2013-cü ilin ən yaxşı romanları seçildi

2013-cü ilin ən yaxşı romanları seçildiBritaniyanın "Economist" qəzetinin versiyasına görə, 2013-cü ilin ən yaxşı 6 nəsr əsəri (əksəriyyəti qadın yazıçılardır):
Yeni Zellandiyalı yazar Eleanor Kattonun "The Luminaries" romanı.

O, bu il ingilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı olan "Man Booker Prize"a layiq görülüb. Katton indiyəcən bu mükafatı udan ən gənc yazardır. Romandakı hadisələr 19-cu əsrdə baş verir. 1866-cı ildə Ualter Mudi adlı şəxs Britaniyanın müstəmləkəsi olan Yeni Zellandiyaya yollanır ki, qızıl tapıb varlansın. Burada bir sıra mistik cinayətlərin şahidi olur. Roman insanların varlanmaq ehtirasından bəhs edir.

İngilis yazıçısı Keyt Atkinsonun "Life after life" romanı mürəkkəb quruluşa malikdir və əvvəl-əvvəl oxucunu çaşdırır. Əsərin qəhrəmanı olan Ursula Todd davamlı şəkildə ölür. Əvvəlcə 1910-cu ildə. Körpəykən. Sonrakı bölümlərdə o, uşaq vaxtı suda boğulub ölür, damdan yıxılıb ölür. Daha sonra intihar edir, qətlə yetirilir, 2-ci Dünya Müharibəsi zamanı Londonun bombardman edilməsi zamanı ölür, Hitlerə sui-qəsd edir…

Bu nədir? Oxucunu dolamaq? Ya bəlkə təhkiyəçinin qüdrətini nümayiş etdirmək? Bəlkə məqsəd insanları öz həyatlarının müxtəlif dövrlərini analiz etməyə, ömürlərinin həlledici anlarında başqa nə cür hərəkət edə biləcəkləri haqda düşünməyə sövq etməkdir? Hər halda bütün bu alternativ reallıqlara baxmayaraq, oxucu əsərin nəylə bitəcəyini bilmək üçün onu oxumaqda davam edir…
​​
Əslən Afrikadan olan Britaniya-Amerika yazıçısı Taiye Selazi-nin "Ghana Must Go" romanı.

Bu, bir ailə hekayətidir. Afrika əsilli cərrah Kweku Sai böyük ədalətsizliyin qurbanı olub Amerikadakı işini itirir. Bundan sonra ailəsini atıb doğulduğu Qanaya qayıdır. Kitab onun Accra-dakı evində ölməsi ilə başlanır. Onun ölüm xəbəri dünyanın müxtəlıif yerlərinə səpələnmiş, bir-biriylə əlaqəsini itirmiş ailə üzvlərinə çatdırılır.Bu xəbər onları uzun illərdən sonra bir araya gətirir…

Roman Afrika əsilli ailələrin uğur və səhv dolu yaşamı, onların həyatda uğur qazanmasının nələrin hesabına başa gəlməsi haqqındadır.

Amerika yazıçısı Donna Tarttın "The Goldfinch" romanı.
Romanın baş qəhrəmanı Nyu-Yorkda yaşayan yeniyetmə oğlandlr. Qəzada anasını itirsə də, Theo Decker-in özü sağ qalır. Küçələrdə, dostlarının evində gecələyə-gecələyə yaşamağa başlayır ki, polis onu uşaq evinə verməsin. Onun ruhuna qida verənsə, anasına bənzəyən bir qadın rəsmidir. Bir müddət sonra bu rəsm onu sənət aləminə çəkir.Bu roman müasir Amerika həyatının içindən gəlir, itki, qurtuluş, özünü yenidən kəşf etmə və incəsənətin böyük gücü haqdadır.

Amerika yazıçısı Derek Miller-in "Norwegian by Night" romanı trillerdir, amma çox ciddi mövzuda yazılıb.82 yaşlı yəhudi Şeldon Horoviç demensiya xəstəliyindən əziyyət çəkir, Nyu-Yorku tərk edib Norveçə - nəvəsinin ailəsi ilə yaşamağa gedir. O vaxtilə Koreya müharibəsində snayper olub, oğlunu isə Vyetnam müharibəsində itirib.
​​
Bir tərəfdən, oğlunu müharibəyə göndərdiyi üçün özünü günahkar sayır, o biri tərəfdənsə, müharibədə etdiklərinə görə, koreyalıların hələ də onu izlədiyini düşünür.Norveçdə Horoviç qonşuluqda bir cinayətin şahidi olur, bir oğlan uşağını ölümdən xilas edir və ikisi bir yerdə onları izləyən alban hərbi canidən qaçmağa başlayırlar…

Amerika yazıçısı Adelle Ualdman-ın "The Love Affairs of Nathaniel P." romanı müasir kişinin psixologiyası haqdadır. Neyt Piven yazardır və heç də köhnə dövrün kişiləri kimi qadına yuxarıdan aşağı baxmır, o, Amerikada feminizmin təntənəsindən sonra dünyaya gəlib. Amma buna baxmayaraq yenə də cəmiyyətdə kişinin statusu ilə bağlı önyarğıları var, münasibət qurduğu qadınların arzularını puç edir…

2013-cü ilin ən yaxşı romanları seçildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1424   Tarix: 11 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əslən pakistanlı olan Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib. Leyborist siyasətçi səslərin 43,9 faizini toplayaraq mühafizəkar rəqibi Syuzan Holla qalib gəlib. Məlumat üçün əlavə edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xa

05.05.2024 149
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 472
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

04.05.2024 230
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 451
.

Sizin haqqınızda bütün həqiqəti söyləyəcək qəribə TEST

Testlər bütün suallara cavab vermir, lakin onlar şübhəsiz ki, özünüzü daha yaxşı və güclü və zəif tərəflərinizi başa düşməyə kömək edir. Təqdim olunan şəkillərə baxmaq kifayətdir və ilk olaraq diqqətinizi çəkənləri vurğulayın. xarici mediaya istinadən bildirir ki, əgər hazırsansa, ilk sınağa başlayın!

05.05.2024 317
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 417
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

04.05.2024 254
.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

05.05.2024 165
.

Paltaryuyan maşın gün ərzində neçə dəfə istifadə edilə bilər?

Paltaryuyan maşında yuyulmalar arasında fasilə verilməsə, cihazın ömrü xeyli azalacaq. xəbər verir ki, bununla bağlı hər kəs ehtiyatlı olmalıdır. Paltaryuyan maşın nə qədər tez-tez işlədə bilər?. Birincisi, yuyulmalar arasında fasilə lazımdır. Paltaryuyan maşın ən azı 30 dəqiqə, əsasən isə iki-üç saa

05.05.2024 577