"Klana- A- Plan": "Rüfətin yoxluğu ilə hələ barışa bilmirik"

"Dünyasını dəyişməmişdən bir neçə saat öncə adəti üzrə dostlar yığışmışdıq. Domino oynadıq.

Bir də gecə xəbər aldım ki, Rüfət rəhmətə gedib. Həkim-ekspertlərin verdiyi məlumata görə, ürəyindəki damarların biri normal fəaliyyət göstərmirmiş. Rüfət elə oğlan idi ki, heç vaxt səhhətindən şikayətlənməzdi. Onun haqqında, keçmiş zamanda danışmaq mənə çox çətindir. Binəqədidə, nənəsinin uyduğu ailə qəbiristanlığında dəfn mərasimi keçirilsə də Rüfətin yoxluğu ilə barışa bilmirik".

Rüfət Əfəndiyevlə eyni qrupla fəaliyyət göstərən dostları ATV Press-ə mərhumla bağlı xatirələrindən danışıblar.

Dostlarının sözlərinə görə, Rüfətin yazdığı treklər "Klana-A-Plan"ın repertuarında daha çox yer alacaq: "O, çox istedadlı idi. Həm rep-trekləri, həm müasir pop-musiqiləri bəstələyirdi, həm də çox fərqli aranjemançı idi. Onun yaradıcılığını pərəstişkarlarımız müxtəlif treklərimiz vasitəsi ilə eşidiblər. Amma üzə çıxmayan o qədər musiqiləri var ki, bacardığımız qədər onların hamısını oxumağa çalışacağıq. Qrupumuzda onun yerini heç kim doldurmayacaq. Onsuz da qrup üzvləri arasında söz vermişdik ki, Rüfət kimi əziz dostumuzun vaxtsız vəfatından sonra, birmənalı olaraq, sıralarımıza heç bir reperi qəbul etməyəcəyik".

Üzücü xəbəri eşidib şok keçirən qrup üzvü – "Qurd" ləqəbli Azər isə dəfn mərasimində iştirak etmədiyi üçün ikiqat üzüldüyünü bildirib: "Hazırda Polşadayam və Bakıya qayıtmaq üçün ancaq iki gün sonraya təyyarə bileti əldə edə bilmişəm. Hələ də inanmağım gəlmir ki, qardaşım kimi mənə yaxın olan Rüfət artıq həyat yoxdur. Qəhər məni boğur, danışa bilmirəm. Allah rəhmət eləsin, qəbri nurla dolsun".

Qeyd edək ki, oktyabrın 16-da axşam saatlarında səsyazma studiyasına gedən reper birdən-birə özünü pis hiss edib. Bu səbəbdən Bakıda yerləşən xəstəxanalardan birinə şəxsən müraciət edib. Ona xəstəxanada qalaraq müalicə olunmaq təklif edilsə də Rüfət razılaşmayıb. Dostu ilə birgə Milli Parkda gəzməyə üstünlük verən gənc reper daha sonra evə qayıdarkən yolda keçinib.

Allah rəhmət eləsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4887   Tarix: 18 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə serial sektorunda böhran yaşanır

Türkiyədə serial sektorunda böhran yaşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, hazırda yaylıq seriallar çəkilmir. Buna səbəb bu sektorda xərclərin artması olub. Üç il əvvəl 1 və ya 1,5 milyona başa gələn serialların hər seriyasının dəyəri indi 10 milyon lirəni keçib. Ölkənin hər seqmentind

06.05.2024 485
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 4959
.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

06.05.2024 267
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 314
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 593
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

05.05.2024 599
.

Uşaqlıq fotosunu paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Safurə Fərhad Əliyevlə ailəlidir. F.Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərha

05.05.2024 445
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 760
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 402