"HP" daha 5 min əməkdaşı ixtisar edəcək

"HP" daha 5 min əməkdaşı ixtisar edəcək"Hewlett-Packard" (HP) kompüter istehsalçısı ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (U.S. Securities and Exchange Commission) şirkətdə aparılacaq yeni ixtisarlarla bağlı maliyyə hesabatı göndərib. SİA-nın məlumatına görə, "HP" 2012-2014-cü illər ərzində 27 min əməkdaşı işdən azad etmək niyyətində olsa da, sonradan bu rəqəm 29 minə çatdırılıb. Hazırda isə istehsalçı ümumilikdə 34 min işçi yerini ixtisar etməyi planlaşdırır ki, bunun da 24,6 mini artıq ixtisara düşüb. İşdən azad ediləcək işçilərin qalan hissəsi 31 dekabr 2014-cü ilədək (həmin gün HP üçün maliyyə ili başa çatacaq) şirkəti tərk edəcək.

Hazırda ABŞ istehsalçısının dünya üzrə ştat vahidi 317,5 min işçi təşkil edir. Bu isə o deməkdir ki, şirkət bir neçə il ərzində işçi heyətinin təxminən 11 faizini ixtisar edəcək ki, bu da baş direktor Meq Uitmanın planının tərkib hissəsidir. Xanım M.Uitmen "HP"-yə 2011-ci ildə - şirkətin mədaxili fərdi kompüterlərə tələbatın azalması və korporativ həllər bazarında rəqabətin güclənməsi fonunda rəhbərlik etməyə başlayıb.

Rəhbər vəzifəyə gələn M.Uitmen məqsədi xərclərin azaldılması olan şirkətin strukturunun yenidən təşkilinə başlayıb. Hazırda isə şirkət işçi qüvvəsinin çoxaldılması səbəbindən xərcləri 15 faiz artıraraq 4,1 milyard dollara çatdırıb. Ötən rübdə (2013-cü il avqust-oktyabr) "HP"-nin kompüter biznesinin gəliri illik hesablamada 2 faiz azalıb. "HP" brendli fərdi kompüterlərin tədarük həcmi 5 faiz, mobil fərdi kompüterlər seqmenti 3 faiz aşağı düşüb. Şirkət proqram təminatı sahəsində bir il əvvəlkindən 9 faiz az qazanc əldə edib, server biznesi isə bir il əvvəlkindən 10 faiz çox mədaxil gətirib. 2013-cü maliyyə ilinin yekunları üzrə şirkətin mədaxili 112,29 milyard dollar, xalis gəliri 5,11 milyard dollar təşkil edib. Bir il əvvəl xalis itkilər 12,65 milyard dollar olub. M.Uitmenin şəxsi var-dövləti 1,9 milyard dollar dəyərində qiymətləndirilir. O, var-dövlətinin çox hissəsini 1998-2007-ci illərdə "eBay" şirkətinin baş direktoru vəzifəsini tutanda qazanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

Trampdan ABŞ müdafiəsi üçün təklif: "İsraildəki sistemə ehtiyacımız var"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə "Dəmir günbəz" raketdən müdafiə sistemi yaradacağına söz verib. O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib. "Ölkəmizin üzərində "Dəmir günbəz" tikəcəyik. Bu

18.05.2024 87
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474
.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18.05.2024 98
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18.05.2024 114
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175