Nazpəri İlhamədən danışdı: - "O, barmağını silkələyərək..."

Nazpəri İlhamədən danışdı: - "O, barmağını silkələyərək..."Xalq artisti Nazpəri Dostəliyeva ANS telekanalının "Bazar səhəri" verilişinin qonağı olub.

BiG.AZ axsam.az-a istinadən xəbər verir ki, aparıcı Rövşanə Bektaşi müğənniyə küsülü olduğu həmkarı İlhamə Quliyeva ilə bağlı sual verib. Onların yeni ildə barışığa imza atmalarının mümkünlüyü barədə soruşub.

Nazpəri Dostəliyeva isə məsələylə bağlı bunları bildirib:

"Böyük səhv İlhamə Quliyevanın oldu. Ətrafında olan insanlar ona nə demişdilərsə, radionu açanda qulaqlarıma inanmadım. Bir dəfə onu bağışladım. Fikirləşdim ki, yaşca böyükdü, hər bir insan səhv edə bilər. Amma daha sonra dedi ki, Nazpəri gəlib mənə yalvardı. Bu, artıq təhqir idi. Mən sənin yaşına-başına hörmət edib bağışlamışdım. Verilişlərin birində mənə "Şərqin nazlı pərisi" titulunu verdi. Zəng açıb dedim ki, siz titul verməkdənsə, hörmətlə yanaşın. Mən onun ətrafındakı müğənnilərdən deyiləm ki, bu titulla fəxr edim. Mən ulu öndər Heydər Əliyevin imzasıyla verilən əməkdar artist və ölkə başçısı İlham Əliyevin imzasıyla verilən xalq artisti adlarıyla fəxr edirəm. Mənə titul verib kənarda başqa şey danışmaqdansa, səmimi ol. Gözəl sənətkar olmaq olar, gözəl insan olmaq lazımdır".

N.Dostəliyeva həmçinin xalq artisti ilə aralarında davam edən məhkəmə prosesinə də toxunub:

"O, canlı yayımda bütün Azərbaycana barmağını silkələyərək bəzi sözlər dedi. Həmin ifadələri dilimə gətirə bilmirəm. Mən də onu məhkəməyə vermişəm".

Xatırladaq ki, Nazpəri Dostəliyeva İlhamə Quliyevanın ATV kanalında yayımlanan "Ümid var" verilişində onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələr işlətdiyini bildirmişdi. N.Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İ.Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2664   Tarix: 08 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387