Bakıda bu gecə daha bir yeni doğulan körpə öldü

Bakıda bu gecə daha bir yeni doğulan körpə öldüBu gecə Bakıda daha bir körpə dünyasını dəyişib. BiG.AZ-ın məlumatına görə dekabrın 5-də dünyaya gələn körpə Astoriya Tibb Mərkəzində qəfildən dünyasını dəyişib.
Uşağın yaxınları ölümdə həkimi təqsirkar bilirlər. Deyilənlərə görə, körpənin anası Cəfərova Könül normal hamiləlik keçirib və uşaq sağlam doğulub. Vaxtlı-vaxtında bütün analizlərin verildiyini deyən yaxınlarının sözlərinə görə, uşağın iki gün sonra dünyasını dəyişməsi müəmmalıdır: "Meyiti hələ də bizə verməyiblər. Xəstəxanadan uşağının ürəyinin dayanmasını mikrobla əlaqələndirirlər, əgər mikrob var idisə, niyə bu hamiləliyi vaxtında dayandırmadılar?.

Ailə üzvləri hamilə qadının Respublika Perinatal Mərkəzin həkimi Rəhilə Mustafayeva tərəfindən nəzarətdə olduğunu deyiblər. Lakin dekabrın 5-də doğuş sancısı başlayan qadını həkim Astoriya Tibb Mərkəzinə aparıb. Yaxınları niyə Perinatal Mərkəzə deyil, məhz özəl klinikada doğuşun həyata keçirildiyini anlamadıqlarını deyirlər.

Məsələyə aydınlıq gətirmək üçün Respublika Perinatal Mərkəzinin həkimi Rəhilə Mustafayeva ilə əlaqə saxladıq. R. Mustafayevanın verdiyi açıqlamada özünündə körpənin dünyasını dəyişmə səbəbini anlamadığını deyib. "Körpə tamamilə sağlam doğulub. Hamiləlik normal keçib. 3 kilo 900 qram çəkisi olan uşaq həm də çox aktiv uşaq idi. Doğulandan sonra bütün analizlər edilib. Ciyərləri, ürəyi yoxlanıb, hər şey normal olub. Doğulandan sonra süd də əmib. Lakin bu gecə saat 03:00-də vəziyyəti pisləşib. Nədən dünyasını dəyişdiyi meyid yarılandan sonra bilinəcək".

Mikrob barədə iddialara cavabında isə o,bu versiyaya o qədərdə inanmadığını deyib. "Mikrob hamıda olur, mən deməzdim ki, körpə mikroba görə ölüb. Əgər hamiləlik normal keçməsəydi düşük olardı, uşaq normal doğulmazdı. Lakin ananın hamiləliyin son aylarında şəkəri qalxırdı. Mən onu endokrinoloqa göndərdim. Endekrinoloq onda heç bir problem olmadığını deyib. Şəkərin tez-tez yüksəlməsinin də buna təsiri ola bilər. Hər şey körpənin meyidi yarılandan sonra məlum olacaq".

Doğuşun Perinatal Mərkəzdə deyil, özəl Tibb Mərkəzində keçirilməsinə gəlincə, həkim bildirdi ki, o, noyabrın 29-dan məzuniyyətdədir və məzuniyyətdə olduğuna görə, orada doğuş qəbul edə bilməz. Buna görə də xəstənin yaxınları ilə danışaraq onlara məzuniyyət müddətində işlədiyi Astoriya Tibb mərkəzini təklif edib.

Xatırladaq ki, körpənin meyidi dekabrın 9-da Mərkəzi klinikada yarılacaq. Bu ananın ikinci hamiləliyidir. 29 yaşlı K. Cəfərovanın birinci uşağı da ötən il doğulandan bir neçə gün sonra dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6800   Tarix: 08 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 176
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 131
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 186
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

29.04.2024 183
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 275
.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

29.04.2024 386
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 165
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 230