Ayın sirləri

Ayın sirləriBiG.AZ banker.az-a əsasən bildiri ki, Ay kosmik sahədə insana ən yaxın peykdir. Lakin buna baxmayaraq bizim peykimiz özündə bir çix sirr gizlədir.

Bu məqalədə biz sizə bu sirlərdən bir neçəsini təqdim edəcəyik.

1. Zəlzələlər

Ayın ölü bir qaya parçası olmasına baxmayaraq burada da alt qabığın hərəkəti müşahidə olunur. Bu hadisə zəlzələ olaraq adlandırılır.

Ayda dörd cür zəlzələ mövcuddur. İlk üç zəlzələ dərin zəlzələlər hesab edilir. Onlar meteoritlərin təsirindən əmələ gələn titrəmələrdirlər. Dördüncü növ zəlzələ ən təhükəli zəlzələ hesab edilir. Rixter şkalası üzrə bu zəlzələrin gücü 5,5 bal təşkil edir. NASA-nın məlumatlarına görə bu cür zəlzələlər nəticəsində bizim Ayımız "zəng kimi çalır".

Ayda baş verən zəlzələlərin ən qorxulu tərəfi bizim onları nə törətdiyini bilməməyimizdir.

Yer üzündə baş verən zəlzələlər adətən, tektonik plitələrin hərəkəti nəticəsində yaranır.

Ayda isə tektonik plitələr yoxdur. Bir sıra tədqiqatçılar Ayda baş verən zəlzələlərin səbəbinin yerin çox fəal olması ilə əlaqələndirirlər, yəni Yerin Ayın özünə "çəkməsi" ilə. Lakin bu nəzəriyyənin bir sübutu yoxdur.

2. İkili planet

Əksər insanlar Ayın bir peyk olduğuna əmindirlər. Lakin buna baxmayaraq bir sıra insanlar Ayın planet kimi təsnifləşdirilməli olduğunu düşünürlər. Digər tərəfdən, əsl peyk olmaq üçün çox böyükdür. Onun diametri Yerin diametrinin dörddə bir hissəsinə bərabərdir. Buna görə Ayı Günəş sisteminin böyük peyki adlandırmaq olar.

Böyük ölçülərinə görə Ay əslində Yer orbitinin ətrfında yerləşmir. Yer və Ay bir-birilərinin ətrafında və onların aralarında müəyyən bir nöqtənin ətrafında dövr edirlər. Bu nöqtə bari mərkəz adlanır. Ayın Yerin orbitində yerləşməsi illuziyasının yaranması ağırlıq qüvvəsinin hal-hazırda Yer qabığının daxilində olması ilə əlaqəlidir. Məhz bu fakt Yer ilə Ayı ikili planet kimi təsnif etməyə imkan vermir. Lakin gələcəkdə bu vəziyyət dəyişə bilər.

3. Ayın tullantıları

Hər kəsə insanın Ayda olması məlumdur. Lakin hər kəsə İnsanın (bilərəkdən bu sözü böyük hərflə yazırıq) Ayı "zibillədiyi" məlum deyil. Ayda olmuş astronavtlar orada az tullantılarını qoymayıblar. Ayın üzərində təxminən 181 437 kiloqram süni materiallar var.

Təbii ki, buna da yalnız astronavtlar günühkar deyillər. Tullantılar əksəriyyəti burada keçirilmiş çox saylı tədqiqatların, kosmik zondları və ay roverlərinin qalıntılarıdırlar. Onlardan bəziləri bugünkü günə qədər öz fəaliyyətini davam etdirirlər.

4. Ay məzarlığı

Məşhur astronom və geoloq "cin" Yucer Şumeyker öz ətrafında əfsanə olaraq qəbul edilir. O, kosmik təsirin elmi tədiqiqatlar üsullarını və həmçinin astronavtların Ayın tədqiqatları üçün istifadə etdikləri üsullarını icad ediblər. Şumeyker özü astronavt olmaq istəyirdi, lakin sağlamlığı ilə əlaqəli problemlər ücbatından bu arzusu yerinə yetə bilməmişdi. Şumeyker ömrü boyu buna görə məyus olurdu, lakin nə vaxtsa Ayı ziyarət edə biləcəyi haqqında xəyallar qururdu. Şumeyker vəfat edəndə NASA onun ən böyük arzusunu yerinə yetirir və onun nəşini 1998-ci ildə "Lunar Prospector" stansiyası ilə Aya göndərirlər.

5. Ay anomaliyalıları

Müxtəlif peyklərlə edilmiş bəzi şəkillərdə Ayın səthində qəribə əşyalar görünür. Belə təəssürat yaranır ki, sanki Ayda müxtəlif ölçülü süni tikintilər var.
Paranormal hadisələri sevən şəxslər obyektlər arasında "Ayın" ortasında yerləşən böyük qəsr belə görmüşdülər. Bunların hamısı sanki Ayda daha öncələr yaşayan sivilizasiyalara və onların burada tikintilər tikmələrinə işarə edirlər. NASA heç vaxt bu nəzəriyyələri təkzib etmirdi, lakin buna baxmayaraq şəkillərin doğru olduğu da təsdiqlənməyib.

