Bayram yarmarkalarında qiymət aldatması

Bayram yarmarkalarında qiymət aldatmasıPaytaxtda təşkil olunan bayram yarmarkaları alıcıları heç də razı salmayıb. BiG.AZ-ın məlumatına görə, yarmarkalara çıxarılan bəzi məhsulların qiyməti alıcıların narazılığına səbəb olub.

Belə ki, kənd təssərüfatı məhsullarının üzərinə yazılan qiymətlər alıcıya təqdim olunan qiymətlərlə üst-üstə düşmür. Alıcılar malların üzərindəki qiymətlərin büdcələrinə nisbətən uyğun olduğunu desələr də, satıcıların məhsulları onlara baha qiymətə təqdim etdiklərini bildiriblər. Yarmarkalarda olduğumuz müddətdə alıcılar və satıcılar arasında qiymət üstündə mübahisə də yaşandı.

Xətai rayonu, "Bakı" kinoteatrının yaxınlığında təşkil olunan yarmarkanın girişində məhulların qiymətinin əks olunduğu lövhə quraşdırılıb. Lövhədə kartofun qiyməti 50, 70 qəpik və 1 manat göstərilib. Alıcılar isə onlara satılan kartofun qiymətinin 1,40 olduğunu bildirdilər.

"Lövhəyə yazılıb ki, 50 qəpiyə kartof satılır. Amma bu böyüklükdə yarmarkada 1 manat 30 qəpikdən aşağı kartof tapmaq mümkün deyil. Yarmarkada qiymətlərin aşağı olacağını desələr də ,satıcılar bizə öz istədikləri qiymətdə mal satırlar", - deyə alıcılardan biri ANS PRESS-ə açıqlamasında bildirib.

Burada məhsuların qiyməti belədir:

Kartof : 0,70, 0,80 və 1 manat,
Pomidor: 2 manat,
Xiyar: 80 qəpik və 1 manat 20 qəpik,
Mal əti: 5 manat və 5 manat 50 qəpik,
Qoyun əti: 5,50 manat,
Toyuq 2 manat və 2,30 qəpik,
Soğan 0,50 manat,
Naringi: 0,50 manat və 1,20 manat,
Potağal: 0,80 manat və 1,50 manat,
Alma: 0,35 manat və 1,50 manat alıcılara təqdim olunur.

Yasamal rayonu, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında təkil olunan yarmarkada da vəziyyət ürək açan deyil. Belə ki, insanlar yarmarkada satılan məhsuların qiymətinin ötən həftələrdə təşkil olunan kənd təsərrüfatı yarmarkalardakı qiymətlərdən fəqlənmədiyini deyirlər:

"Biz keçən həftə bu yarmarkaya gəlmişdik onda olan qiymətlərlə indiki qiymətlər arasında heç fərq yoxdur"

Yasamalda təşkil olunan yarmarkada diqqətimizi çəkən bir hal oldu. Belə ki, Əhmədlidə mal ətinin rəsmi satış qiyməti 5,50 olduğu halda, burada ətin qiyməti 6 manatdır. Satıcalar bunun səbəbini belə izah etdilər: "Erkək mal əti deyirlər, amma dişi heyvanın ətini 6 manata biz sırıyırlar".

Yasamal yarmarkasında Hinduşka ətinin bir kilosu 6 manata, toyuq əti isə 5,5 manata alıcılara təklif edilir.

İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlamasında yarmarkalarda süni qiymət artıran satıcılarla bağlı sərt ölçü götürüləcəyini bildirib: "Əgər istehlakçılar belə halla qarşılaşarlarsa, bizimlə əlaqə saxlamalıdılar. Biz telefon nömrələrimizi elan etmişdik. Yarmarkaların hamsında dövlət xidmətinin əməkdaşları var. Onlar gücləndirilmiş iş rejimində çalışmaqla yanaşı, süni qiymət artımına qarşı mübarizə aparırlar. Alıcıların çoxluğundan və artan tələbatdan sui-istifadə edərək qiymətləri süni şəkildə artıran satıcılar yarmarkadan çıxarılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 28 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428