Mehriban Əliyeva tanınmış aktrisanın müalicəsini üzərinə götürdü- Yenilənib

Mehriban Əliyeva tanınmış aktrisanın müalicəsini üzərinə götürdü- Yenilənib"Hörmətli Prezidentimizə, Mehriban xanım Əliyevaya mənə göstərdikləri böyük diqqətə görə, çox təşəkkür edirəm"

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarovanın müalicəsini üzərinə götürüb. BiG.AZ xəbər verir ki, Musavat.com-un məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova Facebook-da yazıb. Onun yazdığına görə, KİV-də Xanım Qafarovanın xəstəliyi barədə məlumatlar yayıldıqdan sonra Mehriban Əliyeva məsələyə müdaxilə edib.

Qeyd edək ki, Xanım Qafarov neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. O, bu gün müsahibəsində xəstəliyi barədə məlumat vermiş və müalicə üçün pulunun olmadığını bildirmişdi: "2009, 2011, 2012-ci illərdə xəstəlikdən əməliyyat olundum. Hər iki döşümü və uşaqlığımı götürdülər. Həmin əməliyyatlar Bakıda aparılıb. Dedim ki, daha bitər. Nə bilim ki, müəyyən vaxtdan sonra bu məni yenidən ağuşuna alar.

Bir baxdım ki, xəstəlik sümüklərimdə yeriyir. Ay Allah, belə də dərd olar? Dedilər ki, fizioterapiya lazımdır. Onun dason texnologiyası Türkiyədədir. Yəni, şüa veriləndə ancaq xəstəlik olan yerlərə verilir, başqa orqanlara ziyan vurmurlar. Mən də bu məqsədlə Türkiyəyə getdim.

Orada mənə dedilər ki, bunun üçün 10 min manat lazımdır. Bunu eşidəndən sonra Azərbaycana qayıtdım. Daha nə edim?. Xəstəliyə güc gəldim. Yoxsa o əməliyyatların qarşısında çoxdan ölmüşdüm. 6 yaşlı qızım da mənimlə birlikdə bu əziyyətə qatlaşır. Axı onun belə bir vaxtı deyil. O, xəstə olduğumu bilir. Hər dəfə evə gələndə mənə deyir ki, anacan sağaldın? Bilirsən mən anayam, əlbəttə ki, qızımın taleyini düşünürəm.

Amma bilirsiniz ki, mənim ev problemim də vardı. Onunla bağlı müraciət etmədiyim yer qalmadı, heç kəs mənə əl tutmadı. Bundan sonra da taleyimlə barışdım. Mən sizin sayt vasitəsiylə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm. Mənə əl tutun, imkan verməyin ki, 6 yaşlı qızım anasız qalsın.

Xanım Qafarovanın özü bildirib ki, Heydər Əliyev Fondunun əməkdaşları onunla əlaqə saxlayaraq, müalicəsi üçün lazım olan məbləğin fond tərəfindən ödəniləcəyini bildiriblər: "Artıq dekabrın 11-də Türkiyəyə müalicəyə yola düşəcəm. Hörmətli Mehriban xanım Əliyevaya nə qədər təşəkkür etsəm azdır. O, Allahın izni ilə məni ailəmə, kiçik qızıma bağışladı. O qədər sevincli və inamlıyam ki, sanki heç xəstə deyiləm. Hörmətli Prezidentimizə, Mehriban xanım Əliyevaya mənə və ümumilikdə sənət adamlarına göstərdikləri böyük diqqətə görə, çox təşəkkür edirəm. Allah onları qorusun!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1417   Tarix: 10 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059