2014-cü ildə kimlər ailə quracaq? - SORĞU

2014-cü ildə kimlər ailə quracaq? - SORĞUSubay məşhurlarımızı sorğu-suala çəkərək yeni 2014-cü ildə kimlərin subaylığın daşını atmaq fikrində olduğunu öyrənməyə çalışdı. Bəziləri "hələ sənətdə görüləcək işlərim çoxdu", - dedi, bəziləri isə toy xəbərini verdi.

BiG.AZ saytı xəbər verir ki, 2014-cü ilin ilk toy xəbəri müğənni Coşqun Viləşdən gəlib. 32 yaşlı sənətçi nəhayət ki, subaylığın daşını atmaq qərarı verib. O, Yeni il başlar-başlamaz özünə toy edəcək. O, Nigar adlı xanımla ailə quran Coşqun Viləşin toy mərasimi yanvarın 11-də "Gilavar" restoranında baş tutacaq.

Bir neçə ildir ki, nişanlı olan meyxanaçı Namiq Qaraçuxurlu şəxsi həyatı ilə bağlı danışmağı sevməsə də, zaman-zaman media nümayəndələrinə bu mövzuda müəyyən açıqlamalar verir. Ailəm.az-ın sorğusunda iştirak edən Namiq Qaraçuxurlu toyun tarixini söyləməkdən çəkinsə də, mərasimin bu il baş tutacağını gizlətmədi: "Əslində 2013-cü ildə toy baş tutmalı idi. Sadəcə müəyyən səbəblərə görə alınmadı. Amma bu il toy olacaq. Vaxtını da təxmini olaraq müəyyənləşdirmişəm, sadəcə açıqlamaq istəmirəm". Əməkdaşımızın etibarlı mənbədən aldığı məlumata görə, toy aprel ayına planlaşdırılır.

Müğənni Sevda Yəhyayeva isə "subaylıq sultanlıqdır", - deyənlər sırasındadı. Müsahibələrində "sevib, sevilirəm", - söyləyən xanım sənətçinin o şəxslə nikah masasına nə zaman oturacağı isə hələ məlum deyil. Sevdanın sözlərinə görə, o, bu il yox, bir neçə ildən sonra ailə qurmaq fikrindədir.

Əməkdar artist Abbas Bağırovun bir müddət öncə instagram səhifəsində sevgi ismarıcları paylaşması heç kimə sirr deyil. Bu barədə ətraflı danışmaqdan çəkinən müğənninin sevgi dolu bir həyat yaşadığı da ehtimal olunur. Abbas Bağırov "toy nə vaxtdır" sualına "olanda biləcəksiniz", - deməklə kifayətlənib.

Hazırda nişanlı olan Elvin Abdullayev 2014-cü ildə subaylığa əlvida deyəcək. Məlum olduğu kimi, müğənninin sevib-seçdiyi xanım ATV-nin "Şarm" verilişinin rejissoru Afət Mehdiyevadı. 2013-cü ildə nişanlanan cütlük 2014-cü ilin mart ayında nikah masasına əyləşəcək.

Günay İbrahimli 2014-cü ildə diqqətini daha çox sənətinə yönəldəcək: "Hazırda başım sənətimə qarışıb. Ailə qurmaq barədə düşünmürəm. İnşallah, vaxtı gələndə bu da olacaq. Hər bir qadın kimi mən də istərdim ki, ailəm, övladım olsun. Çünki həyatda əsas xoşbəxtlik budur. Amma ailə quracağım şəxs gərək sənətimi də qəbul etsin".

Natəvan Həbibi isə özünə yaraşacaq, sevəcəyi şəxsi hələ ki, tapmayıb. Onun sözlərinə görə, əgər 2014-cü ildə arzuladığı şəxs qarşısına çıxsa, onda toy olacaq. "Hamı soruşur ki, niyə ailə qurmursan? Mən istəyirəm elə bir toy edim, elə bir insanla ailə qurum ki, hamı görüb "əhsən" desin. Kim bilir, bəlkə də dəhşətə gələcəklər. Görəndə deyəcəklər ki, Natəvan bunu axtarırmış, gözləməyə dəyərmiş".

Humay Qədimova da hələ axtardığı şəxsi tapmayanlar sırasındadı: "Ailə quracaq yaşdayam. Amma sənətçi üçün seçim etmək elə də asan deyil. Ailə olandan sonra məhdudiyyətlərin olacağı istisna deyil. Mənim qədər sənətimi də sevməyi bacarmalıdır. Ona görə də hələ axtarışdayam".

Hazırda çalışdığı "Nabat" xınayaxdı mərasimləri şirkətinin müdiri ilə nişanlı olan aktirsa Ülviyyə Əliyevanın bu il münasibətlərini rəsmiləşdirəcəyi gözlənilir. Onun sözlərinə görə, toy yay ayları üçün planlaşdırılır.

Müğənni Ramal İsrafilovun da 2014-cü ildə toy edəcəyi gözlənilir. Sevib-seçdiyi şəxs barədə danışmaq istəməyən ifaçının toyu bu ilin ilk yarısında baş tutacaq.

Toy hazırlıqları görən müğənnilər sırasında Rəqsanə də var. Belə ki, hazırda nişanlı olan qızı Aysunun bu il ailə quracağı gözlənilir.

3 ildən çoxdur türk vətəndaşı ilə nişanlı olan Azəri qızı Günelin bu il ailə quracağı gözlənilir. Belə ki, müğənni özünə 2 toy edəcək. İlk toy İstanbulda, növbəti toy isə Bakıda baş tutacaq. Amma hələlik toyun dəqiq tarixi müəyyənləşdirilməyib. Qeyd edək ki, Günelin nişanlısı Türkiyə vətəndaşı 26 yaşlı İnanc Başəyməz adlı iş adamıdır. İnanc Başəyməz Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyun ayından nişanlıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5086   Tarix: 05 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 958
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2760
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını yayımlayıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Fotolara xoş sözlər yazıblar. Sözügedən fotoları təqdim edirik:

27.04.2024 6156
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 1139
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1109
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 674
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1523
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 935
.

Xəyalənin yaşı hər kəsi təəccübləndirdi, GÖRÜN NEÇƏ YAŞI var– FOTO

"Yaş qadının ən böyük sirridir deyiblər". xəbər verir ki, aktrisa Xəyalə Quliyeva "İnstagram" hesabındakı paylaşımında qeyd edib. Doğum gününü qeyd edən sənətçi yaşını da açıqlayıb:. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin 44

27.04.2024 1376