Özcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTO

Ötən gün Nizami Kino Mərkəzində türkiyəli müğənni Özcan Dənizin "Su və atəş" filminin premyerası keçirilib.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, qırmızı xalıdan keçərək azərbaycanlı tamaşaçılarla birgə filmi izləməyə gələn Özcan ekran işinin burada da seviləcəyinə ümid etdiyini deyib.

Daha sonra ifaçı izləmə zalına keçib və rejissorluğunu etdiyi "Su və atəş"ə tamaşaçıları ilə birgə baxıb. Filmdə Türkiyədə uzun illər aktual olan "qan dava"sından söhbət gedir. İki gəncin məhəbbəti məhz bu dava səbəbi ilə yarım qalır və filmin sonu ölümlə bitir. Kinonun digər əsas qəhrəmanı Yasemin Allen xarici ölkənin vətəndaşı olduğu üçün Azərbaycana gəlməkdə müəyyən problemlər yaşayıb. Film izlənildikdən sonra Özcan Dəniz və "Su və atəş"in heyəti səhnəyə çıxıb. Azərbaycanlı tamaşaçıların gurultulu alqışları ilə qarşılanan aktyorlar Bakıya gəldikləri üçün xoşbəxt olduqlarını söyləyiblər.

Daha sonra mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarını cavablandıran Özcan Dəniz film üçün aktyorları özünün seçdiyini və onların öz rollarının öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Onunla birgə vətənə təşrif buyuran aktrisa Pelin Akıl Özcanla işləməyin verdiyi zövqdən söz açıb:
"Baxmayaraq ki Özcan filmin rejissoru idi, amma kaprizli deyildi. Eyni zamanda filmdə rol alırdı deyə, bizi də başa düşməkdə çətinlik çəkmirdi. Onunla eyni filmdə oynamaqdan böyük zövq aldım. Gələcəkdə birgə layihələrimizin olacağına ümid edirəm".

Özcan Dəniz "Evim sənsən", "Su və atəş" filmlərinin sonunda qəhrəmanların ölməsinə də münasibət bildirib:

"Bu günə kimi 12 layihəm olub. Onlardan yalnız ikisində dramatik sonluq var. "Qan davası" mövzusu Türkiyədə hələ də aktualdır. Bu mövzuya müraciət etməyimin əsas səbəbi də elə budur".

"Ya sonra" filminin ikinci hissəsi üzərində işləməyə başladığını deyən türkiyəli müğənni yenə də Dəniz Çakırla kamera qarşısına keçəcək.

Azərbaycanla bağlı planlarından da danışan sənətçi növbəti layihəsində yerli aktrisalarımıza müraciət edəcəyini də gizlətməyib. Konfransın sonunda müğənni hər kəsə təşəkkür edərək hislərini bölüşüb:

"Sizinlə eyni zalda film izləmək çox zövqlü idi. Siz filmi izlədiniz, mən də sizi. İstiliyinizi, enerjinizi, sevginizi əsirgəmədiyiniz üçün təşəkkürlər".

Özcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTOÖzcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTOÖzcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTOÖzcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTOÖzcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTOÖzcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTOÖzcan Dəniz Bakıda yeni filmini təqdim etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2774   Tarix: 20 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1424
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 674
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1590
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 3853
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 662
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 659
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 869
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1116
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1382