Zob, yaxud boğaz uru və onun - Səbəbləri

Zob, yaxud boğaz uru və onun - SəbəbləriBiG.AZ sağlamolun.az-a istinadən xəbər verir ki,Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normal halda qadınlarda 20 kub sm həcmində olur və gözlə görünmür, kişilərdə isə 25 kub sm həcmində olaraq xirtdək şəklində seçilir.
Qalxanvari vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə təsir göstərir – maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanvari vəzi ümumi hormonal sistemin "dirijoru" adlandırırlar.

Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir – sinir, qan damar, cinsiyyət sistemi, maddələr mübadiləsi və s. zərər çəkir.

Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da çox adam "zob" adlandırır. Bu söz isə rus dilində "çinədan" mənasını verir – boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin əlamətidir.

Boğaz urunun səbəbləri:
Bu xəstəliyin müxtəlif növlərinin səbəbləri də müxtəlifdir.
Ən çox yayılmış olan endemik diffuz urun əsas səbəbi qəbul edilən qida və suda yodun azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur – yod çatışmazlığı zamanı lazımi miqdarda tireoid hormonları hasil olunmur. Orqanizmi həmin hormonlarla təmin etmək üçün əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod almaq üçün qalxanvari vəzin həcmi artır. Azərbaycanda bu xəstəliyin aktuallığı da bəzi ərazilərimizə xas olan yod qıtlığı ilə bağlıdır.
Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqəlidir.
Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi rəqəmlərə əsasən yoda gündəlik tələbat aşağıdakı kimidir:
- 5 yaşına qədər uşaqlar – 80-100 mkq dək;
- 12 yaşına qədər uşaqlar – 130 mkq dək;
- böyüklər və 12 yaşından sonra uşaqlar – 160 mkq dək;
- hamilə və uşaq əmizdirən qadınlar – təqribən 200 mkq.
Diffuz endemik urun digər səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:
- qeyri-qənaətbəxş ekoloji vəziyyət - məsələn, organizmə daxil olan toksiki maddələr qalxanvari vəzin fəalığını azaldır;
- tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması (balıq, süd, yumurta, yağ, mal əti, portağal, lumu, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma, sarımsaq, turp, çuğundur, kartof, kök, pomidor);
- irsiyyət.

Diffuz toksiki urun əsas səbəblərindən orqanizmdə xüsusi anticismlərin əmələ gəlməsidir. Bu xəstəliyin digər adı Bazed xəstəliyidir. Müəyyən olunmamış səbəbdən immun sistemi tərəfindən hasil olunan bu anticismlər qalxanvari vəzin fəaliyyətini artırır. Yuxarıda qeyd edildiyi kimi, tireoid hormonların səviyyəsinin normadan artıq olması "hipertireoz" və ya "tireotoksikoz" adlanır. Diffuz toksiki urun digər səbəbləri tireoid hormon tərkibli dərman preparatlarının artıq dozada qəbulu, irsiyyət, mənfi ekoloji vəziyyətdir.
Düyünlü urun səbəbi dəqiq bilinməsə də, irsiyyət, radiasiya, toksiki maddələrin mənfi təsiri təxmin edilir. Xəstəliyin bu növünün əsas təhlükəsi isə qalxanvari vəzdə əmələ gələn düyünün bədxassəli şişə çevrilmə ehtimalıdır.
Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Qazanılmış kistaların səbəblərindən iltihabi proses, onkoloji, yəni şiş xəstəliyini və s. göstərmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4366   Tarix: 09 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001