Qarşı-qarşıya durduğumuz təhlükə

Qarşı-qarşıya durduğumuz təhlükəBəşəriyyətin ən böyük kəşflərindən biri də kompüterlər hesab olunur. İlk kompüterin yaranması 1946-cı ilə təsadüf edir. Böyük inkişaf mərhələrindən keçən kompüterlər 1990-cı illərdən etibarən evlərə girib. Son zamanlar isə həyatımızın əvəzedilməz hissəsinə çevrilib. Sağlamlığımıza vurduğu zərəri düşünmədən işdə və işdən sonra saatlarla kompüter arxasında zaman keçiririk.
Amerika alimlərinin araşdırmaları zamanı məlum olub ki, kompüter arxasında uzun zaman keçirmək təzyiqin qalxmasına, əsəb sisteminin pozulmasına və hipertoniya xəstəliyinin yaranmasına gətirib çıxarır. Bu, əsasən köhnə kompüterlərdən istifadə zamanı yaranır.
Həkim-nevroloq Lalə Məmmədova Ailem.az a bildirir ki, televizor və kompüterin quruluşu eyni texniki prinsiplərə əsaslanır. Amma insanlar kompüterin ekranı qarşısında oturduqları üçün konlar orqanizm üçün daha çox təhlükəlidir: "Hamı televizoru ən azı 1-2 metr uzaqlıqdan izləyir. Kompüterin isə qarşısında oturur. Bu zaman təkcə rentgen şüalanması deyil, eyni zamanda ultrabənövşəyi şüalanma da baş verir. Ultra bənövşəyi şüalar bütün orqanlara, ən çox isə gözlərə və baş nahiyəsinə zərər vurur. Bu səbəbdən də bu, ümumi yorğunluğa, yuxusuzluğa, narahatlığa, əzginlik, qıcığa qarşı həssaslığın artmasına səbəb ola bilər. Gözlərin qızarması, sulanması, göz ağrıları baş verə, ürək döyüntüləri, bədən temperaturu yüksələ, hər hansı xəstəlik varsa, kəskinləşə, mədədə, ürəkdə ağrılar meydana çıxa bilər. Bundan başqa, təzyiqin enib-qalxması, boyun ağrılarına da rast gəlinir".

Həkimin bildirdiyinə görə, müasir kompüterlərdən fərqli olaraq, kineskoplu köhnə kompüter monitorları daha çox ultrabənövşəyi şüalar yayır. Köhnə kompüterlərin monitorlarına qoyulan qapaqlıqların heç bir təsiri olmadığını deyən həkim bu qapaqlıqların ancaq işığı azaltdığını deyir: "Çox zaman "zaşitnik" deyilən qapaqlıqlardan istifadə edərək, gözlərimizi və başımızı qoruduğumuzu düşünürük. Əslində isə belə qoruyucular sadəcə işığı azaldır. Şüalanma isə eyni ilə qalır".

Kompüter arxasında zaman keçirən insanlar çox zaman gözlərinin ağrımasından şikayətlənirlər. Çünki kompüterin onların bütün orqanizminə verdiyi zərərlərdən xəbərsiz olurlar. Uzun müddət kompüter qarşısında keçirənlərin boyun, baş əzələləri, qolları və çiyinləri gərilir. Bu isə insanlarda osteoxondroz, uşaqlarda isə skolioz xəstəliyinin yaranmasına səbəb olur. Bundan əlavə, kompüterdən istifadə edənlərin biləkləri ağrıyır, barmaqlarının ucu bərkiyir. Barmaqlarda keyləşmə və zəiflik yaranır.

Müasir kompüterlər şüalanmaya görə zərərsiz olsa da, uzun zaman kompüter qarşısında keçirmək insanlarda stress və depressiyaların yaranmasına gətirib çıxarır. Bundan başqa, oturaq həyat tərzi, düzgün qidalanmamaq çəkinin artmasına da öz təsirini göstərir. Həkimin bildirdiyinə görə, insanlar gününün çox hissəsini kompüter arxasında keçirmək məcburiyyətindədirsə, hündürlüyü nizamlana bilən, kürək üçün dəstəyi olan, yumşaq döşəkli kreslo seçməlidirlər. Çünki sərt və nizamlı olmayan stulda uzun müddət oturmaq bel və boyun ağrılarına səbəb olur. Kompüter qarşısında oturduğunuz zaman monitor gözünüzdən aşağı və ya tam qarşısınızda olmalıdır: "Kompüter qarşısında uzun müddət eyni formada oturmayın, boynunuzu və əllərinizi tez-tez hərəkət etdirin. Ara-sıra ayağa qalxıb gəzin, dərindən nəfəs alın. Bu, sizi kompüterin zərərlərindən az da olsa uzaqlaşdıracaq. Hər 40 dəqiqədən bir 10 dəqiqə gözlərinizə fasilə verin".

Gözlərinizin ağrımasının qarşısını almaq üçün monitorun rənginə diqqət yetirmək lazımdır. Monitor tünd və parlaq olmamalıdır. Pəncərə qarşısında kompüterdə işləmək zərərlidir. Çünki günəş şüaları monitorda əks olunacaq və bu da gözlərə zərər vuracaq.

Uzun müddət kompüter arxasında oturmaq uşaqlara daha çox təsir edr. Belə ki, onlar göz ağrılarından şikayətlənir, duruş və skelet problemləri meydana gəlir. Çox zaman kompüter arxasında oturan uşaqlarda onurğa sütunu əyriliyi meydana çıxır, onlar düz otura bilmirlər.

Kompüter uşaqların eşitmə və nitq qüsurunun aradan qaldırılmasına kömək etsə də, uşaqları ondan uzaq saxlamaq lazımdır. Uşaqlar yanınızda olan zaman kompüterdə çox vaxt keçirmək onlarda da bu vərdişin formalaşmasına gətirib çıxara bilər.
Kompüter bizə dost olduğu qədər də düşməndir. Özünüzü ondan qorumağa çalışın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1393   Tarix: 27 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801