Kənan Doğulu: Bakıya 600 min avroya gəlmişəm

Kənan Doğulu: Bakıya 600 min avroya gəlmişəmBiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, Dekabrın 7-də Türkiyənin tanınmış ifaçısı Kenan Doğulu Heydər Əliyev adına Respublika Sarayında konsert proqramı ilə çıxış etdi. Bu, ifaçının Azərbaycanda təşkil olunan sayca dördüncü konserti idi.

Konsertdən öncə vaxt tapıb onunla söhbətləşə bildik. İfaçının ölkəmizə sevgilisi Beren Saatla gələcəyi bildirilsə də o, tək gəlmişdi. Kənan bəy özü isə bunu aktrisanın serial çəkilişlərinə görə zamanın olmaması ilə əlaqələndirdi.

Kənan Doğulu ilə baş tutan maraqlı müsahibəni təqdim edirik:

– Kənan bəy, bu, Bakıda gerçəkləşən sayca dördüncü konsertinizdir. Budəfəki konsertinizdə nə kimi dəyişikliklər etmisiniz?

– Budəfəki konsertimdə musiqi repertuarımı dəyişdirmişəm. Bundan əvvəl konsertə gələndə bir neçə Azərbaycan mahnıları səsləndirmişdim. Bu dəfə isə azəri mahnıları ifa etməyi düşünmürəm. Yeni albomumdakı mahnılarla buradakı tamaşaçılarımı sevindirəcəyimi ümid edirəm. Buna görə çox həyəcanlıyam. Düşünürəm ki, mahnılarım tamaşaçıların xoşuna gələcək.

– Bizim müğənnilərlə duet oxumağı necə düşünürsünüzmü?

– Elə bir layihə ilə heç kim mənə müraciət etməyib. Amma niyə də olmasın? Gələcəkdə hər şey ola bilər. Müğənniləriniz gözəl layihələrlə mənə müraciət etsə, onları dəyərləndirməyə çalışaram.

– Bəs bizim ifaçılardan kimi tanıyırsınız?

– Əslində heç kimi tanımıram. Daha çox köhnə, əfsanə olmuş müğənnilərinizi, sənətçilərinizi tanıyıram. Misal üçün Əzizə Mustafazadənin adını çox eşitmişəm. Gənc ifaçılarınızı izləmək üçün zamanım olmur, ona görə də çox təəssüflənirəm.

– Bəs Türkiyə şou-biznesinə qatılmış ifaçılarımızdan necə –Röya, Aygün Kazımova, Brilliant Dadaşova və s. Onları da tanımırsınız?

–Yox, bu ifaçıların heç birini tanımıram.

– Eşitdiyimizə görə buradakı konsertə görə 60 min avro alacaqsınız. Bu xəbər doğrudurmu?

– (Gülür), yox 600 min avroya gəlmişəm.

– Belə çıxır ki, siz Tarkandan da baha konsert verirsiniz...

– Bəli, mən hər kəsdən baha gəlirəm (gülür).

– Kənan bəy, sizin Beren Saatla toyunuzla bağlı xəbərlər burada da çox maraq dairəsinə çevrilib. Bilmək istəyərdik, toya hazırlıq gedirmi?

–Evlilik mövzusu özəl olduğu üçün bu barədə açıqlama vermək istəmirəm. Evlilik məsələlərini ailə içində danışacağıq. Ümid edirəm ki, yaxın zaman çərçivəsində baş verəcək. Qismət.

– Türkiyə mətbuatında demək olar ki, hər gün sizin ata olacağınızla bağlı xəbərlər yazılır. Bu xəbərlər doğrudurmu?

– Elə bir şey yoxdur. Bu yanlış xəbərdir. Əslində çox istəyərdim ki, övladım olsun. Neçə ildir ki, söyləyirəm ki, kaş ki, övladlarım olardı. Ümumiyyətlə uşaqları çox sevirəm. Mənim üçün övladın fərqi yoxdur, oğlan, ya qız. Arzulayaram ki, əkiz övladım olsun. Mənə belə suallar verməyin utanıram.

– Beren Saatın "Benim dünyam" filmi hər kəsin maraq dairəsinə çevrildi. Beren həqiqətən qüsurlu olsaydı, onunla münasibətinizi yenə də bu şəkildə davam etdirərdiniz?

–Bu, çox çətin bir sualdır. Əgər sonradan qüsurlu olsaydı təbii ki, onunla sevgi münasibətlərimi davam etdirərdim. Ancaq əvvəlcədən, anadangəlmə qüsurlu doğulsaydı inanmıram ki, o məni görüb vurulardı. Və ya mən onu hansı şəkildə görərdim, onun mənə sevgisini necə bilərdim, orasını deyə bilmərəm. Çünki işin bu tərəfini heç zaman düşünməmişəm.

