Təhlükəli geyimlər

Təhlükəli geyimlər"Gözəllik ondur, doqquzu dondur". Bu məhşur atalar sözü müasir dövrdə, yəni moda aləminin sürətli inkişaf etdiyi indiki zamanda daha çox aktuallıq qazanır. Lakin indiki dönəmdə geyim seçmək elə də asan məsələ deyil. Çünki məsələnin gözəlliklə yanaşı, həm də gigiyenik tərəfi var. Kimya sənayesinin sürətlə inkişaf etdiyi vaxtda bu məsələ daha çox aktuallıq qazanır.

Ekspertlər bu fonda bildirir ki, daha çox idxal edilən, xüsusən də Çindən gətirilən geyimlərdən ehtiyatıl olmaq lazımdır. Məsələ burasındadır ki, Çində keyfiyyətinin yüksək olması ilə seçilən geyim məhsulları ilə yanaşı, həm də belə demək mümkünsə, zay məhsullar da istehsal edilir. Özü də belə məhsulların tərkibində bəzən kimyəvi maddələr yol verilən normalardan artıq istifadə edilir. Araşdırmalar göstərir ki, geyimlərin tərkibində olan kimyəvi maddələr arasında formoldehid çoxluq təşkil edir. Mütəxəssislər isə xəbərdarlıq edirlər: belə geyimlər insan sağlamlığı üçün təhlükəlidir, xərçəng xəstəliyi yaratma riski var. Həmin məhsullar Azərbaycana da ixrac olunduğundan, təhlükə ölkəmiz üçün də aktualdır. Bakıda belə ucuz Çin mallarının satışına daha çox bazarlar, metrostansiyaların keçidləri və ətrafında rast gəlmək olar.

Araşdırmalar da göstərir ki, geyim ticarəti ilə məşğul olanların heç də hamısı gigiyenik tələblərə əməl etmirlər. Hətta yerə düşən paltarları təmizləmədən, heç nə olmayıbmış kimi yenidən rəfə qoyanlara da rast gəlmək olar. Həkimlər bu cür geyimlərin alıcılarını ehtiyatlı olmağa çağırırlar. Ekspertlər problemlə mübarizə yolunu maarifləndirmədə görürlər. Qeyd olunur ki, istənilən malın uyğunluq sertifikatı yoxdursa, onu almaq məsləhət görülmür. Geyim mallarının hazırlanmasında hansı mallardan istifadə edilməsinə də mütləq diqqət yterilməlidir. Formoldehiddən istifadə edilən geyimlərdən isə uzaq durmaq daha yaxşıdır. Bu, ağır sənayedə istifadə edilən, insan səhhəti üçün zərərli olan, rəngsiz, kəskin və pis iyli kimyəvi maddədir. Atmosferdə və qapalı şəraitdə az miqdarda rast gəlinir. Formaldehid geyim istehsalında müxtəlif məqsədlər üçün istifadə olunur. Bura daha çox geyimlərin qırışmasının qarşısını almaq üçün istifadə daxildir. Bununla yanaşı, uzun havasız və rütubətli yerdə saxlama zamanı meydana çıxan kiflənməyə qarşı da bu maddədən istifadə edilir. İstilik və ya nəm nə qədər çox olarsa, bu maddənin təsiri də bir o qədər çox hiss olunur. Formaldehid vücuda daha çox tənəffüs yolları vasitəsilə daxil olur. Bununla yanaşı dəri yolu ilə də orqanizmə daxil olma imkanı var ki, bu da həmin maddənin istifadə olunduğu paltarları geyinən zaman baş verir. Maddənin hər bir insana təsiri fərqlidir. Göz, burun, boğazda yanma hissi ilə özünü büruzə verir. Bəzən yorğunluq, yuxulamaq, baş ağrısı, baş gicəllənməsi, huşunu itirmə kimi hallara da təsadüf edilir. Bu maddə hətta, astma xəstəliyinin də yaranmasına səbəb ola bilər. Bəzən elə hallar olur ki, allergiya və ya astmadan şikayətlənən xəstənin vəziyyətinin əsl səbəbi şəxsin məhz bu maddənin çox olduğu yerdə qalması ilə bağlı olur. Bu maddədən istifadə olunan iş yeri və ya gündəlik olaraq belə paltarlardan istifadə təhlükə yaradır. Qeyd olunur ki, belə paltarlar geyinilməzdən əvvəl yaxşıca yuyulmalıdır.
Onu da qeyd edək ki, kiçikyaşlı uşaq paltarlarının keyfiyyəti onların sağlamlığının qorunması baxımından ciddi önəm kəsb edir. Çünki uşaqların dərisi böyüklərə nisbətən daha həssasdır. Bunun üçün uşaqlara paltar alarkən gigiyenik qaydalara xüsusilə əməl etmək lazımdır. Çünki söhbət burada artıq səhhət üçün yarana biləcək ciddi təhlükələrdən gedir. Düzdür, müvafiq orqanlar bu cür geyimlərə qarşı lazımi tədbirlər görürlər. Lakin qeyd olunduğu kimi, ucuz başagələn belə geyimlər vasitəsilə qazanc əldə etmək istəyənlərə hələ də rast gəlinir. Bu səbəbdən paltar alan hər bir kəs, o cümlədən də valideynlər xüsusilə diqqətli olmalıdırlar. Enyi zamanda, təhlükəli sayıla biləcək geyimlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir.Movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2082   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168