Müğənnilərimizin yeni il qiymətləri kəllə-çarxa çıxıb

Müğənnilərimizin yeni il qiymətləri kəllə-çarxa çıxıbYeni ilin yaxınlaşması ilə bağlı olaraq təşkil ediləcək əyləncə tədbirlərinin indidən reklamlarına başlanmaqdadır.

Bu reklamlarda isə sözügedən tədbirlərdə müxtəlif müğənnilərin iştirak edəcəyi xüsusi qabardılır.

Lakin müğənnilərin yeni il tədbirlərinə qatılmaq müqabilində aldıqları qonorarın məbləği elədə az deyil.

Müğənni Nadir Qafarzadə açıqlamasında bununla bağlı bildirir: " Hələki yeni il şənliyi üçün pul danışmamışam. Mənim 31 dekabr günü yarım saatlıq qiymətim 3 min manatdır. Zəng edib təklif edirlər, mən o qiyməti deyən kimi elə bil şok keçirirlər. Deyirlər ki, yox biz ancaq 1000-1500 manat verə bilərik. Mənə də o sərf etmir. O qiymətə elə evdə oturaram. Yeni ili evimdə qarşılaram. Amma 3000 manat verən olsa, gedəcəyəm".

Müğənni Elza Seyidcahan isə qeyd edir: "31 dekabr günü bir çox yerlərdə varam. Məkana görə qiymətlər fərqlidir. Mən 31 dekabrda heç nə qazanmayacam, əksinə, itirəcəyəm. Ancaq tamaşaçılar Elza Seyidcahanı öz qarşılarında görən zaman qazanacaqlar. Onlar mənim timsalımda təbii gözəllik görəcəklər. Əsl sənət əsəri eşidəcəklər. Gözəl saç düzümü görəcəklər. Ümumiyyətlə isə, Allahın yaratdığı təmiz qəlbli, mələk üzlü Elza Seyidcahan görəcəklər. Mən öz evimdə olmayacam, ona görə də itirəcəm. Para, pul əsas deyil. Əsas can sağlığıdır. Mənə çox xoş olacaq ki, xalqımın içərisində olacağam. Biz sadəcə qiymət açıqlamırıq. Gözə gələrik. Həm də ki, bizi izləyən bir manata həsrət qalan insanlar var. Olmaz belə şeylərlə öyünmək ".

Şeron qrupunun üzvü Ülvi isə bildirir: "Kiminsə yeni ilini keçiririk. Bağlı yerdə hər hansı bir ailə yeni ilini bizimlə birgə qeyd edir. Həmin məclisi biz pulsuz da idarə edə bilərik. Məsələn, keçən il saat 9-dan 2-yə kimi yeni ili bir ailə ilə qeyd etdik və 7 min manat pul qazandıq. Artıq 5 ildir biz həmin gecəni şou-proqramlarda yox, məhz hər hansı ailə ilə bir qeyd edirik".

Müğənni Ayan isə bildirir: "Şou-proqramlara getmirəm. Yeni ili ailəmlə keçirəcəyəm". Müğənni İlhamə Qasımova məsələ ilə bağlı aşağıdakıları qeyd edib: " Mən hər yeni ili öz ailəmlə keçirirəm. Bu il də elə olacaq. Ümumiyyətlə, bu il yeni ildə xaricə gedəcəyəm".

Müğənni Vasif Məhərrəmli : "Bilirsinizm,i bizim müğənnilər yeni il şənliklərində yarım saat- yarım saat çıxış edəcəklər. Mən yeni il gecəsi harda oxuyacamsa, 3000 manat alacağam. Toya necə ora da elə...".

Müğənni Könül Kərimova isə yeni il tədbirləriən qatılmayacaq: "Ola bilər Azərbaycanda, bəlkə də xaricdə yeni ili qarşıladım. Ancaq Könül Kərimovaya 31 dekabr günü heç bir şou-proqramda, restoranda rast gəlməyəcəksiniz. Həmin gün ailəmlə keçirəcəm".

Müğənni Humay Qədimova isə qeyd edib: " Bəzi məkanlarda çıxış edəcəm. Pul danışmamışam. Qonarar versələr təbii imtina etmərəm. Ancaq dost-tanışların məkanlarında olandan sonra yeni ili ailəmlə birgə keçirəcəyəm".

Sevda Yəhyayevanın prodüsseri Tolikin fikirləri belə olub: " Yeni ildə Sevda 4 restoranda çıxış edəcək. Hələlik bunlar nəğdi həll olunub. Bu təklif deyil. Sadəcə qiymət açıqlamırıq. Amma ki, onu deyə bilərəm ki, müğənninin yarım saatlıq toy qiymətindən bir az bu qiymət çox olur".

Müğənni Aysel Əlizadə də məsələyə münasibət bildirib:"Bir neçə məkanda çıxış edəcəm. Amma yeni il gecəsi üçün olan qonararımı açıqlamaq istəməzdim. Həm də ki, ailəmlə olacam". Müğənni İlahə İbadovanın fikirləri isə belədir: "Bir neçə məkanda çıxış edəcəm. Bir məkandan alacağım qonarar 200 AZN olacaq. Sonra ailəmlə olacam. Qızıma şaxta babanın hədiyyəsini də çatdıracam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2415   Tarix: 10 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 486
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1615
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 288
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

10:50 261
.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

04.05.2024 556
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 400
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 917
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 545
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 751