–Siz filmi izlədinizmi?

–Bəli. Filmi qalada izlədim və başlayandan bitənə kimi ağladım.

– Bildiyimiz qədər sizin Amerikada gerçəkləşdirdiyiniz layihələr var. Sizdən xarici mahnılar gözləyəkmi?

–Bəli. Siz hər şeyi doğru eşidirsiniz(gülür). Amerikadakı ifaçılarla bir çox layihələrim var. Bundan əlavə, bir neçə məşhur ifaçılarla danışıqlar gedir. Sizə təkcə onu deyə bilərəm ki, ingilis dilində biri-birindən gözəl mahnılar ifa edəcəyəm. Açıqlama vermək üçün tezdir, çünki hələ müqavilə imzalamamışıq.

– Sosial şəbəkələrdə aktivsinizmi?

–Bəli. Bacardığm qədər "Facebook"dan, "Twitter"dən, "İnstagram"-dan istifadə edirəm.

– Sizin fan səhifələrinizi izləyirəm, ancaq şəhərimizdə olduğunuzla əlaqədar heç bir şəkil paylaşmamsınız. Şəhərimizi sevmədinizmi?

–Elə düşünməyin. Hələ ki, şəhəri gəzməyə çıxa bilmədim, bunun üçün vaxtım olmadı. Bu gün bütün günü istirahət etmişəm. Çölə çıxmadım. Ona görə şəhərinizlə bağlı heç bir şey paylaşmamışam. Ancaq çox istəsəniz oteldəki saxsı qabların şəkillərini paylaşaram (gülür). Sabah gedəcəyim üçün də gəzməyə çıxıb şəkil çəkdirə də bilməyəcəm. Bundan öncəki səfərimdə şəhərinizi gəzməyə imkanım olmuşdu. Şəhəriniz çox gözəldir.

– Kənan bəy, 20 ilinizi səhnədə doldurdunuz, səhnədən getmək üçün nə qədər zamanınız qalıb?

– Mən müğənniyəm. Başqa bir işim və ya biznesim yoxdur. İşim səhnəyə çıxmaq, mahnılar bəstələmək və insanların könlünü oxşayan mahnılar ifa etməkdir.

– Yəni 50 yaşında Kənan Doğulu səhnədə olacaqmı?

– Ola bilər. Niyə də olmayım. Madonna 60 yaşındadır. Hər kəs onu çox sevir. Müğənnilik yaşla olan bir şey deyil. Əgər ifaçı özünü yaxşı hiss edirsə, səhnədə gözəl performans göstərə bilirsə, o qədər də səhnədə qalmaq imkanı var. Əsas odur ki, gənc qalsın, sevilsin və dinlənilsin. Mənim səhnədən nə zaman gedəcəyimi soruşursunuzsa, ölənə qədər oxuyacam.

- Türkiyədə gündəmdə qalmaq çox çətindir. Çünki hər gün bir sənətçi çıxır və kliplərin sayı hesabı yoxdur. Gündəmi əlinizdə necə saxlayırsınız?

–Bəli, Türkiyədə gündəmdə qalmaq, onu əldə saxlamaq çox çətindir. 20 ildir ki, Türkiyə şou-biznesində işləyirəm. Həmişə aktiv olmaq, gündəmdə qalmağa çalışıram, ən əsası hit mahnıları tapa bilmək çox önəmlidir. 17 yaşımdan sənətdəyəm.

–Sezen Aksu ilə münasibətiniz necədir?

– Çox yaxşı. Onunla da işbirlikdən əlavə, yaxşı dostluğumuz da var.

– Xəbəriniz olsun ki, Sezen Aksu artıq Azərbaycanda elə də sevilən sənətçilər sırasında deyil.

- Niyə?

- Çünki o bizim "Sarı gəlin" mahnımızı erməni dilində oxuyaraq bizim müəllif hüquqlarımızı tapdaladı. Bunu oxumaqla da kifayətlənmədi. Bizim mahnımızı erməni dilində yeni albomuna da daxil etdi.

- Mən bunları bilmirdim. Ancaq Sezen Aksunu Türkiyədə hər kəs barış elçisi kimi tanıyır. Ümid edirəm ki, zaman gələcək onunla ortaq dil tapıb ünsiyyət qurarsınız. Gün gələcək o da sizin mahnılarınızı oxuyacaq, bununla kifayətlənməyib sizin ifaçılarla da oxuyar. Sizin fikirlərinizi də Sezen xanıma çatdıraram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2157   Tarix: 09 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476