhur psixoloq Kalim Qonsalesin apardığı təcrübələrə görə, uşaqlıqdan bu cür adamların beyninin nitqə cavab verən hissəsinin mərkəzində hər dilin ayrıca mənimsənilməsi və qavranılması üçün bir növ iki fərqli rejim formalaşır. Danışıq ərzində bir dildən o birinə keçən uşaq fikrini izah etmək üçün sözləri axtarıb cümləni qurmaq üçün çalışmır. Sadəcə o, düşüncə tərzini dəyişir. Bu da ona iki dildən olan sözləri qarışdırmamağa və ləhcəsiz danışmağa imkan verir.

İki dildə daim danışmaq bilinqvlərin beynini məşq etdirir. Bu səbəbdən də onlar başqalarına nisbətən xarici dilləri daha asan öyrənir, daha yaxşı işləyir, fəaliyyət növünü daha asan dəyişə bilir. Bilinqvlərdə Alsheymer xəstəliyi belə bir neçə il gec yaranır.

İtaliyalı neyropsixoloq Aqnes Kovaks yeni doğulan körpələri müşahidə edərək belə qənaətə gəlib ki, iki dildə danışan ailədən olan körpələr hətta yeddi aylığında da ətrafda baş verən dəyişikliklərə tez reaksiya verir və yeni şəraitə daha yaxşı uyğunlaşır.

Bilinqv uşaqlar iki dili öyrənməklə yanaşı, iki fərqli mədəniyəti də öyrənirlər. Bəzən bir-birindən kəskin fərqlənən adət və ənənələr bir insanın həyat tərzində cəmlənir.

İngilis dili müəlliməsi Züleyxa Hüseynovanın sözlərinə görə, iki dili öyrənərkən iki dildə də daim danışmaq önəmlidir: "Əks halda bir dil o birini sıxışdıracaq. İki dildən daha çox dil öyrənənlər isə polilinqvlər adlanırlar. Onlar çox çalışdıqda poliqlot da ola bilərlər. Poliqlot insanlar adətən 6-15 dili mükəmməl bilirlər. Poliqlot olmaq üçün uzun müddət məşğul olmaq lazımdır. Belə ki, yalnız bir dili öyrənmək üçün minimum iki il tələb olunur. Bu səbəbdən də poliqlot olmaq üçün daha çox vaxt və səbr tələb olunur. Lakin hər dəfə yeni bir dili öyrəndikdən sonra növbəti dili daha asan qavrayırsan. Məsələn, birinci xarici dili öyrənərkən üç il sərf olunursa, növbəti dili iki ilə, digərini bir ilə öyrənmək olar. Hətta tədricən bir dili öyrənmək üçün bir neçə ay da kifayət edir. Bu cür bacarığa yiyələnmək üçün ilk xarici dilləri öyrənərkən çox əziyyət çəkmək lazımdır".

Hər bir poliqlotun xarici dili öyrənməyinə dair öz sirləri olur. Müsahibimiz qeyd edib ki, poliqlotlar yoxladıqları müəyyən üsul üzrə hər dəfə yeni dili öyrənirlər. Adətən onlar özlərinin işləyib hazırladığı üsula adət etdiklərindən dil öyrənmək üçün başqa metodlardan istifadə etmirlər. Hər bir poliqlotun təklif etdiyi üsullar müxtəlifdir. Lakin bu üsulları qruplaşdırmaq olar. Məsələn, bəziləri dili öyrənmək üçün həmin dilin geniş tətbiq olunduğu ölkəyə gedir, həmin dildə danışmağa başlayır. Və ya audio və video dərsliklərdən, kitablardan istifadə edir. Bəziləri kitabdan müəyyən mətnləri, qəzetlərdən məqalələri köçürməyə başlayır. Bu üsulları yoxlamaq və hansının sizə uyğun gəldiyini yoxlamaq olar.

Dil öyrənməyin əsas sirri daim dil ilə məşğul olmaqdır. Hər gün 30 dəqiqə dili öyrənmək, həftədə iki dəfə iki-üç saat buna vaxt ayrımaqdan daha yaxşıdır. Dili öyrənmədiyiniz bir gün isə bir həftəyə bərabərdir. Bu səbəbdən də poliqlot olmaq istəyən şəxs səbirli olmalı və dil ilə hər gün məşğul olmalıdır.

Qeyd edək ki, psixoloqlar xarici dil öyrənməyin insan beyninə xeyrindən dəfələrlə yazıblar. Belə ki, iki və ya daha artıq xarici dildə danışmağı bilənlərdə bir dil bilənlərə nisbətən qocalıq yaddaşsızlığı daha gec əmələ gəlir.

Edinburq Universitetinin əməkdaşı Tomas Bak nevroloq Suvar Alladi ilə birgə xarici dil bilgilərinin ağıl azlığına təsiri olub-olmadığını öyrənmək üçün təcrübə aparıblar. Təcrübədə altı il ərzində instituta gəlmiş 650 ağıl azlığından əziyyət çəkən insanın yaş səviyyəsi də müqayisə olunub. Tədqiqata cəlb olunanların təxminən yarısı sərbəst şəkildə iki dildə danışırmış. "Bilinqval" qrupda olanların hamısında ağıl azlığının əlamətləri bir dildə danışan qrupa nisbətən 4-5 il gec təzahür etməyə başlayıb. Məlum olub ki, eyni vaxtda bir neçə dildə danışmaq bacarığı Alsheymer xəstəliyi, frontotemporal demans və damar demans xəstəliklərinin gec təzahürünə səbəb olur.

Kanada alimlərinin tədqiqatları nəticəsində isə məlum olub ki, bilinqvlər sosial və koqnitiv vərdişlərin daha erkən inkşaf etməsilə fərqlənirlər. Bilinqvizm zehni xüsusiyyətlərin və analitik qabiliyyətlərin formalaşmasına şərait yaradır. Bundan başqa, dillərə xüsusi maraq insanı metalinqvistik vərdişlərin əldə olunmasına aparır. İctimai nöqteyi-nəzərdən bilinqvlərə xarici dil daşıyıcısı ilə ünsiyyət daha asandır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3184   Tarix: 11 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641