Yusif Mustafayev: "2-3 dəfə üstümə həkim gəldi"

Yusif Mustafayev: "2-3 dəfə üstümə həkim gəldi"ATV kanalında Nanə Ağamalıyevanın təqdimatında yayımlanan "Gün keçir" verilişinin bu günki qonaqları Yusif Mustafayev və İbrahim Borçalı olub.
BiG.AZ xəbər verir ki, yeni mahnısını dinləyicilərin ixtiyarına verən Yusif Mustafayev bir çox musiqilərin müğənni dostları tərəfindən ona hədiyyə olunduğunu deyib. Yaxın günlərdə dinləyicilərinə yeni mahnı təqdim edəcəyini söyləyən Y. Mustafayev Elza Seyidcahan, Baloğlan Əşrəfov, Əlikram Hümbətov kimi sənətkarların musiqilərini səsləndirəcəyini vurğulayıb: "Bizim aramızda pul söhbəti olmayıb. Biz dosta hədiyyə edirik. Bu insanın böyük ürəyin göstərir. Oxuduğum mahnı Əlikramın idi. Bu Əlikramın çörək ağacıdır. Amma o ki, son loxmanı çıxarıb mənə verdi, dedi bunu ancaq sənin ifanda görürəm. Bu hər şeyə dəyər. Dostlarım sağ olsun, mənə mahnıları hədiyyə edirlər".
Toy müğənnisi olmaq məsələsinə aydınlıq gətirən müğənni: "Deyirlər toy müğənnisi belə oldu, toy müğənnisi elə oldu. Bizə bir az qeyri-ciddi baxırlar, bəzi sənət adamları. Sadəcə onlara demək istəyirəm ki, toy müğənnisini xalq çox istəyir. O insanlar ki, bizə toy müğənnisi damğasını vururlar, onlar bəlkə də bizim qədər tamaşaçılar tərəfindən sevilmir" – söyləyib.
Toy adət-ənəsindən danışan müğənni, efirdə bəy tərifi də edib və Nanəyə onun toyunda da tərifi özü edəcəyinə söz verib. Toylarda hələ də "şabaş" kimi adət-ənənənin qaldığını deyən müğənni canlı olaraq musiqiçilərdən biri üçün etdiyi tərif zamanı verilən "şabaş"ı zarafatyana geri qaytarmayacağını deməklə efirdə canlanma yaradıb.
Xaricdə keçirilən konsertlərə, toylara getməməsinə münasibət bildirən ifaçı, bunu təyyarədən qorxması iləəlaqələndirib: " Partlayışdan sonra gözüm qorxub. Dedim ki, Allah burda ruzini verir, nə işin var orda? Bir dəfə 2003-cü ildə gəldim. Qorxdum çox. 2-3 dəfə üstümə həkim gəldi. Heçnə yox idi. Sadəcə qorxmuşdum. Mənim işimdə fərq yoxdu. Oturmuşam burda. Azərbaycanda 5-3 manat qazanıram, o da bəsimdir".
Efirin ikinci musiqili qonağı olan İbrahim Borçalı yaradıcılığından danışıb. İfa etdiyi yeni " Birnəmsən, birdənəm" mahnısından danışan müğənni, Rusiyada yaşamasına da münasibət bildirib: " Ona yaşamaq demək olmaz. Qastrollar, tədbirlər, adətlərimiz olan toylar. Mənim dayanacağım Moskvadır. Yaxın şəhərlərdə də oluruq. Biznes qurmuşuq orda".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3171   Tarix: 06 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817