Millimizlə mətbuat konfransı

Millimizlə mətbuat konfransıBu gün Aeroport oteldə təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti FoqtsTürkiyə yığması ilə keçiriləcək oyun barədə fikirlərini bildirib: «Sabah Avropa çempionatının seçmə mərhələsinin ilk ev oyununa çıxacağıq. Səfərdə keçirdiyimiz oyunlarda azarkeşlərin öz komandalarını necə dəstəklədiklərini hamı gördü. Fürsətdən istifadə edib azarkeşlərə müraciət edirəm ki, sabahkı oyunda futbolçulara yardımçı olsunlar. Futbolçularımızın evdə keçirdiyimiz oyunda özlərini rahat hiss etmələrini istəyirəm. Bu cür oyunlarda tribunaların dolması çox vacibdir. Almaniya və Avstriya yığmalarına uduzmağımıza baxmayaraq, milli komandada inkişaf görürəm. Nəzərə almaq lazımdır ki, həmin oyunlarda 3 futbolçumuz oynamayıb. Ümid edirəm ki, komandam doğma meydanda Türkiyə millisinə qarşı gözəl oyun nümayiş etdirəcək. Bunun üçün AFFA rəhbərliyi komanda üçün hər cür şərait yaradıb. Türkiyə futbolu da 20 il bundan əvvəl belə vəziyyətdə idi. Onlara futbolun inkişafında almaniyalı mütəxəssis yardımçı olmuşdu. 20 ildən sonra Türkiyə dünyada 20 ən güclü komandadan biridir. Belə inkişaf üçün, sözsüz ki, Türkiyədəki kimi, zamana ehtiyac var».

Millimizlə mətbuat konfransıBu gün Aeroport oteldə təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının futbolçuları – Rəşad Sadıqov, Mahir Şükürov və Saşa Yunisoğlu Türkiyə yığması ilə keçiriləcək oyun barədə fikirlərini bildirib:

Millimizlə mətbuat konfransı

Rəşad Sadıqov: «Türkiyə millisi ilə oyuna tam başqa əhval-ruhiyyə ilə hazırlaşırıq. İstəyirik ki, iki məğlubiyyəti azarkeşlərimizə unutduraq. İstəmərək ki, oyunda kobudluq olsun. Amma hamı bilir ki, biz sərt oyuna üstünlük veririk. Həmçinin Türkiyə millisi də sərt futbolu sevir. Ola bilər, sabah meydanda sərtlik olsun. Ancaq istəmərik ki, bu kobudluğa çevrilsin. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun nümayiş etdirək. Bu oyun futbolçularımıza özlərini göstərmək üçün yaxşı fürsətdir. Qarşıda qış transfer pəncərəsi var. Ola bilər ki, hansısa Türkiyə klubunun maraq dairəsinə düşə bilərlər».

Millimizlə mətbuat konfransı

Mahir Şükürov: «Ötən seçmə mərhələnin son oyunlarında komanda öz oyununu tapdı. Nədənsə builki oyunlarımız alınmır. Ola bilər ki, futbolçuların çoxu formada deyil. Klubda məşqçimiz oyunu əsasən mənim cinahımdan qurmağı tapşırır. Ona görə də, ötürmələrin çoxu mənə gəlir. Ötən il milli komandanın heyətində mənim cinahımdan daha çox hücum qurulurdu. Ancaq bu il nədənsə mənə az ötürmə olur».

Millimizlə mətbuat konfransı

Saşa Yunisoğlu: «Avstriya yığması ilə oyunda buraxdığımız ilk qolda günahkar axtarmaq düz olmaz. Qol buraxmışıqsa, bu, bütün komandanın səhvidir. Digər qolları da analiz etmişik. Bəzi səhvlərimiz olub. Artıq Avstriya yığması ilə oyun arxada qalıb. Türkiyə millisi ilə oyuna daha çox diqqət ayırmalıyıq. İnşallah, sabahkı oyunda yaxşı oyun nümayiş etdirib, müsbət nəticə əldə edərik».

BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2936   Tarix: 12 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 378
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 409
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 515
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 318
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 330
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 295
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 398
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 429