Nura Suri: "Heç bir işimi çatdıra bilmirdim"

Nura Suri: "Heç bir işimi çatdıra bilmirdim"Hər ildə olduğu kimi, 2013-cü il xatirələrdə həm xoş, həm də bəd hadisələrlə yadda qaldı. Bəs görəsən bu il şou əhlinin yaddaşında necə qalıb?
BiG.AZ gecce-yə istinadən xəbər verir ki, Xəzər kanalında yayımlanan "Telemaqazin"verilişi sənət nümayəndələri arasında bu barədə sorğu keçirib.

Elçin Hüseynov: "Ümumiyyətlə həyatımda xoş günlər də olub, pis günlər də olub. Yeni biznesim yaratdım. Amma 2013-cü ildə xoş günlər çox olub mənim üçün".
Xatirə İslam: "2013-cü il mənim çox gözəl oldu. Bu il ana oldum. Başqa heçnə olmayıb. Uzun müddət evdə oldum deyə uğurlu mahnılarım az oldu".
Rüfət Axundov: "Allah olmayanlara qismət etsin. Cəmi müsəlmanların borcudur. Bu il mən Həcc ziyarətində oldum".
Lamiyə Novruzova: "2013-cü ildə yadda qalan bir şey olmadı mənim üçün. 2011-ci il daha çox yaddımda qalmışdı. Mahnım çıxmışdı, klipim yayımlanmışdı. Pələng ili mənim öz ilim idi, uğur gətirmişdi. İnşallah at ili də mənə uğur gətirər".
Oksana Rəsulova: "Bu il mənim həyatımda çox böyük, həm də yaxşı hadisələr oldu. Məsələn, Hindistana getdim, təhsil və diplom aldım. İkinci növbədə ən sevdiyim aktyor Şahrux Xanla görüşdüm. Bu mənim üçün ən böyük hədiyyədi".
Eyyub Yaqubov: "2013-cü ildə o qədər gözəl hadisələr olub ki... dəqiq olaraq hansısa hadisəni yada sala bilmirəm. Hər gün gözəldi mənim üçün. Hər ay, hər günün öz gözəlliyi var".
Günay İbrahimli: " Bu il həddən artıq gözəl olub mənim üçün. Bu ildə konsertim oldu. Mənə uğur gətirən mahnılarım oldu. Hətta 2013-cü ildə danışmadığım müğənnilər var idi ki, onlarla münasibətimi pozdum".
Nura Suri: "2013-cü ilin əvvəlləri mənim üçün bir az çətin oldu. Çünki vaxt çatdıra bilmədim. Heç bir işimi çatdıra bilmirdim. Davidim məktəbə getdi. O biri oğlum iki ildir ki, artıq xaricdə yaşayır. İl başlayandan bütün bu işlərlə məşğul oldum. Sənətimdə heç bir yenilik etmədim. Ancaq sona yaxın başladım yeniliklər etməyə, iş görməyə. Yəni 2013-cü ilin sonu mənə düşərli oldu".
Teymur Əmrah: "Mən deyərdim çox gözəl. Nəinki 2013 –cü il, 2012-ci il də mənə düşərli oldu. Evlə təmin olundum. Fəxri ad verdilər. Amma bunlar 2012 və 2013-cü illərə təsadüf etdi".
Nüşabə Ələsgərli: "Yaradıcılığımla bağlı xarici ölkələrdə çıxış etdim konsert proqramları ilə. Kollektiv çıxışlar oldu. Mənim üçün çox gözəl oldu. Gələn ili də belə keçirərəm". Samir Cəfərov: " Yaddaşımda mötəşəm bir il kimi qaldı. Konsertlərimlə, operalarımla... Həm ölkədə, həm xarici qastrollarda oldum. Mənə düşərli oldu".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2055   Tarix: 04 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 990
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1274
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23.04.2024 1234
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 530
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 572
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1347
.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 1904
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 597
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3809