6. Ay tozu

Ayda ən möcüzəvi və həmçinin təhlükəli bir şey ay tozudur. Hər kəsə məlum olduğu kimi, bu toz hər yerə yayılır, həmçinin Yerə də. Ay tozu un kimi çox kiçikdir, lakin bir az kobuddur. Öz quruluşu və aşağı cazibə qüvvəsi sayəsində o, demək olar ki, hər yerə daxil olur.

NASA-da ay tozu ilə bağlı çox saylı porblemlər əmələ gəlmişdi. O, astronavtların çəkmələrinə daxil olaraq onları tamamilə məhv edirdi, gəmilərin və yaxud skafandrların içinə daxil olurdu və əgər ay tozu astronavtların nəfəs yollarına daxil olsa idi, onlarda "ay qızdırması" xəstəliyi yaradırdılar. Belə hesab edilir ki, hətta ən bərk əşyalar ilə belə təmas olduğu halda ay tozu həmin əşyanı dağıda bilər.

Yeri gəlmişkən, ay tozunun yandırılmış barıt kimi qoxusu var.

7. Aşağı cazibə qüvvəsi ilə bağlı problemlər

Ayda cəzabi qüvvəsi aşağı olduğu üçün onun üzərində gəzmək, demək olar ki, mümkün deyil. Bazz Oldrin Ayda yaşayış məntəqələrin tikilməsinin çox çətin olacağını demişdi. Skafandrda astronavtların ayaqları ay tozunda 15 santimetr batırdı.

8. Ayın mənşəəsi

Ay necə əmələ gəlib? Bu suala sadə və dəqiq cavab yoxdur, lakin buna baxmayaraq, elm bir neçə mülahizə etməyə imkan verir.

Ayın mənşəyi haqqında beş əsas mülahizə var. Bölünmə nəzəriyyəsinə əsasən Ay nə zamansa bizim planetmizin bir hissəsi olub və ondan ayrılmışdı. Əslində Sakit okeanın yerində Ay olmalı idi. Digər nəzəriyyələrə əsasən isə bizim peyk ya asteroidlərin qalıqlarından, ya da Yer ilə başqa planetin toqquşması nəticəsində əmələ gəlib.

9. Ay və yuxu

Ayın və Yerin bir-birilərinə təsirlərini inkar etmək olmaz. Buna baxmayaraq, Ayın insanlara təsiri daimi diskussiyaların mənbəyidir. Bir çox insanlar bütov ayın yaranmasını insanların qəribə davranışlarının nəticəsi olaraq başa düşürlər. Lakin elm bu nəzəriyyəni nə təsdiq edə bilər, nə də inkar.
Amma elm ayın insan yuxusunun tsiklinə təsirə edə biləcəyini qəbul edir.

İsveçrədə Bazel universitetində keçirilən tədqiqatlara əsasən, Ayın fazaları müəyyən tərzdə insan yuxusunun tsiklinə təsir göstərir.

10. Ay kölgələri

Nill Armstronq və Bazz Oldrin iki dəfə Ayı ziyarət etdiklərində onların möcüzəvi bir yenilik etmişdilər: Ayda kölgələr daha tünddür, nəinki Yer üzündə. Bunun səbəbi Ayda atmosferin olmamasıdır. Ayda bütün kölgələr tamamilə qaradırlar.

11. Ay maqnetizmi

Ayın ən maraqlı sirlərindən biri də Ayın maqnit sahəsi olmamasıdır. Təəccüblü odur ki, astronavtların Aydan Yerə gətirdikləri daşların maqnit xüsusiyyətləri var idi. Bəlkə daşlar digər planetlərdən gəliblər? Bəs Ayda maqnit yoxdursa, necə olur ki, daşların maqnit xüsusiyyətləri var?

Son illərdə Ayın nə vaxtsa maqnit sahəsi olduğu, lakin nə vaxt və nəyə görə onun itməsi heç kəsə məlum deyil.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3797   Tarix: 11 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Troya müharibəsi həqiqətən olubmu?

Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay

08.12.2025 498
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 377
.

Soyuducuya şüşə banka qoymayın - XƏBƏRDARLIQ

Soyuducuda şüşə banka saxlamaq göründüyü qədər təhlükəsiz deyil. Mütəxəssislər bildirirlər ki, şüşə materialı temperatur dəyişikliklərinə qarşı həssas olduğundan, ani soyuma və ya içindəkilərin donması nəticəsində çatlama və ya qırılma ehtimalı artır. Bu isə həm qida itkisinə, həm də təhlükəli qırı

13.12.2025 265
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

07.12.2025 672
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 237
.

ChatGPT psixiatriya riskini artıra bilər - Həkimlərdən xəbərdarlıq

Kaliforniyada çalışan psixiatrlar süni intellektlə intensiv ünsiyyətin ağır psixi pozuntulara yol aça biləcəyi barədə ciddi xəbərdarlıq ediblər. xəbər verir ki, mütəxəssislər 26 yaşlı bir qadınla bağlı narahatedici klinik hadisəni təsvir ediblər. Depressiya və DEHB (Diqqət Əskikliyi və Hiperaktivli

14.12.2025 372
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 456
.

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür. Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbində

07.12.2025 1964
.

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla

12.12.2025 305
.

TOP MP3