Ruslan Abışov: Mən futbola gələndə pulu düşünmədim

Ruslan Abışov: Mən futbola gələndə pulu düşünmədim"Tərbiyəli, əxlaqlı olmaq idmançı üçün çox vacibdir".

BiG.AZ xəbər verir ki, "Oyundan kənar" rubrikasının altıncı qonağı "Rubin Kazan" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi Ruslan Abışovdur.

- Ruslan Abışov deyəndə uşaqdan böyüyə hər kəsin gözü önünə tanıdıq sima gəlir. Amma biz səni meydanda görürük, tanıyırıq. Bizə bir az oyundan kənarda olan Abışovu tanıt.

- Abışov ailəsinin kiçiyiyəm, məndən böyük iki qardaşım var. Uşaqlığım Əhmədlidə keçib. Futbola yeddi yaşımda başlamışam. Qardaşım Sərxan hər gün deyirdi ki, sabah səni futbola aparacam. Çox istəyirdi ki, mən futbolda olum və bir gün həqiqətən də əlimdən tutub məni futbola yazdırdı. Anam həmişə musiqiçi olmağımı istəyirdi, ən əsası da skiripka ifaçısı. Amma mən heç ifa eləməyə cəhd belə göstərmədim. Pianinoda ifa edə bilirəm, o da "cücələrim"i. (gülür)

- Azərbaycanda futbolun zəif inkişaf etdiyi dövrdə futbola gəldin. Niyə, məhz futbol? Halbuki, başqa idman növləri daha çox inkişaf edirdi.

- Mən futbola pul üçün gəlməmişdim. Yeddi yaşında olan uşaq pulu fikirləşəcək qədər dərin düşünmür. Mən futbolu sevirdim. Ümumiyyətlə, bizim ailə futbolu sevirdi, ona görə də futbola yazıldım və məşqlərə getməyə başladım.

- Arıq, hündür olduğuna görə futbolda uğurlusan, yoxsa boksçu olsaydın daha məşhur, daha güclü olardın?

- Boksçu kimi özümü düşünə bilmədim. Zənnimcə, futbolçu kimi daha yaxşı görünürəm.

- Görünüşündə az da olsa Ronaldoya oxşarlığın var. Bunu imicində özün yaradırsan, yoxsa elə bənzərlik var? Çox vaxt deyirlər ki, Ruslan özünü davranışlarında və jestlərində Ronaldoya oxşadır.

- Təbii ki, yox. Nəinki Ronaldoya, heç kəsə oxşatmıram. Düzdür, Ronaldonun maraqlı jestləri olur, elə onunla da yadda qalır. Mənim özüməməxsus imicim var. Düzünü desəm mənim saçımda buruqluq var deyə, həmişə qaldırıram, belə normal qalır. Kənardan da deyirlər ki, yaxşıdır, amma görürəm ki, bəzi futbolçular özlərini mənə bənzədirlər. (gülür)

- Ruslan deyəndə "Neftçi" yada düşürdü, "Neftçi" deyəndə Ruslan. Amma nədənsə "Xəzər-Lənkəran" deyəndə deyəsən onu düşünmək çətindir. Səncə "Neftçi"də oynamağın uğurlu idi?

- Düzdür, "Neftçi"də olanda da həmişə elə deyirdilər. Çünki mən "Neftçi"yə gələndə "Neftçi"nin ən yaxşı vaxtları idi. 18 yaşım var idi və gələn kimi də əsas heyətə düşdüm. O vaxtı "Neftçi"yə baş məşqçi Qurban Qurbanov rəhbərlik edirdi, elə gələn kimi məni də çağırmışdı. Təbii ki, bu mənim karyeramda dönüş nöqtəsi oldu.

- Rusiya klubunda oynamaq sənə nə qazandırır? Nələr öyrənmisən? Məsələn, bizləri onlardan fərqləndirən əsas cəhətləri nədir?

- Çox şey, təbii ki. Ölkədən kənara çıxmaq lazımdır, ən əsası öyrənirsən. Mən də öyrənirəm və öyrənəcəyim çox şey var. Son vaxtlar mənə deyirdilər ki, sən artıq kənara çıxmalısan, vaxtıdır. Şükür ki, alındı və ölkədən kənara çıxdım. Fərq deyəndə isə çox şeylər deyə bilərəm. Onlar hər şeyə diqqət edirlər, qidadan tutmuş məşqlərin keçirilmə qaydasına kimi. Məsələn, onlar yeməkdə mütləq ikra yeməlidirlər. Onların bu rejimləri çox xoşuma gəlir, çünki bir futbolçunun inkişaf etməsi üçün bunlar mütləqdir.

- Siz futbolçulara baxan əksəriyyət gənclər futbola gəlmək istəyir? Deyirlər futbolçular yaxşı qazanırlar.

- Hansı işə gəlirsənsə onun o saat maddi gəlirini düşünmək səhvdir. Mən futbola gələndə pulu düşünmədim, ancaq karyeramı, inkişafımı düşündüm. Amma təbii ki, bəlli bir zamandan sonra artıq pul qazanmağı düşünürsən, çünki zamanı gəlincə hər bir insan əziyyətinin bəhrəsini görmək istəyir.

- Səncə hər kəs futbola gəlib yaxşı futbolçu ola bilər?

- Yox, təbii ki. Bir işi görürsənsə o içdən, qəlbdən gəlməlidir. Bacarıq da lazımdır əlbəttə. Hamı çox peşəni sevə bilər, amma onu hər kəs bacarmaz, eləcə də futbolu.

- Yaxşı futbolçu necə olur? Bəs sən necə, özünü yaxşı futbolçu hesab edirsən?

- Mənim fikrimcə, ilk növbədə yaxşı insan olmalısan. Tərbiyəli, əxlaqlı olmaq idmanla məşğul olan insan üçün daha çox vacib olmalıdır. Çünki biz idmançılar daha çox göz önündə oluruq və gənc nəsilə örnək olmalıyıq. Mən deməzdim ki, yaxşı futbolçuyam, səmimi deyirəm. Ən əsası öyrənirəm və nə qədər ki futboldayam öyrənəcəm də.

- Azərbaycanda kimləri yaxşı oyunçu hesab edirsən?

- Mahir Şükürov, Rəşad Sadıxov, Anar Abdullayev. Millidə oynayan hər bir oyunçu, məncə yaxşı oyunçudur.

- İlk maaşın nə qədər olub?

- İlk dəfə səfərə getmişdik, komanda oyundan qayıdanda hamımız 25 şirvan almışdıq.

- Ruslan üçün əsas hədəf nədir? Karyera və özəl həyatınla bağlı hansı planların var?

- Avropada 5 ən yaxşı liqada olmaq istəyirəm. Təbii ki, inkişaf yenə də, inkişaf. Karyeramdan sonra özəl həyatı düşünərəm, hələ ki evlənməyi düşünmürəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2074   Tarix: 30 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424